Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə2/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
-Ma n istehsal texnologiyas [1]

Yığma vahidi - məhsulun bir qismi olub 2 və ya daha çox hissədən ibarət olan və müəssisədə hər hansı bir yığma əməliyyatının (yiv ilə bərkitmə, yapışdırma, pərçiləmə, presləmə) köməyilə birləşdirilən və gələcəkdə vahid şəkildə istifadə olunan əşyaya deyilir. Məsələn, diyircəkli yataq, reduktorun bir valının yığımı, turbinin rotoru və i.a. Mə­sələn: ehtiyyat hissələr komplekti, ölçmə qurğularının alət və tərtibatları və i.a.
Texnoloji səmərəlilin - texniki və iqtisadi nöqteyi- nəzərdən əlverişli quruluşun yaradılması deməkdir.
Aqreqat - tam qarşılıqlı əvəz olunma prinsipinə malik, ayrılıqda və ya məhsulun daxilində müəyyən bir funksiyanı yerinə yetirə bilən yığım vahidinə deyilir. Məhsulun və ya onun hər hansı bir bölməsinin bu cür vahidlərdən yığılmasına aqreqat və ya modul yığması deyirlər. Aqreqat prinsipilə layihə edilmiş məhsulun hazırlanması, istismarı, tə’miri və başqa bir funksiya üçün dəyişdirilməsi çox asan olur. Belə bir maşının texniki- iqtisadi göstəriciləri də yüksək olur. Müasir maşınların ən əsas göstəricisi onların keyfiyyətidir. Məhsulun keyfiyyəti onun tə’yinatını tə’min edən bir çox göstəricilər cəmi deməkdir. Maşının ümumi keyfiyyətini səciyyələndirən amil onun iş qabiliyyətidir. İş qabiliyyəti, yə’ni maşın əsas funksiyasını yerinə yetirdikdə bütün göstəricilərinin norma-texniki sənədlər üzrə müəyyən olunmuş həddlər daxilində saxlaya bilməsi deməkdir.
E’tibarlılıq - məhsulun müəyyən müddət ərzində öz iş qabiliyyətini saxlanmasına deyilir.
Dayanmaq - məhsulun iş qabiliyyətinin pozulması hadisəsidir. Məhsulun dayanana qədər olan iş vaxtının saatla miqdarının ifadəsi dayanana qədər işlətmədir - özü də təsadüfən bir göstəricidir.
Məhsulun iş müddəti - onun müəyyən olunmuş həddə qədər (ən böyük yeyilmə həddinə qədər və i.a.) olan işləmə ömrünə deyilir.
İşləmə ömrü - yə’ni buraxıla bilən iş müddəti, da­yanana qədər olan iş müddətindən fərqli olaraq təsadüfən deyil məhsulun determinə edilmiş onun uzun ömürlülü- yünə pərçim edən göstəricidir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə