Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə3/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
-Ma n istehsal texnologiyas [1]

Məhsulun e’tibarlılığı - bu məhsulun ümumiləşdirilmiş xassəsidir ki, uzunömürlülün və dayanmadan işləmə məfhumlarının vəhdəti kimi başa düşülür.
Dayanmadan işləmə - bu məhsulun müəyyən müddət ərzində onun işinə müdaxilə etmədən (yə’ni tə’mir və tənzimləmədən) fasiləsiz olaraq işləmə xassəsidir.
Uzunömürlülün - bu tə’yin olunmuş qaydada tə’mir və texnini xidmətlələrin aparılması halında bütün istismar dövrü ərzində müəyyən olunmuş ən böyüK həddə qədər iş qabiliyyətini saxlamaq xassəsidir.
Əmək tutumu - məhsulun hazırlanmasına sərf olunan vaxtdır. (Əməyin normal intensivliyi şəraitində).
Dəzgah tutumu - məhsulun bütün hissələrinin hazırlanmasına sərf olunan vaxtın bütün istifadə olunan dəzgah və avadanlıqların işlə yünlənməsi deməndir ki, bu da dəzgah - saatla ölçülür.
İstehsal tsikli - hər hansı bir məhsulun hazırlanmasına və ya tə’mirinə və bir çox texnini təşnilatı xaranterli göstəricilərin təqvim üzrə başlandığı gündən qurtarana qədər sərf olunan vaxta deyilir.
Məhsulun quruluş varisliyi – bu məhsulun quruluşunda digər məhsullarda istifadə olunmuş və ya olunan hissə və yığım vahidlərinin tətbiq oluna bilməsi xüsusiyyətidir.
Məhsulun texnoloji varisliyi - bu məhsulun hazırlanmasında və ya tə’mirində müəssisədə tətbiq olan texnoloji proses, əməliyyat və texnoloji avadanlıq, ləvazimatdan istifadə oluna bilməsi xüsusiyyətidir.
Müasir maşın və avadanlıqların hazırlanması istehsal prosesinin bütövlündə dəqiq təşnilini, o cümlədən istehsalın texnoloji hazırlığını tələb edir.
Texnoloji əməliyyatlarin əmək tutumu onların ef­fektivliyinin əsas amili olub texniki əsaslandırılmış işçi vaxt norması əsasında tə’yin olunur.
Texnoloji prosesin əsas hesablanan ünsürü texnoloji əməliyyatdır. verilmiş istehsal proqramı daxilində əməliyyata sərf olunan vaxt və onun maya dəyəri texnoloji prosesin əlverişli tərtib olunduğunu xarakterizə edir.
Texniki cəhətdən əsaslandırılmış vaxt norması texnoloji əməliyyatın müəyyən texniki-təşkilati şəraitində yerinə yetirilməsi üçün sərf olunan vaxta deyilir.
Texniki əsaslandırılmış vaxt normasına əsasən maya dəyəri məhsulun qiyməti hesablanır, avadanlığın məhsuldarlığı tə’yin edilir və təqvim planı tərtib olunur.
Texniki istehsal norması vaxt normasının əks göstəricisidir. vaxt normasının tə’yin olunmasının üç üsulu mövcuddur: vaxt normasını mövcud normativlər üzrə hesablamaq; vaxt normasını sərf olunan işçi vaxta nəzarət etməklə hesablamaq; müqayisə üsulu və ümumiləşdirilmiş tipik normalar üzrə hesablamaq.
Texniki əsaslandırılmış vaxt norması və texniki istehsal norması hər bir əməliyyat üçün tə’yin edilir.
Birinci iki üsul seriyalı və küllü istehsalda, üçün­cüsü isə xırda seriyalı və fərdi istehsalda tətbiq olunur.
Ədəd vaxtı - texniki əməliyyat tsiklinin yerinə yetirilməsinə sərf olunan vaxtın həmin vaxt ərzində e’mal və ya tə’mir olunan hissələrin sayına nisbətinə və ya təqvim üzrə yığma əməliyyatına sərf olunan vaxta deyilir. ümumiyyətlə hazırlıq - tamamlama, əsas texnoloji, köməkçi, operativ, iş yerinə qulluq və şəxsi təlabata sərf olunan vaxtlara ayırd edilir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə