Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Standartlaşdırmada əsas terminlər



Yüklə 3,03 Mb.
səhifə8/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
-Ma n istehsal texnologiyas [1]

Standartlaşdırmada əsas terminlər Beynəlxalq Standartlaşdırma təşkilatının, standartlaşdırmanın elmi prinsiplərini öyrənən komitəsi tərəfindən yaradılmışdır.
Standartlaşdırma - maksimum səmərəlilik əldə etmək üçün, minimum tələblərin elmi əsasını öyrənməkdən ibarətdir. Bu zaman elmin, texnikanın, təcrübənin ən yeni nailiyyətlərindən istifadə olunmalıdır.
Standart-standartlaşdırmada görülən konkret işlərin nəticəsidir.
Standartlar əsasən 3 şəkildə ola bilər:

  1. Hər hansı bir sənəd şəklində.

  2. Əsas vahid və ya fiziki sabit şəklində.

  3. Müəyyən bir cisim şəklində.

Standartlaşdırmanın əsas metodları bunlardır:

  1. Ümumiləşdirmə (unifikasiya).

  2. Tipləşdirmə (tipizasiya).

  3. Simplifikasiya.

Ümumiləşdirmə - standartlaşdırmanın ən geniş yayılmış metodudur. Burada eyni vəzifə daşıyan hissələr səmərəli surətdə öz ölçülərinə, görünüşlərinə, tiplərinə və miqdarına görə azaldılır. Bu zaman bu birləşdirilmiş hissələr üçün vahid texniki sənəd yaradılır və bu hissələr öz aralarında qarşılıqlı əvəz oluna bilərlər.
Ümumiləşdirmənin də əsasını sistemləşdirmə və təsnifatlaşdırma təşkil edir.
Sistemləşdirmə - hissələri, cisimləri, yaxud nəzərdən keçirilən materialı müəyyən bir qayda ilə (sıra ilə) düzməkdən ibarətdir.
Iki cür sistemləşdirmə var:

  1. Əlifba sistemləşdirilməsi.

  2. Rəqəm sistemləşdirilməsi.

Əlifba sistemləşdirilməsində cisimlər əlifba sırasına görə düzülür. bunlardan ensklopediya, mə'lumat kitab­larından, biblioqrafik materiallarda istifadə edilir.
Texnikada isə rəqəm sistemləşdirilməsindən istifadə edirlər. Bu zaman istifadə olunan material sıra nömrəsinə görə düzülür, bə'zi halda isə xronoloji vaxtlardan istifadə olunur. Məsələn: QOST 16093-71, burada əvvəlki rəqəmlər sıra nömrəsini, axırıncı iki rəqəm isə standartın təsdiq olunduğu ili göstərir.
Təsnifatlaşdırma da ümumiləşdirmənin bir sahəsinin təşkil edir. Burada nəzərdən keçirilən materiallar - siniflər, yarımsiniflər və dərəcələrə görə təsnifatlaşdırılır.
Beynəlxalq miqyasda universal onluq təsnifatlaşdırma sistemi işlədilir (UDK). Bu sistemdən çap olunan materiallarda, jurnallardaKı məqalələrdə istifadə edilir.
UDK-dan sonrakı I rəqəm istifadə olunan geniş elm sahəsini göstərir. Sonrakı rəqəmlər isə getdikcə daha konkret sahələri təcəssüm etdirir.
UDK 6 - tətbiqi elmlər, təbabət və texnika;
UDK 62 - texnika;
UDK 621 - ümumi maşınqayırma;
UDK 621.3 - eleKtrotexnİKa;
UDK 389.6 - standartlaşdırma.
Bir-birilə əlaqədə olan sahələr 2 nöqtə ilə işarələnir. UDK 289.6:621.3-elektrotexnikada standartlaşdırma.
Tipləşdirmə - standartlaşdırmanın elə bir üsuludur ki, burada əmək alətləri, avadanlıq, məhsulun müəyyən növləri tipləşdirilir və yaxud cəmləşdirilir.
Tipləşdirmə 2 yolla aparılır:

  1. Mexanizmin konstruksiyalarının tipləşdirilməsi - burada bir sıra hissələr üçün eyni konstruksiya layihələn­dirilir. Bu zaman bu hissələrin öz konstruksiyaları nəzər­dən keçirilməli, optimal variant yaradılmalı və mütləq bunlara bənzər ən yeni konstruksiyalar nəzərdən keçiril­məli, elm və texnikanın nailiyyətlərindən istifadə olun­malıdır.

  2. Texnoloji proseslərin tipləşdirilməsi - burada konstruktiv cəhətdən bir-birinə çox oxşayan hissələr üçün tipləşdirilmiş texnoloji proses yaradılır.

SimplifiKasiya - hissələrin tiplərinin müəyyən çərçivə dairəsində miqdarı elə ixtisar olunur ki, bu qalan miqdar dövrün tələbatını ödəyə bilir.
Standartlar öz istifadə yerinə, məzmununa görə 3 növə bölünürlər:

  1. Xassə standartları-bunlara əsasən istifadə olunan materialın, əmək alətlərinin, ölçü cihazlarının xasssələrini müəyyən edirlər.

  2. Metod və imkan standartları - buna əsasən hissələrin hazırlanması, sınaqdan çıxarılması, nəzarət olunması metodlarını və imkanlarını əks etdirirlər.

  3. Qarşılıqlı anlaşma yaradan standartlar - bunlar əsasən terminləri, şərti qrafiki, beynəlxalq fiziki və riyazi işarələri əks etdirirlər.

Bu standartlar ölkələr arasında texniki əlaqələrin genişləndirilməsində böyük rol oynayırlar.

Öz tə'sir qüvvələrinə görə standartların aşağıdakı kateqoriyaları var:


1. Respublika dövlət standatları. Dövlət standartları­nın müəssisə, təşkilat və idarələr tərəfindən istifadə olun­ması vacibdir. Bu standartlar Dövlət standartlaşdırma komitəsi tərəfindən təsdiq olunur. Çox böyük əhəmiyyəti olan vacib standartlar isə Respublika Nazirlər Soveti tərəfindən təsdiq olunur.

  1. Sahə standartları. Bu standartlar müəyyən nazirliklərə daxil olan müəssisə, təşkilat və idarələr tərəfindən istifadə olunur və eləcə də digər müəssisə və təşkilatlar da bu standartlardan istifadə edirlər. Bu standartlar həmin nazirliklər tərəfindən təsdiq olunur.

  2. Müəssisə standartları. Bu standartlar müəyyən müəssisə çərçivəsi daxilində istifadə olunur və həmin müəssisə rəhbərliyi tərəfindən təsdiq olunur.

Elm və texnikada dövlət standartına əsasən məsləhət görülən rəqəmlərdən geniş istifadə edirlər.Qarşılıqlı əvəzolunmanın səviyyəsini artırmaq və hazırlanan hissələrin, pəstahların,ölçücü və kəsici alətlərin,tərtibatların miqda­rını azaltmaq, eləcə də xüsusiləşdirmə və kooperasiya üçün şərait yaratmaq məqsədilə həmin məsləhət görülən rəqəm­lər beynəlxalq miqyasda qəbul edilmişdir. Standarta görə məxrəci 9-ə bərabər olan həndəsi silsilə üzrə düzülmüş dörd əsas onluq sıra yaradılmışdır:



Hesabatdan alınmış nominal xətti ölçüləri (diametr,uzunluq,hündürlük) seçmək üçün, bu məsləhət görülən rəqəmlər əsasında “Normal xətti ölçülər” standartı tərtib edilmişdir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə