Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Mühazirə Mövzu 3. Nominal və hədd ölçüləri. Müsaidə və onun deşik, val sistemində tədbiqi. Deşik sistemi. Val sistemi



Yüklə 3,03 Mb.
səhifə9/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   63
-Ma n istehsal texnologiyas [1]

Mühazirə
Mövzu 3. Nominal və hədd ölçüləri. Müsaidə və onun deşik, val sistemində tədbiqi. Deşik sistemi. Val sistemi.

Ölçülər haqqında əsas anlayış

Əsas istilah və anlayışlar DST 25346-82 üzrə müəyyənləşdirilmişdir.


Hissələrin həndəsi parametrlərinə görə qarşılıqlı əvəzolunmanı nəzərdən keçirmək üçün val və deşik terminlərindən istifadə olunur. Deşik termini ilə hissələrin daxili, «val» termini ilə xarici elementləri işarə olunur. Kəmiyyət cəhətcə həndəsi parametrlər ölçü vasitəsilə ifadə olunur.
Ölçü – hər hansı bir xətti kəmiyyətin rəqəmlə ifadəsinə deyilir (diametr, uzunluq, hündürlük və s.).
İstifadəolunma yerlərinə görə aşağıdakı ölçülər var:

  1. Hissələrin formasını müəyyən edən ölçülər. Bu ölçülər hissələrin möhkəmliyə və sərtliyə hesabatından alınır.

  2. Koordinatlandırıcı ölçülər. Bu ölçülər hissələrin konstruksiyasında məsul vəzifə daşıyan müstəvilərin, yaxud onların bir-birinə nisbətən qarşılıqlı vəziyyətini müəyyən edir. Yaxud da bu müstəvilərin onların hər hansı bir müstəviyə, oxa və nöqtəyə görə vəziyyətlərini müəyyən edir. Bu müstəvi, ox və nöqtə konstruktiv baza adlanır.

  3. Yığım montaj ölçüləri. Bu ölçülər yığım prosesində ayrı-ayrı qovşaqların birləşdirici ölçülərə görə vəziyyətlərini müəyyən edir.

  4. Texnoloji ölçülər. Bu ölçülər bilavasitə hissələrin hazırlanması və nəzarətində istifadə olunan ölçülərdir.

  5. Qabarit ölçülər. Hər hansı maşın və mexanizmin ən kənar nöqtələrinə görə yazılan ölçülərdir.

Qarşılıqlı əvəzolunmada isə, əsasən, nominal, həqiqi və hədd ölçülərindən istifadə edirlər.
Nominal ölçülər bilavasitə layihələndirmə prosesində alınan ölçülərdir ki, bunlar cizgi rəsmlərində yazılır. Nominal ölçü kinematik, dinamik və möhkəmlik hesabatlarından alınır, konstruktiv, texnoloji, estetik təsəvvürlərindən yaranır.
Nominal ölçü cizgi rəsmlərdə, val, deşik və həm də onların birləşmələri üçün eyni olur. Nominal ölçüyə görə müəyyən miqyas qəbul olunur və bu miqyasla hissələrin cizgi rəsmləri yerinə yetirilir. Materialların, pəstahların, hissələrin tərtibatlarının miqdarını azaltmaq məqsədilə hesabatdan alınmış nominal ölçü yuvarlaqlaşdırılır və buna uyğun ən yaxın qiymət standart cədvəllərdən seçilir. Bu standart ST.SGV 514-77 və məsləhət görülən rəqəmlər sırasına əsasən yaradılıb. Bu rəqəmlər sırası elm və texnikada geniş istifadə olunur.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə