Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Mühazirə Mövzu 2. Maşınqayırmada sənaye məhsulunun keyfiyyəti və onun əsas göstəriciləri. Dövlət standartlaşdırma sistemi



Yüklə 3,03 Mb.
səhifə6/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
-Ma n istehsal texnologiyas [1]

Mühazirə
Mövzu 2. Maşınqayırmada sənaye məhsulunun keyfiyyəti və onun əsas göstəriciləri. Dövlət standartlaşdırma sistemi.
Məhsulun keyfiyyətinin yüksəldilməsi problemi daimi diqqət mərkəzində olub, mə'nası ildənilə artır. Yüksək keyfiyyət nəticəsində məhsulun dünya bazarında konkurentliyi artır, milli iqtisadiyyatın inkişafına səbəb olur və xalqın maddi rifahı yüksəlir.
Keyfiyyət məhsulun elə xassələrinə deyilir ki, bu xassələr onun yararlığını müəyyən etsin və istehlakçının tələbatını ödəyə bilsin. Sadəcə olaraq desək, keyfiyyət məhsulun xassələrinin istehlakçının tələbatına uyğungəlmə dərəcəsi ilə ölçülür.
Keyfiyyətin qiymətləndirilməsi çox çətin, lakin həll olunan məsələdir. Keyfiyyəti qiymətləndirdikdə, birinci növbədə onun ən əsas göstəriciləri cəmləşdirilməli və eləcə də hər bir göstəricinin tə'sir qüvvəsi müəyyən olunmalıdır. Əsas keyfiyyət göstəricilərini tə'yin etdikdə maşın və mexanizmlərin istismar şəraiti nəzərə alınmalıdır. İstismar şəraitindən asılı olaraq onların tə'sir qüvvəsi müəyyən olunmalıdır. Tə'sir qüvvəsi “bal”la, ümumiləşdirilmiş keyfiyyət göstəriciləri orta balla ifadə olunur. Məsələn, elektrik cihazları üçün (radio, televizor, maqnitafon və s.) ümumiləşdirilmiş keyfiyyət göstəricisini K ilə işarə etsək
K = al d + a2 B + a3C + a4 D.
Burada A, B, C, D - texniki şərtləri, istismar, iqtisadi və estetik göstəriciləri nəzərə alan əmsallar; a1, a2, a3, a4 - keyfiyyət göstəricilərinin tə'sir qüvvəsini nəzərə alan əmsallardır.
Keyfiyyət vaxtdan asılı olaraq dəyişilir və buna görə də müəyyən vaxt keçdikdən sonra keyfiyyət göstəriciləri yenidən nəzərdən keçirilir.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə