Mühazirə mətni (30+30 saat) GİRİŞ


Kriterial xassələr və optimal İEİS sintezi



Yüklə 0,95 Mb.
səhifə4/11
tarix14.05.2018
ölçüsü0,95 Mb.
#44090
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

3. Kriterial xassələr və optimal İEİS sintezi
İEİS-in çoxsaylı üfqi və şaquli, daxili və xarici, düz və əks-əla­qə­lər düyünü kimi təsəvvür edilməsi göstərir ki, onun olduqca yüksək etibarlı fəaliyyət göstərməsi üçün hal-hazırda hər cür daxili və xarici şərait mövcuddur. Bu şəraitin məzmunu isə mürəkkəblikdən ibarətdir. Mürəkkəblik gah qarşılıqlı təsirdə olan elementlərin çoxsaylı olma­sı kimi, gah funksiya və reallaşdırma sxemlərinin tərkibi, quruluşu və məzmunu şəklində, gah sistemin ayrılmaz əlavəsi olan informasi­ya­nın xammalı (entropiya) formasında, gah sistemi təşkil edən müxtəlif pillələrdə duran ”iqtisadi piramidalar” çoxluğu və onların arasında mövcud olan çoxnövlü və çoxkonturlu əlaqələr şəbəkəsi kimi, gah da obyektin fəaliyyətini vahid mövqedən, həm də bütün xırdalıqları ilə müşahidə etməyin çətinliyi mənasında özünü göstərir. Odur ki, mürəkkəblik İEİS-in ayrılmaz xassəsidir. Deməli, ”sistem”, ”informasiya” və ”mürəkkəblik” bir-birindən ayrı­lıq­da mövcud ola bilməyən anlayışlardır.

Mürək­kəb­lik” anlayışı ilə ”səmərəlilik” və ”etibarlılıq” anla­yış­ları arasında da sıx əlaqə vardır. ”Əgər idarəetmə və ya tədqiqat qarşısında müəyyən konkret məqsəd vardırsa, onda səmərəlilik - həmin məqsədə nail olma dərəcəsini, xüsusi halda, məqsədəçatma sürətini, mürəkkəblik – bu məqsəd üçün istifadə edilən vasitələrin kəmiyyət və keyfiyyətini, etibarlılıq isə – verilmiş ehti­mal­lı maneələr şəraitində məqsədə­çatma ehtimalını göstərir. Bu kateqoriyaların birini qeyd edib, ikincisini dəyişdirməklə, üçüncüsünü idarə etmək mümkündür. Belə ki, mürəkkəbliyə toxunmadan səmərəlilik yüksəldilərsə, etibarlılıq azalar; etibarlılıq sabit qalarkən, səmərəli­liyi yalnız mürəkkəbliyi artırmaq hesabına yüksəltmək mümkündür; səmə­rə­liliyin səviyyəsini saxlamaqla, mürəkkəblik artırılarsa, etibarlılıq azalar. Göründüyü kimi, etibar­lı­lıq həm səmərəliliklə, həm də mürəkkəb­lik­lə tərs mütənasib asılı­lıq­dadır. Buradan belə bir nəticə hasil olur ki, çox mürəkkəb və çox yüksək etibarlı sistem azsəmərəli olur. Odur ki, İEİS-in səmərəli­liyinin yüksəldilməsi onun mürəkkəbliyi və etibarlı­lığının optimal səviyyə­sinin axtarışı probleminə çevrilir.

İş burasındadır ki, İEİS-in yüksək səviyyədə etibarlı fəaliyyəti üçün əsas şərtlərdən olan çoxnövlü əlaqələr şəbəkəsinin mövcudluğu və ayrı-ayrı lokal inteqrasiya mərkəzlərinin müəyyən müstəqilliyə malik olması, eyni zamanda İEİS məkanının müxtəlif nahiyələrində yerləşən və zamanca biri digərini gözləyən, çox hallarda fəaliyyət­ləri çulğala­şan və beləliklə də İEİS daxilində arzuolunmaz ”informa­siya, səlahiyyət və məsuliyyət burulğanlarının” meydana çıxmasına sə­bəb olan məslə­hət­çi, funksional, operativ və təchizat xidmətlərinin inteqra­siyası lazımi qərarın vaxtında və keyfiyyətli hazırlanmasına ciddi əngəl törədir. Nəticədə qərar təyinat məkanında lazımi səviyyə­də mənimsənilmir, qlo­bal istehsal funksiyasının reallaşdırılma­sın­da maddi sxemin xüsusi çəkisi artır, obyektin qərarı mənimsəmə qabiliyyəti azalır, fəaliyyət sürəti ləngiyir, idarəetmə işi ağırla­şır və İEİS-in bütövlükdə fəaliy­yətinin ahəngdarlığı pozulur. Deməli, İEİS-in etibarlılı­ğını təmin edən şərt müəyyən həddə və hallarda həm də onun aşağı düş­mə­sinin səbəbi kimi çıxış edir. ”İki bərabər hüquq bir-biri ilə toqquşanda isə məsələni qüvvə həll edir”. Bu o deməkdir ki, ənənəvi idarəetmə metod və vasitə­lə­rini köklü surətdə dəyişdirmədən İEİS-in fəaliyyə­tinin səmərəli­liyini yüksəltmək mümkün deyildir.

İEİS elementlərinin manevretmə qabiliyyətini artırmaqla, onların sayını ixtisar edib, elementlərarası əlaqələri azaltmaq yolu ilə fəaliyyətin səmərəliliyini artırmaq olar. Bu isə o deməkdir ki, həm istehsal-təsərrüfat fəaliyyətində, həm də idarəetmədə inten­siv metodlara üstünlük vermək lazımdır.

Lakin İEİS-də mövcud olan sınanmış element və quruluşun dəyiş­di­ril­məsi onun etibarlılıq səviyyəsinə çox ciddi təsir edə bilər. Bununla belə, bəllidir ki, kifayət qədər mürəkkəb sistemin bu və ya digər elementlərindən biri və ya bir neçəsi işdən imtina etdikdə də o, öz işini dayandırmır. Deməli, İEİS-də müəyyən elementin imtinası onun tam imtinasına səbəb olub-olmaya bilər.

İEİS-in heç bir əsas xarakteristikası (mürəkkəbliyi, etibar­lı­­lığı və səmərəliliyi) sabit kəmiyyət deyildir. Belə ki, İEİS-in fəa­liy­­yəti zamanı istər onun element bazasında, istərsə də quruluşunda və təş­kil­olunmasında mütəmadi dəyişikliklər baş verir. Məsələn, fəa­liy­yət zamanı sıradan çıxan hər hansı element İEİS-in ümumi iş keyfiy­yə­ti­nə bu və ya digər dərəcədə təsir edərək sözügedən xarak­te­ristikaları, xüsu­sən də, səmərəliliyi xeyli dəyiş­dirə bilir. Bununla əlaqədar olaraq, bəzən sistemin etibarlılıq göstəricisi kimi, onun səmərəli­li­yinin müəyyən səviyyədə saxlanması ölçüsünü götürmək təklif edilir. Bu, maşın və avadanlıqların dəyişdirilib-dəyiş­diril­mə­məsi məsələsini optimal həll etmək üçün faydalı olsa da, İEİS-in etibarlı­lı­ğını təyin etmək üçün əl vermir. Çünki, siste­min etibarlılıq səviyyəsini hesablamaq üçün səmərəliliyin minimal həd­di məlum olmalıdır. Belə ki, bu baxım­dan, sistem yalnız o halda imtina etmiş sayılır ki, onun səmərə­liliyi minimal həddən də aşağı enmiş olsun. Lakin səmərəliliyi lazımi səviyyədə olmadı­ğı­na görə sosial-iqtisadi mahiyyət daşıyıcısı olan İEİS-i imtina etmiş hesab etmək qətiyyən mümkün deyildir.

Dedik ki, mürəkkəblik, etibarlılıq və səmə­rə­lilik İEİS-in əsas keyfiyyət xarakteristikalarıdır.

İEİS-in keyfiyyəti, ən ümumi halda, onun qlobal funksiyasının məq­səd kriterisinə uyğunluq dərəcəsi ilə təyin edilir.

İEİS-in qlobal funksiyası idarəedici və istehsal funk­si­­ya­larının inteqra­siyasıdır. Həm də bu funksiyalar bir-biri üçün mövcud­luq şərti və reallaş­dırma sxemidir. Odur ki, bu funksiya­ların bir-birində ”ərimə” qabiliyyəti və ya bir-birini ”həzmetmə” qabiliyyəti əslin­də, həmin funksiyaları icra edən ”inteqrasiya mərkəz”lərinin səmərəlilik səviyyəsini nümayiş etdirir. Buradan aydın olur ki, İEİS-in ümumi səmərəlilik göstəricisi də qlobal funksiyanın məzmununa müvafiq olaraq mürəkkəb quruluşlu, çoxge­dişli və çoxpara­metr­lidir. Belə ki, o, ilk növbədə, İEİS-in 2 daxili qütbünün səmərəlilik­ləri­nin vektorial cəmindən ibarətdir. Bu baxım­dan, idarəedicinin səmərəliliyi də onu təşkil edən 2 fazanın səmə­rəli fəaliyyətindən əmələ gəlir.

Hər bir səmərəlilik vektoru, aid olduğu qütbdən asılı olmayaraq, həm də texniki, texnoloji, təşkilati və iqtisadi aspektlərin inteqrasiyası kimi meydana çıxır. Çünki, bu 4 ünsür istehsal (həmçinin, hər cür dəyişdirmə) prosesinin daxili məzmu­nu­nu təşkil edir.

Məlum metodikaya görə, səmərəlilik müxtəlif variantların müqa­yi­­sə­si formasında təyin edilir. Yəni, müqayisə edilən variant­lardan biri­nin digərinə nisbətən üstünlüyü aşkara çıxarılır. Lakin nisbə­tən üstün variant da nöqsansız olmur. Buna görə də müqayisədə ”ideal vari­ant”­dan istifadə etmək məqsədəuyğundur.

Bu qoyuluşda ideal variantla real variant arasındakı fərqin azaldılması səmə­rə­liliyin yüksəldilməsi mexanizmi kimi çıxış edir.

İdeal variant real varianta analoji şəkildə qurulur. Bunun üçün ilk növbədə variantın keyfiyyət xarakteristikaları müəyyən­ləş­di­ri­lir.

Bu baxımda, mü­rək­kəblik, eti­bar­lılıq və səmərəlilik İEİS-in fəaliyyə­ti­ni yaxşılaş­dırmaq üçün təklif edilən varian­tın kriterial xassələri kimi çıxış edir.

Bu qoyuluşda əsas məqsəd İEİS-in real fəaliyyət keyfiy­yətini ideal keyfiyyətə maksimum yaxınlaşdırmaqdan ibarətdir.

Sözügedən metodika üzrə qurulan ideal variantın key­fiy­yəti kriterial xassələrin sərhədlərindən asılı olaraq dəyişdi­yin­dən, həmişə nisbidir. Nisbi ideal variant isə, əslində, optimal vari­ant­dan başqa bir şey deyildir. Odur ki, İEİS-in fəaliyyət səmərəli­li­yinin yüksəldilməsini də optimallaşdırma məsələsi kimi qoyub həll etmək lazım gəlir.

Bəs İEİS-in səmərəlilik vektorunun mahiyyəti və onu təşkil edən parametrlərin məzmunu nədən ibarətdir?

Bəllidir ki, İEİS, sosial-iqtisadi vahid olmaqla, hər şeydən əv­vəl, müəyyən təbiət maddəsini maddi nemətə çevirən sistemdir. Ona görə də İEİS-in baş məqsədi sözü­gedən çevirməni minimal resurs sərfi ilə və yüksək keyfiyyətlə həyata keçirməkdən ibarət olmalıdır. Bu isə ya mən­fə­­ətin (yaxud gəlirlərin və ya rentabelliyin) maksimumlaş­dı­rıl­ması, ya da xərclərin minimumlaşdırılması məsələsi kimi qoyu­lub həll edilə bilər.

Təhlil göstərir ki, əvvəla, riskin dəyəri riskin özünü doğrult­ması ilə tərs mütənasibdir. İkincisi də, məqsədlə resurs arasın­dakı fərq çoxaldıqca, sürətlər arası fərq azalır. Bu o deməkdir ki, Hökumət maliyyə defisiti şəraitində fəaliyyət göstərərkən daha böyük risk­lə­rə yol verməli olur. Halbuki mənfəət kütləsi artdıqca, İEİS-in məqsə­də­çatma sürəti (səmərə­li­liyi) müəyyən və mümkün olan ən yüksək səviyyədə qərarlaşır.

Optimal İEİS sintezi mövcud sistemə həm yeni element daxil edil­məsi, həm də mövcud elementlərdən bəzilərinin sistemdən çıxarıl­ması şəklində baş verə bilir. Birinci halda, sistem yeni element­lərlə zənginləşdirilirsə, ikinci halda, o, ömrünü başa vurmuş, sis­te­mə artıq yük olan elementlərdən təmizlənir. Bu məsələnin metodoloji aspektdə həllinə baxaq.

Dedik ki, İEİS (), ən ümumi halda, müəyyən girişi () müvafiq çıxışa () çevirən sistemdir:

Fərz edək ki, - xərci, - gəliri ifadə edir.

1. “Qara qutu”“ səviyyəsində:

1.1. Giriş artırıla bilər: .

Əgər bu artım sistemdə quruluş dəyişikliyi törətməzsə, aşağı­dakı hallardan biri baş verər:

1.1.1.

1.1.2.

1.1.3.

Aydındır ki, bu qoyuluşda girişin qədər artırılması, 1.1.3. halında qətiyyən yolverilməz (çünki bu, qədər itki demək­dir), 1.1.2. halında qədər ziyanlı, 1.1.1. halında isə, qədər səmərəlidir.

1.2. Giriş azaldıla bilər: .

Əgər bu azalma sistemdə quruluş dəyişikliyinə səbəb olmazsa, aşa­ğı­dakı hallardan biri baş verər:

1.2.1.

1.2.2.

1.2.3.

Girişin qədər azaldılması 1.2.3. halında qədər səmərəli, 1.2.2. halında qədər səmərəli, 1.2.1. halında isə yalnız qədər səmərəlidir.

İndi tədqiqatımızı bir pillə dərinləşdirib, “qara qutu” səviyyə­sin­dən “sistemin tərkibi” səviyyəsinə keçirək.

2. “Sistemin tərkibi” səviyyəsində:

2.1. Əvvəlcə fərz edək ki, girişə toxunmadan sistemin struk­turunda dəyişiklik edilir.

2.1.1. Tutaq ki, struktur dəyişikliyi də gəlir elementidir (). Bu halda:

2.1.1.1. Sistemin strukturu artırıla bilər: .

Əgər strukturun bir gəlir elementi olaraq artırılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağı­da­kı hallardan biri baş verər:

2.1.1.1.1.

2.1.1.1.2.

2.1.1.1.3.

Bu o deməkdir ki, strukturun qədər artırılması 2.1.1.1.1. halında qədər səmərəli, 2.1.1.1.2. halında qədər səmə­rə­li, 2.1.1.1.3. halında isə qədər səmərəlidir.

2.1.1.2. Sistemin strukturu azaldıla bilər: .

Əgər strukturun azaldılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallardan biri baş verər:

2.1.1.2.1.

2.1.1.2.2.

2.1.1.2.3.

Göründüyü kimi, gəlir məzmunlu strukturun azaldılması 2.1.1.2.1. halında qədər səmərəli, 2.1.1.2.2. halında qədər ziyanlı, 2.1.1.2.3. halında isə qədər ziyanlıdır.

2.1.2. İndi tutaq ki, struktur dəyişikliyi də xərc elementidir (). Bu halda:

2.1.2.1. Sistemin strukturu artırıla bilər: .

Əgər xərc məzmunlu strukturun artırılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallar­dan biri baş verər:

2.1.2.1.1.

2.1.2.1.2.

2.1.2.1.3.

Bu o deməkdir ki, xərc məzmunlu strukturun artırılması 2.1.2.1.1. halında qədər səmərəli, 2.1.2.1.2. halında qədər ziyanlı, 2.1.2.1.3. halında isə qədər ziyanlıdır.

2.1.2.2. Sistemin xərc məzmunlu strukturu azaldıla bilər: .

Əgər xərc mahiyyətli strukturun azaldılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallardan biri baş verər:

2.1.2.2.1.

2.1.2.2.2.

2.1.2.2.3.

Göründüyü kimi, xərc mahiyyətli strukturun azaldılması 2.1.2.2.1. halında qədər səmərəli, 2.1.2.2.2. halında qədər faydalı, 2.1.2.2.3. halında isə qədər faydalıdır. Yəni, xərc mahiyyətli strukturun azaldılması ilə gəlir mahiyyətli strukturun artırılması eyni şeydir. Deməli, apardığımız təhlildə güclü simmet­riya vardır. Bu, təhlili xeyli qənaətcil edir.

2.2. İndi fərz edək ki, sistemin girişinin dəyişməsi onun struktu­run­da müəyyən dəyişiklik törədir.

2.2.1. Struktur xərc elementidir.

2.2.1.1. Girişin artırılması strukturu artırır:

.

Bu halda aşağıdakı hallardan biri baş verə bilər:

2.2.1.1.1.

2.2.1.1.2.

2.2.1.1.3.

2.2.1.1.4.

2.2.1.1.5.

2.2.1.1.6.

2.2.1.1.7.

Yəni, girişin və strukturun eyni zamanda artımı 2.2.1.1.1. halında çıxışın hər iki amilə görə artımına səbəb olur. Lakin əgər struktur xərc elementi kimi iştirak edirsə, bu tədbirin səmərəliliyi yalnız şərtində təmin olunur. Bu qoyuluş­da 2.2.1.1.2. halının səmərəli olması üçün , 2.2.1.1.3. halının səmərəli olması üçün isə olmalıdır.

2.2.1.1.4. halında görülən təd­bir­lər qədər ziyanlı­dır. 2.2.1.1.5. halı olduqda səmərəli, 2.2.1.1.6. halı olduqda səmərəlidir.

2.2.1.1.7. hal­ında isə, sözü­­gedən tədbir, yəni girişin və struk­turun eyni vaxtda xərc elementi kimi artırılması qətiyyən yol veril­məz­dir. Çünki bu, qədər ziyan deməkdir.

2.2.1.2. Girişin artırılması strukturu xərc elementi kimi azaldır: .

Bu halda aşağıdakı hallardan biri baş verə bilər:

2.2.1.2.1.

2.2.1.2.2.

2.2.1.2.3.

2.2.1.2.4.

2.2.1.2.5.

2.2.1.2.6.

2.2.1.2.7.

Bu zaman, yəni, girişin artımı və strukturun xərc elementi kimi azalması zamanı səmərəlilik şərtləri aşağıdakı kimi olacaqdır:

2.2.1.2.1.

2.2.1.2.2.

2.2.1.2.3.

2.2.1.2.4.

2.2.1.2.5.

2.2.1.2.6.

2.2.1.2.7.

2.2.2. Əgər struktur gəlir elementi kimi çıxış edirsə:

2.2.2.1. Girişin artırılması strukturu artırır: .

Bu halda aşağıdakı hallardan biri baş verə bilər:

2.2.2.1.1.

2.2.2.1.2.

2.2.2.1.3.

2.2.2.1.4.

2.2.2.1.5.

2.2.2.1.6.

2.2.2.1.7.

Bu zaman səmərəlilik şərtləri aşağıdakı kimi olacaqdır:

2.2.2.1.1.

2.2.2.1.2.

2.2.2.1.3.

2.2.2.1.4.

2.2.2.1.5.

2.2.2.1.6.

2.2.2.1.7. .

2.2.2.2. Sistemin girişinin artırılması onun struktu­runu azaldır: .

Bu halda aşağıdakı hallardan biri baş verə bilər:

2.2.2.2.1.

2.2.2.2.2.

2.2.2.2.3.

2.2.2.2.4.

2.2.2.2.5.

2.2.2.2.6.

2.2.2.2.7.

Bu zaman, yəni, sistemin girişinin artırılması zamanı onun strukturu gəlir mahiyyətli olaraq azalırsa, səmərəlilik şərtləri aşağıdakı kimi olacaqdır:

2.2.2.2.1.

2.2.2.2.2.

2.2.2.2.3.

2.2.2.2.4. qədər ziyan baş verəcək.

2.2.2.2.5.

2.2.2.2.6.

2.2.2.2.7. qədər ziyanlıdır.

Bu qayda ilə girişin azaldılması şərtində gəlir və xərc mahiyyətli strukturun artırılması və azaldılması variantlarını da təhlil etmək olar.

Lakin buna elə bir ehtiyac yoxdur. Çünki, artıq dediyimiz kimi, bu variantlar yuxarıda nəzərdən keçirdiyimiz variantlarla simmetrikdir.

İEİS-in ”informasiya sistemi”nin inteqrasiya səviy­yə­­si­nin yüksəldilmə­sinə gətirilən intensiv idarəedilmə problem­ləri bu variantların hamısını əhatə edir.

Beləliklə, İEİS-in səmərəliliyi quruluş və fəaliyyətin opti­mal­­laş­dırıl­ması istiqa­mə­tində həll edilməyə ehtiyac duyan məsələ kimi meydana çıxır.

Bu məsələlərin müvəffəqiyyətli həlli üçün isə müasir infor­ma­siya texnologiya­sından və müvafiq iqtisadi-riyazi model və metodlardan istifadə etməyə keçilməz ehtiyac vardır.

İndi isə sistem təhlilinin ətraflı şərhinə keçək.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə