Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə1/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   154


 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

Jostein Gaarder. Sofinin Dünyası 



Norveç yazıçısı Yustin Garderin bütün dünyada məşhur 

olan 


bu kitabı  əsasən uşaqlara ünvanlansa  da,  yaşlılar üçün də  maraqlı 

olacağı şübhəsizdir. Kitab fəlsəfə kimi ağır bir mövzudan bəhs elədiyi 

halda  son  dərəcə  cəlbedicidir.  Fəlsəfəylə  maraqlanan,  ən  azı  ümumi 

şəkildə fəlsəfə tarixini öyrənmək istəyənlər üçün bu kitabı qiymətsiz 

saymaq olar. Əsərin qəhrəmanı olan Sofi adlı 15 yaşlı qız da naməlum 

və sirli filosofdan məktublar alır. Və bir gün sonunda onlar görüşürlər... 

Jostein Gaarder. SOFİNİN DÜNYASI 

Bakı, Qanun Nəşriyyatı, 2011. 

Tərcüməçi: Nərmin Kamal 

İSBN 978-9952-26-147-9 

©Qanun Nəşriyyatı, 2011 

BaKbi, A3 1102, T6nnncn npoc., bibi AnaTƏBa 9. 

Ten: (+994 12) 431-16-62; 431-38-18 

Mobil: (+994 55)212 42 37 

e-Mann: 

HHcJ30@raHyH.a3

 

www.qanun.az



 

Cənnət 


...nə varsa, yoxdan var olub... 

Sofi Amundsen məktəbdən evə qayıdırdı. Yolun yarısını Coannayla 

gəzə-gəzə gəlmişdilər, söhbət robotlardan düşmüşdü.  Coanna deyirdi 

ki, insan beyni, təkmilləşdirilmiş kompüter kimidir. Sofi üzdə razılaşsa 

da, əslində, buna inana bilmirdi. “Doğrudanmı, insan beyninin hansısa 

mükəmməl cihazdan elə bir fərqi yoxdu?!” 

Supermarketə  çatanda  ayrıldılar.  Sofi  uzaqda  -  son  vaxtlar 

genişlənən  ucqar  bir  məhəllənin  qurtaracağında  yaşadığından, 

Coannadan ikiqat artıq yol getməliydi. Onlardan o tərəfdə ev yoxdu, 

meşəlikdi,  baxanda  elə  bilirdin  ki,  Sofigilin  həyəti  dünyanın  axır 

ucundadı... 

Sofi  döngədən  Yoncalı  küçəyə  buruldu.  Yolun  sonu  sərt  aşırım  idi, 

oraya Kapitan aşırımı deyirdilər. Adi günlərdə də çox 

downloaded from KitabYurdu.org




 

az adamın yolu düşən bu aşırımdan həftəsonları heç keçən olmurdu. 



Mayın əvvəlləri idi. Bağların çoxunda meyvə ağacları topa- topa sarı 

çiçəklərə bürünmüşdü. Budaqlarda açıq yaşıl yarpaqlar vardı. “Qəribə 

işdi: hər il bu vaxt yer-göy çiçək açır!... Axı necə olur ki, hava isinəndə, 

qarın  son  izləri  silinib  gedəndə  ölü  torpaqdan  bu  qədər  bitki  baş 

qaldırır, hər yer yaşıllaşır?!” 

Həyətlərinə çatıb qapını açanda poçt qutusuna baxdı. 

Sofi, adətən, bu qutudan bir neçə gərəksiz məktub, anasına çatacaq iki-

üç iri zərf götürür, dərslərini hazırlamaq üçün öz otağına keçməzdən 

əvvəl bu kağız qalağını mətbəxdəki masanın üstünə qoyurdu. 

Bəzən bu qutuda, bankdan atasına göndərilmiş məktublar da olurdu. 

Sofinin  atası  başqaları  kimi  deyildi.  O,  böyük  bir  neft  tankerinin 

kapitanıydı,  ilin  çox  hissəsini  evdən  uzaqlarda  keçirirdi.  Onların 

yanında qaldığı bir neçə həftədə isə, atası evi, həyəti daha rahat hala 

gətirməyə,  bir  az  da  gözəlləşdirməyə  çalışır,  hər  tərəfə  əl  gəzdirirdi. 

Dənizə çıxanda isə, artıq əlçatmaz olurdu... 

Bu  dəfə  qutuda  cəmi  bir  məktub  vardı!  Özü  də  Sofiyə  gəlmişdi! 

Bəyaz zərfin üzərində bu sözlər vardı: “Sofi Amundsen, Böyük mülklər 

küçəsi,  3.”  Vəssalam.  Kimin  göndərdiyi  yazılmamışdı.  Heç  üstündə 

möhür də yoxdu. 

Sofi  həyətə  girib  darvazanı  bağlayan  kimi  zərfi  açdı.  İçindən  elə 

zərfin özü boyda bir kağız çıxdı. Əllə yazılmış ikicə kəlmə və ardınca 

böyük bir sual işarəsi: “Sən kimsən?” 

Zərfin  üstünə  bir  də  baxdı.  Doğrudan  da,  Sofiyə  gəlmişdi.  “Bunu 

qutuya kim atmış olar, görəsən?!” 

Sofi hövlnak özünü, çöl divarları qırmızı boyanmış evlərinə çatdırdı. 

Bu  dəmdə  Şerekan,  adəti  üzrə,  kolların  arasından  çıxıb  astanaya 

tullandı, Sofi öz ardınca qapını örtməyə macal tapmamış, pişik xəlvətcə 

sivişib içəri keçdi. 

Sofinin anası, hər  dəfə  əhval-ruhiyyəsi  korlananda, bu yaşadıqları 

evi  “Menaceriya”  adlandırırdı.  “Menaceriya”  -  vəhşi  və  qəribə 

heyvanlar  kolleksiyası...  Hə,  Sofinin  belə  bir  kolleksiyası  vardı,  bu 

heyvanlarla  özünü  xoşbəxt  hiss  edirdi.  Bu  kolleksiyanı  yığmağa  üç 

downloaded from KitabYurdu.org



 

qızıl balıqdan başlamışdı: Qızılça, Su sonası və Qara Cek. Sonra Smit 



və Smul adlı iki tutuquşunu

onların  ardınca  Qovinda  adlı  tısbağanı,  lap  axırda  da  Şerekanı  -  bu 

sevimli pişiyi almışdılar. Sofinin anası işdən axşamüstü, saat 4-də, 5-

də gəlirdi, atası il uzunu gəmiylə dünyanı dolaşırdı. Təkcə bu heyvanlar 

Sofiyə  yoldaşlıq  edir,  ata-anası  olmayanda  onu  darıxmağa 

qoymurdular. 

Sofi  çantasını  döşəməyə  atıb,  Şerekanın  qabağına  bir  qab  yemək 

qoydu. Sonra da, əlində həmin müəmmalı məktub, mətbəxdəki kətildə 

oturdu. 

“Sən kimsən?” 

Ağlı bir şey kəsmirdi. Məlum məsələdi ki, adı Sofi Amun- dsendi. 

Ancaq əslinə qalanda, kimdi o? Heç cür baş aça bilmirdi. 

Bəlkə adı başqa olaydı, deyək ki, Anna Knutsen, onda Sofi başqa bir 

adam olacaqdımı? 

Bu  an  atasının  bir  arzusu  yadına  düşdü;  qızının  adını  Lillemor 

qoymaq  istəmişdi.  Sofi  təsəvvürünə  gətirdi  ki,  kiməsə  əl  uzadıb 

görüşəndə özünü Lillemor Amundsen kimi təqdim edir. Qəribəydi, elə 

bil  nəsə  səhv  düşmüşdü.  Bu,  özünü  təqdim  edən,  kimdisə,  başqa  bir 

adamdı. Sofi məğrur bir ədayla qalxıb 

hamama  keçdi,  güzgünün  qarşısında  dayanıb  gözlərini  gözlərinə 

zillədi.  “Mən  Sofi  Amundsenəm”,  -  dedi.  Güzgüdəki  qız  onunla 

bərabər ağzını tərpətməklə kifayətləndi. Sofi nə etdisə, qarşısındakı da 

eynilə  onu  təkrarladı.  Hədsiz  çevikliklə  əl-qolunu  tərpədib, 

güzgüdəkini  çətinə  salmaq  istədi,  amma  o  da  eynilə  Sofi  qədər  cəld 

davranırdı. 

“Kimsən sən?” - Sofi soruşdu. Bu sualı da cavabsız qaldı. Bir anlıq 

Sofinin fikri qarışdı; sualı o vermişdi, yoxsa güzgüdəki? Sofi şəhadət 

barmağını  güzgüdəkinin  burnuna  qoyub  dilləndi:  “Sən  mənsən...” 

Güzgüdəki  yenə  dinməyəndə  bu  dəfə  cümləni  tərsinə  çevirdi:  “Mən 

sənəm...” 

Sofi  Amundsen  çox  zaman  öz  görkəmini  bəyənmirdi.  Kimsə  ona 

desəydi  gözəl  badamı  gözlərin  var,  Sofi  dərhal  fikirləşərdi  ki,  yəqin, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə