Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
tarix21.07.2018
ölçüsü0,97 Mb.
#57451
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

9-cu sinifləri üçün ―Azərbaycan dili‖ dərsliyi 

 

 

Müəlliflər: Qəzənfər Kazımov 

                 Aygün Mikayılova 

 

 

 

Bakı: Aspoliqraf, 2012. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan

 

və açıq müzakirələrdə 

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmun baxımından; 

2. Dizayn və bədii tərtibat baxımından. 

 

1. Məzmun baxımından 

 

Respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris  proqramına 



uyğun  hazırlanmış  dərslik  120  səhifədən,  proqram  və  mündəricatdan  ibarətdir. 

Dərslik proqramın tələblərinə uyğun olaraq mürəkkəb cümlə, vasitəli və vasitəsiz nitq 

mövzularını  özündə  əks  etdirir.  Dərslikdə  mövcud  elmi-nəzəri  məsələlər,  əsasən, 

gözlənilmiş, şagirdlərin yaş səviyyəsi nəzərə alınmışdır. 

Bununla yanaşı, dərslikdə müəyyən qüsurlar  vardır. Bunlar aşağıdakılardır: 

―Bağlayıcılı  tabesiz  mürəkkəb  cümlələr‖  mövzusunda  (səh.22)  qeyd 

olunmuşdur  ki,  ―tabesiz  mürəkkəb  cümlənin  tərkib  hissələrini  əlaqələndirmək 



üçün aşağıdakı bağlayıcılardan istifadə olunur‖. Tabesizlik bağlayıcıları növlərinə 

görə sadalanmış, hər birinə aid nümunələr verilmişdir. Məlumdur ki, ―ilə‖ bağlayıcısı 

da tabesizlik bağlayıcısıdır və bu bağlayıcı həmcins üzvləri əlaqələndirə bildiyi halda, 

tabesiz mürəkkəb cümlənin tərəflərini əlaqələndirə bilmir.  Ona görə də yaxşı olardı 

ki, dərslikdə belə bir cümlə verilsin: ““İlə” birləşdirmə bağlayıcısı tabesiz mürəkkəb 

cümlənin tərəflərini əlaqələndirə bilmir” və bunun səbəbi izah olunsun. 

Dərslikdə elə həmin mövzunun şərhində tabesiz mürəkkəb cümlənin tərəflərini 

əlaqələndirən tabesizlik bağlayıcılarından əvvəl durğu işarələrinin işlənmə məqamları 

göstərilmiş, ancaq ―isə‖ bağlayıcısı ilə bağlı məsələyə toxunulmamışdır. Yaxşı olardı 

ki, ya həmin mövzunun, ya da ―Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr‖ 

mövzusunun şərhində belə bir qeyd verilsin: “Amma, ancaq, lakin bağlayıcılarından 



fərqli  olaraq,  “isə”  bağlayıcısı  ilə  bağlanan  tabesiz  mürəkkəb  cümlələrdə  vergül 

işarəsi  “isə”dən  əvvəl  yox,  “isə”dən  əvvəlki  sözdən  əvvəl  işlənir.  Məs:  Məmməd 

zəhmətinin  bəhrəsini  görərək  yüksək  balla  ali  məktəb  tələbəsi  oldu,  qardaşı  isə 

kor-peşman kəndə qayıtdı”. 

―Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr‖ə aid nəzəri məlumatın şərhində 

qeyd edilmişdir: ―Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində 



eyni  zamanda  baş  verən  hadisələr  sadalanır‖  (səh.28).  Yaxşı  olardı  ki,  həmin 

izaha  belə  bir  cümlə  əlavə  olunsun:  “Bu  hadisələr  həm  eyni,  həm  də  müxtəlif 



məkanlarda  baş  verə  bilər.  Məsələn:  Nənəsi  nağıl  danışır,  nəvəsi  maraqla  qulaq 


 



asırdı  (eyni).  Murov  cəbhəsindəki  toplar  gur-gur  guruldayır,  Horadiz  təyyarə 



meydanındakı təyyarələr əmr gözləyirdi (müxtəlif)”. 

―Xəbər budaq  cümləli  tabeli  mürəkkəb  cümlələr‖  mövzusunun həm  nəzəri, 

həm  də  praktik  materialı  yüksək  səviyyədədir.  Məlum  olduğu  kimi,  baş  cümlədə 

xəbər yerində işlənən işarə əvəzliyi olmadan xəbər budaq cümləsi formalaşa bilmir. 

Yaxşı  olardı  ki,  nəzəri  məlumata  belə  bir  cümlə  də  əlavə  olunsun:    “Baş  cümlədə 



xəbər  yerində  işlənən  işarə  əvəzliyi  –  əvəzlik  qəlib  olmadan  xəbər  budaq  cümləsi 

formalaşa bilmir”. 

Dərslik 8-ci sinifdə tədris olunmuş mövzuların təkrarı ilə başlanmışdır. Burada 

(səh.9)  verilən  24-cü  çalışma,  eləcə  də,  çalışmalara  əlavə  edilən  17-ci  tapşırıq  8-ci 

sinifdə  Azərbaycan  dili  fənni  üzrə  keçilən  mövzuları  həm  praktik,  həm  də  nəzəri 

baxımdan  yoxlayır  və  demək  olar  ki,  bütün  mövzuları  əhatə  edir.  Lakin  təkrar 

xarakterli bu çalışmalar yalnız 8-ci sinifdə tədris olunan materialları əhatə edir. Yaxşı 

olardı ki,  aşağı sinifdə  tədris  olunan  (fonetika, leksika,  morfologiya)  mövzulara  aid 

də müxtəlif tapşırıqlar və çalışmalar  verilsin. 

Mürəkkəb  cümlə  (səh.10)  haqqında  məlumat  verilərkən  mürəkkəb  cümlənin 

tərkib  hissələrinin  sadə  cümlənin  müxtəlif  növlərindən  törəndiyi  bildirilmişdir.  Bu 

zaman verilən nümunələrin hər biri feli xəbərli cümlələrdir.  Tərəflərindən biri ismi, 

digəri  isə  feli  xəbərli  olan  cümlələrin  hansı  cümlə  növü  olması  məlum  olmur. 

Düzdür, sonrakı çalışmalarda (çalışma 25) bu tip cümlələrə rast gəlmək olur, amma 

mövzunun izahı zamanı bu məsələ aydınlaşdırılsa idi, daha yaxşı olardı. 

Mürəkkəb  cümlənin  sadə  cümlədən  fərqlərini  izah  edərkən  tərəflərindəki  feli 

xəbərlərin eyni şəxsə aid olduğu, lakin bu feli xəbərlərin felin müxtəlif  şəkilləri ilə 

ifadə olunması barədə  heç nə deyilmir. Məsələn, bilinmir ki,  ―Şəhərə gedirəm, tez 

qayıdacağam‖  (mən  gedirəm,  mən  qayıdacağam)  tipli  cümlələr  necə  cümlələrdir. 

Yaxud,  ―Atam  işdən  gəlib,  çox  əsəbidir‖  (o  gəlib,  o  əsəbidir)  tipli  cümlələr 

(tərəflərdən  biri  ismi,  digəri  feli  xəbərli)  sadədir,  yoxsa  mürəkkəbdir,  mürəkkəb 

cümlənin hansı tipinə aiddir? 

Mürəkkəb  cümlənin  növlərindən  (səh.14)  danışarkən  tabesiz  mürəkkəb 

cümlələrlə  tabeli  mürəkkəb  cümlələrin  fərqli  cəhətləri  daha  aydın  izah  edilməli  idi. 

Eləcə  də,  tabesiz  mürəkkəb  cümlələr  (səh.17)  barəsində  daha  ətraflı  və  geniş  izah 

verilməli idi. 

Ardıcıllıq  əlaqəli  (səh.32) və səbəb-nəticə  əlaqəli tabesiz  mürəkkəb cümlələrin 

(səh.34)  sərhədləri  tam  aydınlaşdırılmamışdır.  Elə  buna  görə  də,  bu  iki  cümlə  tipi 

şagirdlər  tərəfindən  tez-tez  qarışıq  salınır.  Məsələn,  63-cü  çalışmadakı  ilk  iki 



 

cümlənin ardıcıllıq, yoxsa səbəb-nəticə əlaqəli olduğunu ayırd etmək şagirdlər üçün 



kifayət  qədər  çətinlik  yaradır.  Göstərilən  əlamətlərlə  onları  tam  ayırd  etmək  bəzən 

mümkün olmur. Səbəb-nəticə və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin fərqi 

zəif  izah  edilmişdir.  Habelə  səbəb-nəticə  əlaqəsi  üçün  yalnız  iki  tərkib  hissənin 

olduğunu söyləmək dəqiqləşmə tələb edir. Belə ki, bu tip cümlələr bir neçə: iki, üç, 

dörd və daha çox cümlənin birliyindən ibarət ola bilər; səbəb və nəticə komponentləri 

müxtəlif şəkildə qruplaşa bilər. Ona görə də, fikrə aydınlıq gətirmək lazımdır. 



―Tabeli  mürəkkəb  cümlələr‖  mövzusunda  (səh.46)  tərkib  hissələrin  hansı 

əlamətlərinə görə əsas və asılı tərəflərə bölündüyünün bir az da ətraflı izah edilməsi 

məqsədəuyğundur. 

―Baş və budaq cümlənin yeri‖ mövzusunda (səh.48) qeyd edilmişdir: ―Tərkib 

hissələri  intonasiya  və  tabelilik  bağlayıcıları  ilə  əlaqələnən  tabeli  mürəkkəb 

cümlələrdə  bir  qayda  olaraq  baş  cümlə  əvvəl,  budaq  cümlə  sonra  işlənir‖

Əslində  isə,  tabelilik  bağlayıcıları  ilə  bağlanan  və  budaq  cümlənin  birinci  gəldiyi 

cümlələr də kifayət qədərdir. Qeyd etmək lazımdır ki, tabelilik bağlayıcıları 4 qrupa 

bölünür. Aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlandıqda əsasən baş cümlə, şərt 

və güzəşt bağlayıcıları ilə bağlandıqda isə daha çox budaq cümlə birinci gəlir. 

Zaman budaq cümləsi (səh.66) haqqında, xüsusən də, onun ki  ilə bağlanan, 

lakin budaq cümlənin birinci gəldiyi tipi haqqında daha əraflı məlumat verilməli və 

hansı məqamda baş cümlənin birinci, hansı məqamda budaq cümlənin birinci gəldiyi 

haqqında geniş danışılmalı idi. 

Səbəb budaq cümləsində budaq cümlə də birinci gələ bilir. Bu barədə məlumat 

verilmir. 

Budaq  cümlələr  mövzusu  bitəndən  sonra  təkrar,  eləcə  də,  keçilən  mövzuları 

daha  yaxşı  mənimsəmək  üçün  çoxlu  sayda  çalışmaların  verilməsi  müsbət  haldır 

(səh.85–94).  Lakin  bu  çalışmaların  bəzilərində  (çalışma  174–175)  üç  tərkibli  (baş 



cümlə-budaq  cümlə-baş  cümlə)  tabeli  mürəkkəb  cümlələrdən  söhbət  açılmış  və 

onların növünü müəyyən etmək tələb olunmuşdur. Halbuki mövzuların izahı zamanı 

bu  məsələlərə  toxunulmamış  və  onlara  dair  heç  bir  nümunə  izah  predmeti 

olmamışdır. 

Vasitəsiz  nitqdə  durğu  işarələrindən  ətraflı  danışılmamış  və  onlardan  istifadə 

haqqında kifayət qədər müxtəlif tipli nümunələr verilməmişdir. Mövzu yarımçıq təsir 

bağışlayır.  Formalar  verilmiş,  amma  onların  izahı  açılmamış,  sadəcə  az  sayda 

nümunələr verilmişdir. 




 

Dərsliyin  106–114-cü  səhifələrində  aşağı  siniflərdə,  eləcə  də,  9-cu  sinifdə 



keçilən  mövzulara  dair  çoxsaylı  çalışmalar  verilmişdir.  Bu,  dərs  ilinin  sonunda 

yekunlaşdırıcı  bir  material  kimi,  əlbəttə,  qiymətlidir.  Hətta  əməli  yazılara  da  aid 

nümunələr  vardır.  Lakin  bu  materiallar  daha  sistemli  (fonetikaya  aid  çalışmalar, 

leksikaya aid çalışmalar və s.) şəkildə verilsə idi, daha yaxşı olardı. 



Səhifə  3-də  giriş  mətninin  verilməsi  məqsədəuyğun  hesab  edilir.  Ənənəyə 

uyğun olaraq “Giriş”də dil və dilçilik məsələlərinə toxunulmalı, Azərbaycan dilinin 

fonetik, leksik, qrammatik xüsusiyyətləri, onun iltisaqi dillər qrupuna aid olması və s. 

haqqında bəhs olunmalıdır. Dil haqqında dövlət qərarları, fərmanlar, Konstitusiyada 

dil  məsələsi  qeyd  edilməlidir.  1-ci  çalışmanın  ilk  cümləsində  işlənmiş  ―əlahiddə‖ 

sözünə  ehtiyac  duyulmur.  Bu  sözün  mənası  dərslikdə  izah  edilməmişdir.  Həmin 

çalışmada ulu öndərin və digər mütəfəkkirlərin dil haqqında aforizmlərini də nümunə 

kimi vermək məqsədəuyğundur. 

Həmin səhifədə 2-ci çalışmanın şərtinin  “Durğu işarələrini artırmaqla köçürün, 

terminlərin altından xətt çəkin” şəklində verilməsi daha yaxşı olar. 

Səhifə 4-də 4-cü çalışmanın şərtində ―ismi birləşmələri forma fərqinə görə...‖ 

deyil,  “növünə  görə...”  verilsə,  düzgün  olar.  Elə  həmin  çalışmanın  sonunda  verilən 

şərt  isə  “əlaqə  üsullarını  göstərin”,  “sintaktik  əlaqələri  göstərin”  şəklində  təqdim 

edilsə, şagirdlərdə anlaşılmazlıqdan doğan əlavə suallar formalaşmaz. 



Səhifə  5-də  6-cı  çalışmada  əmr  cümləsindən  başqa,  cümlənin  məqsəd  və 

intonasiyaya  görə  növləri  təqdim  edilmişdir.  Əmr  cümləsini  də  çalışmanın  şərtinə 

əlavə  etmək  daha  düzgün  olar.  7-ci  çalışmanın  şərti  çox  sadədir.  9-cu  sinif 

şagirdlərinin  yaş və bilik səviyyəsinə uyğun deyil. 8-ci çalışmanın şərtinin “Məqsəd 



və intonasiyaya görə cümlənin müxtəlif növlərinə aid nümunələr yaz, fərqi izah et”, 

11-ci  çalışmanın  şərtinin  isə  “Cümlələri  sintaktik  təhlil  edin  və  ifadə  vasitələrini 



müəyyənləşdirin” kimi verilməsi yaxşı olar. 

Səhifə 6-da 12-ci çalışmanın şərtinin ―...şərti işarəsini-xəttini çəkin‖ əvəzinə, 

sintaktik təhlil edin” kimi verilməsi daha düzgündür. 



Səhifə  7-də  16-cı  çalışmanın  şərtindən  ―oxuyun‖  və  ―şəxssiz‖  sözlərinin 

çıxarılması  məsləhətdir.  17-ci  çalışmanın  şərtində  həm  oxuyun,  həm  də  köçürün 

deyilməsi şagirdlərdə diqqətsizlik yaradır. Birinin verilməsi  məsləhətdir. 

Səhifə  8-də  19-cu  çalışmanın  şərti  dəqiqləşməlidir:  “Oxuyun,  ara  sözlərin 

harada  üzvlənən  cümlənin  tərkib  hissəsi,  harada  söz-cümlə  yaratdığını 

müəyyənləşdirin”  olmalıdır.  Əks  halda  fikir  yanlış  olur,  çünki  hər  iki  məqamda 



 

müvafiq  ifadə  ara  söz  olaraq  qalır.  20-ci  çalışmanın  şərtində  ―durğu  işarələrini 



qoyun‖ deyil, “durğu işarələrini qeyd edin” yazılsa, düzgün olar. 

Səhifə 9-da 21-ci çalışmanın şərtindəki ―yazılı‖ sözü artıqdır. 24-cü çalışmanın 

şərtinin “Birinci qrupda verilən cümlələri ikinci qrupda verilən cümlələrlə birləşdirib 



mürəkkəb cümlə düzəldin” şəklində təqdim edilməsi məqsədəuyğundur. 

Səhifə 11-də 27-ci çalışmanın şərtinin “Mürəkkəb cümlələri ayrı, sadə cümlələri 

ayrı seçib yazın, müqayisə edin” şəklində verilməsi məqsədəuyğundur. 

Səhifə 12-də 29-cu çalışmanın şərtində ―...seçib yazın‖ əvəzinə, “...qruplaşdırıb 

yazın” verilməsi düzgündür. 

Səhifə  13-də  31-ci  çalışmanın  şərtində  ―Oxuyun‖  sözünün  əvəzinə, 

Cümlələrə”  sözünün  əlavə  olunması,  ―müvafiq  bağlayıcı‖  əvəzinə,  “uyğun  gələn 



bağlayıcı” verilməsi düzgündür. 

Səhifə 14-də mürəkkəb cümlənin növləri haqqında danışarkən onların oxşar  və 

fərqli xüsusiyyətlərini sıra nömrəsi ilə aydın şəkildə qeyd etmək dil qaydasının daha 

yaxşı yadda qalmasına kömək etmiş olar. 

Səhifə  15-də  33-cü  çalışmanın  şərtində  ―mürəkkəb  cümlələr  düzəldin‖ 

əvəzinə, “Birinci qrupda verilən cümlələrlə ikinci qrupda verilən cümlələrə müvafiq 



gələnləri  birləşdirib  mürəkkəb  cümlə  düzəldin”  verilməsi  məqsədəuyğundur.  34-cü 

çalışmanın  şərtində  ―...sayını  müəyyənləşdirin‖  əvəzinə,  “...qeyd  edin”  verilməsi 

daha doğru olar. 

Səhifə 19-da 39-cu çalışmanın şərtində ―Cümlələri elə tamamlayın ki, tabesiz 

mürəkkəb  cümlə  alınsın‖  verilmişdir.  Çalışmada  isə  bütün  cümlələr  tabesiz 

cümlədir.  Ona  görə  də  şərtin  “Tabesiz  mürəkkəb  cümlələri  tamamlayın”  kimi 

verilməsi daha düzgündür. 

Səhifə 19–20-də 40–41-ci çalışmalar həcmcə böyükdür. 

Səhifə 21-də 42-ci çalışmada şeirin müəllifi göstərilsə, yaxşı olar. 

Səhifə  22-də  dil  qaydasının  ilk  cümləsinin  ―bağlayıcılardan  istifadə  edilir‖ 

şəklində  deyil,  “tabesizlik  bağlayıcılarından  istifadə  edilir”  verilməsi  daha 

düzgündür.  ―Bölüşdürmə  bağlayıcıları‖  yarımbaşlığı  altında  verilmiş  sonuncu 

cümlə  (İstər  Əhmədgil  kəndə  getsinlər,  istərsə  də  ki  kənddəkilər  şəhərə 



gəlsinlər—fərqi  yoxdur)  tabesiz  mürəkkəb  cümlə  deyil,  qarışıq  tipli  mürəkkəb 

cümlədir. 



Səhifə 24-də 45-ci çalışmanın sonundakı ―amma, və, hərgah, ona görə də, da, 

də bağlayıcılarından istifadə edin‖ şərti çalışmanın əvvəlində verilməlidir. 


 



Səhifə  25-də  46-cı  çalışmanın  8-ci  cümləsində  ―o‖  əvəzliyindən  sonra  vergül 

qoyulmalıdır.  47-ci  çalışmanın  şərtində  ―...cümlələri  seçib  yazın‖  deyil, 

...qruplaşdırın” verilməsi düzgündür. 



Səhifə  26-da  49-cu  çalışmanın  şərtindən  sonra  nümunə  verilməli  idi.  Lakin 

nümunə sonda təqdim edilmişdir. 



Səhifə  27-də  qrammatik  qaydanı  özündə  əks  etdirən  mətn  nümunəsi  mütləq 

verilməlidir.  Məna  əlaqələrinə  –  mövzuya  dair  elmi  mətn  verilib,  nəzəri 

mühakimələr,  faktlar  yazılmalıdır.  Bu  cür  mətn  olmadan  verilən  tapşırıqlar  şagird 

təfəkkürünü  formalaşdırmır.  51-ci  çalışma  həcm  etibarilə  böyükdür.  Əsas  şərtdən 

savayı  qruplar  üzrə  təqdim  edilən  şərtlər  fərqləndirilməmişdir.  Qeyd  edilməsi 

məqsədəuyğundur. 



Səhifə 28–29-da tabesiz mürəkkəb cümlədə ortaq zaman zərfliyinə aid nümunə 

tam  şəkildə  qara  şriftlə  verilməmişdir.  Burada  ―Lalə  çiçəklərin  ətrini  sinəsinə 



çəkdikcə  yarası  sağalar,...‖  feli  bağlama  tərkibi  bütöv  şəkildə  ortaq  zaman 

zərfliyidir. 



Səhifə  29-da  53-cü  tapşırığın  şərti  (―Qara  hərflərlə  verilmiş  sözlərin  hansı 

cümlə  üzvü  olduğunu  və  nəyi  aydınlaşdırmağa  kömək  etdiyini  söyləyin‖) 

anlaşılmazdır. 



Səhifə  31-də  57-ci  çalışmanın  həcmi  çox  böyükdür.  Bunu  2  tapşırıq  şəklində 

vermək, mətnin mənbəyini göstərmək lazımdır. 



Səhifə 38-də 67-ci çalışmanın sonunda verilmiş şərtdə “Frazeoloji birləşmələri 

tapıb  göstərin”  əvəzinə,  “Frazeoloji  birləşmələri  seçib  yazın”  qeyd  edilməsi  daha 

yaxşı olar. 



Səhifə 40-da 71-ci çalışmanın tərkibində ―ya, ya da, gah, gah da‖ bağlayıcıları 

aydın verildiyi üçün, onların yenidən ―istifadə edildiyini söyləmək‖ düzgün deyil. 



Səhifə  44-də  çalışma  77–78-də  təhlil  üçün  2  cümlə  verilmişdir.  Cümlələrin 

sayını artırmaq məqsədəuyğundur. 



Səhifə  45-də  N. Gəncəvinin  heykəli  haqqında  olan  tapşırıqda  kimin  heykəli 

olduğu soruşulur, lakin sonrakı cümlədə cavab verilir. Burada “Bu şəxs haqqında nə 



bilirsiniz?” sualının verilməsi yaxşı olardı. 

Səhifə 45-də 79-cu çalışmanın şərtinə “...və nöqtələrin yerinə müvafiq hərfləri 

artırıb yazın” əlavə edilsə, yaxşı olar. 80-ci çalışmada heykəlin müəllifinin adı  şəklin 

altında yazılmalıdır. 



Səhifə 46-da ―Tabeli mürəkkəb cümlələr‖  mövzusunu daha aydın çatdırmaq 

üçün  mətni  genişləndirmək  lazımdır.  Burada  onu  da  qeyd  etmək  lazımdır  ki,  tabeli 




 

mürəkkəb  cümlələri  heç  də  həmişə  sadələşdirmək  mümkün  olmur.  Tərifin  daha  da 



dəqiqləşdirilməsi, izah edilməsi və  nümunələrin sayının  artırılması təklif olunur. 

Səhifə  47-də  şərt  və  qarşılaşdırma  budaq  cümlələrinə  sual  verməyə  təşəbbüs 

edilir, lakin bu, uğurlu deyil, çünki belə suallar yoxdur. 



Səhifə 49-da 4-cü bölmədə -mı

4

 ədatı verilmişdir. Hər bir şəkilçidən əvvəl defis 

çəkilməlidir. Lakin burada defis verilməmişdir. 

Səhifə  51-də  2-ci  abzasın  sonuncu  cümləsində  ―Qəlib  sözlər  yalnız  işarə 

əvəzliklərindən  olur‖  deyil,  “...ibarətdir”  verilməsi  düzgündür.  Burada  əvəzlik-

qəlibin  ―yalnız  işarə  əvəzliklərindən  olması‖  qeyd  edilmişdir.  Amma  qeyri-

müəyyən əvəzlik (hamı), zərflik (ora) və s. əvəzlik-qəlib ola bilər. 

Səhifə  54-də  dil  qaydasında  qeyd  edilmişdir  ki,  ―Mübtəda  budaq  cümləsi 

isimləşmiş feli sifət tərkibləri ilə sadələşdirilir‖. Halbuki feli sifət tərkibindən daha 

çox üçüncü növ təyini söz birləşməsi ilə sadələşdirilir. Məsələn: “Aydındır ki, yağış 



yağacaq” tabeli mürəkkəb cümlə “Yağışın yağacağı aydındır” kimi sadələşdirilir ki, 

budaq cümlə sadələşəndə üçüncü növ təyini söz birləşməsi olur. 



Səhifə 55-də 96-cı çalışmada ikinci qrupda olan 2-ci cümlədə ―o‖ əvəzliyindən 

sonra fel gəldiyi üçün vergül işarəsinə ehtiyac yoxdur. 



Səhifə  56-da  98-ci  tapşırıqda  verilmiş  hər  hansı  cümlədən  tabeli  mürəkkəb 

cümlə yaratmaq üçün burada əvəzlik-qəlibin də işlədilməsinə ehtiyac yoxdur; bu, çox 

asan  olardı.  Şagirdin  düşünməsi  üçün  əvəzlik-qəlibi  işlətməyi  şagirdin  öz  öhdəsinə 

buraxmaq  yaxşı  olardı.  Çalışma  97,  98,  99-da  qoyulan  tələblər  çox  sadədir. 

Cümlələrin sayını 5-dən 10-a çatdırmaq yaxşı olardı.  

Səhifə  59-da  106-cı  çalışmanın  və  səhifə  60-da  109-cu  çalışmanın  həcmi 

kiçikdir. 



Səhifə  60–61-də  111  və  112-ci  çalışmaların  şərtləri  çox  asandır.  Cümlələrin 

sayını artırmaq səmərəli olar. 



Səhifə 62-də təyin budaq cümləsinin sualları ―necə?nə cür?hansı?‖ sözləri 

kimi  verilmişdir.  Lakin  buraya  az  işlədilsə  də,  “nə  qədər?”  sualını  da  əlavə  etmək 

lazımdır (qədər demisənsə, o qədər kitab gətirmişəm). 

Səhifə  63-də  117  və  118-ci  çalışmalara  aid  nümunələr  sonda  verilmişdir. 

Əvvəldə verilməsi düzgün olardı. 119–120-ci çalışmaların şərti asandır.  



Səhifə  64-də  zərflik  budaq  cümlələrinə  aid  daha  dolğun,  ümumi  bir  mətn 

verilsə, ayrıca paraqraf və buna aid tapşırıqlar tərtib olunsa, daha yaxşı olar. Həmin 

paraqrafda  zərflik  budaq  cümlələrinin  hamısının  ümumi  xüsusiyyətləri  göstərilməli, 

lakin  onlar  arasında forma  və  məzmun  fərqləri nəzərə  çatdırılmalıdır.  Tərzi-hərəkət 




 

10 


budaq cümləli tabeli mürəkkəb cümlədən bəhs edilərkən yazılmışdır: ―Bəzən budaq 

cümlə baş cümlənin ismi xəbəri ilə işlənir və dərəcə çalarına malik olur‖. Burada 

sifətlə ifadə olunan ismi xəbər” yazılsa, daha dəqiq olar. 



Səhifə 66-da 126-cı çalışmanın həcmi çox kiçikdir, cəmi 3 cümlədən ibarətdir. 

Qeyd  1-də  ―zaman  budaq  cümləsinin  bu  növündə‖  deyil,  “zaman  budaq 



cümləsinin  bir  növündə”  verilməsi  düzgündür.  Çünki  həmin  növ  haqqında 

əvvəlcədən heç bir məlumat verilməmişdir. 



Səhifə  68-də  130-cu  çalışmaya  aid  nümunənin  əvvəldə  verilməsi  düzgündür. 

133-cü çalışmanın sonunda verilmiş ilk şərtin çalışmanın şərti kimi təqdim edilməsi, 

düzgündür.  Çalışma  133-də  durğu  işarəsi  səhvi  var.  Vergül  1-ci  cümlədə  ―gördü‖ 

felindən sonra qoyulmalıdır. 132–133-cü çalışmalarda ―1-ci cümləni sintaktik təhlil 



edin‖ yazılmışdır. Cümlələrin sayının artırılması məqsədəuyğundur. 

Səhifə  69-da  ―o  yerdə  ki‖  tipli  bağlayıcı  sözlərdə  ―ki‖-nin  ədat  olduğu 

yazılmalıdır. Bu fakt qrammatik mətndə qeyd edilməmişdir. Lakin 134-cü çalışmada 

soruşulmuşdur. 

Səhifə  70-də  134-cü  və  səhifə  72-də  140-cı  çalışmaların  sonunda  verilmiş  ilk 

şərtin çalışmanın şərti kimi verilməsi məqsədəuyğundur. 



Səhifə  73-də  ―Səbəb  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələr‖  mətninin 

birinci abzasının üçüncü cümləsində ―baş cümlədə‖ əvəzinə, “baş cümlədəki” olsa, 

dəqiq olar. 

Səhifə 77-də çalışma 149; səhifə 78-də çalışma 151; səhifə 80-də çalışma 152; 

səhifə 84-də çalışma 160; səhifə 87-də çalışma 167; səhifə 90-da çalışma 172; səhifə 

91-də çalışma 173; səhifə 93-də çalışma 176; səhifə 99-da çalışma 182 həcm etibarilə 

çox böyükdür. 



Səhifə  81-də  153-cü  çalışmanın  nümunəsində  verilmiş  ―istəyərlər—

[istiyərlər]‖  sözlərinin  ikinci  komponentində  tələffüz  əslində,  belə  olmalıdır: 

[isdiyillər]

Səhifə 83-də qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrə aid mətndə 

belə  bir  qeyd  var:  ―Da,  də  ədatı  budaq  cümlənin  daxilində  də  işlənə  bilər. 



Məsələn: Şəhərə də, gedibsə, tez qayıtmalıdır‖. Qeyd etmək lazımdır  ki, bu hal az 

halda və yalnız danışıq dilində ola bilir. 



Səhifə  95-də  qaydanın  b)  variantında  sonuncu  cümlənin  sxemi  verilməmişdir, 

halbuki  bu  cümlənin  sxemi  ondan  əvvəlki  cümlənin  sxemi  ilə  eyni  deyil.  Sonrakı 

bəndlərdə də ikinci cümlələrdə sxem verilməmişdir. 



 

11 


Səhifə 96-da vasitəsiz nitqə aid qaydanın  d) bəndində növbəli sıralanmada bir 

vasitəsiz  nitq  daxilində  olan  ifadələrin  hər  birinin  ayrı-ayrılıqda  dırnaq  içərisində 

verilməsi  ç)  bəndindəki  sxemlə  fərqlilik  yaradır.  Sxemlərdə  vahid  forma 

gözlənilməlidir. 



Səhifə  109-da  202-ci  çalışmada  Azərbaycan  dili  və  dil  haqqında  məlumat 

verildiyindən onun fərqləndirilməsi məqsədəuyğundur. 

Ayrıca  paraqrafda  tabeli  mürəkkəb  cümlələrin  sadələşdirilməsi  mövzusunun 

verilməsi, nümunələrdən geniş istifadə edilməsi məqsədəuyğun hesab edilir. 

Əvvəlcə budaq cümlə və baş cümlənin mahiyyəti açıqlanmalıdır. Şagird onların 

mövcudluğu,  mahiyyətini  tam  dərk  etdikdən  sonra  onların  yeri,  onları  bağlayan 

vasitələr haqqında öyrənməlidir. Bundan ötrü baş cümlə və budaq cümlələrin hər biri 

haqqında ayrıca mətn verilməlidir. Onların bütün xüsusiyyətləri incələnməlidir. Sadə 

elmi  dildə  qeyd  olunmalıdır  ki,  əsas  fikir  baş  cümlədədir.  Lakin  o,  tam  ifadə 

edilməyib.  Əsas  fikri  tamamlamaq  üçün  tamamlayıcı  vasitəyə  –  budaq  cümləyə 

ehtiyac  var.  Budaq  cümlə  baş  cümlədəki  bu  boşluğu  tamamlayır,  buraxılmış  fikri 

bərpa edir. Zahirən isə budaq cümlə daha mükəmməl görünür. 



―Əvəzlik  qəlib‖,  ―baş  cümlədə  müəyyənləşən  söz‖,  ―qarşılıq  söz  ifadələri‖ 

də  dəqiq  şəkildə  yerində  işlədilməlidir  ki,  şagirdlər  onları  dəqiq  tanısın.  Bu  məsələ 

səhifə 51-də incələnmişdir. Lakin nümunələrin sayını daha da artırmaq işin xeyrinə 

olar.  Bütün  bunlardan  sonra  qazanılmış  bilikləri  daha  da  möhkəmləndirmək 

məqsədilə suallar və ya tapşırıqlardan istifadə edilə bilər. 

   Hər  bir  mövzuda  ayrıca  olaraq  əvəzlik  qəliblər  və  bağlayıcı  sözlər  haqqında 

aydın  izah  olmalıdır.  Hətta  bu  mövzuya  dair  ayrıca  paraqrafın  həsr  edilməsi 

məsləhətdir. 

Sintaktik  təhlilə  daha  çox  yer  verilsə,  yaxşıdır.  Çünki  sintaktik  təhlillə  təkcə 

sintaktik  yox,  morfologiya  da  təkrarlanmış  olar.  Həm  də  təhlilin  bu  növü  mövzuya 

maraq  yaratmaq  baxımından  əhəmiyyətlidir.  Təhlil  nümunələri  dilin  gözəlliyini 

özündə əks edən ədəbi nümunələrdən seçilsə, daha səmərəli olar. 



―Doğrudur  (düzdür)  ...  amma  (ancaq,  lakin)‖  vasitəsilə  formalaşan 

konstruksiyalar  tabeli  mürəkkəb  cümlə  hesab  edilir.  Hətta  bu  dərsliyin  84-cü 

səhifəsində də belə qeyd var. Lakin 18-ci səhifədə bu qəbildən olan konstruksiyalar 

tabesiz  mürəkkəb  cümlələrə  aid  nümunələrin    içərisində  verilmişdir.  Maraqlıdır  ki, 

səhifə  49-da  baş  və  budaq  cümləni  bağlayan  vasitələr  içərisində  bundan  bəhs 

edilməmişdir. 




 

12 


Baş  cümləsi  budaq  cümlədən  sonra  gələn  və  bağlayıcı  sözlə  bağlanan  tabeli 

mürəkkəb  cümlələrdə  qarşılıq  bildirən  sözdən  danışılır,  lakin  onun  da  əvəzlik-qəlib 

olduğu  heç  yerdə  xatırladılmır,  ona  görə  də  bu,  elmi  dəqiqliyə  xələl  gətirir;  elə 

anlaşılır ki, əvəzlik-qəlib başqa, qarşılıq söz başqa anlayışlardır. Halbuki qarşılıq söz 

əvəzlik-qəlibin bir növüdür. 

Səbəb-nəticə  ilə  aydınlaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  də  oxşar 

cəhətlər var, lakin onlarda komponentlərin sıralanmasında fərq olur. Məsələn: “Ətraf 

ağ dona bürünmüşdü: bütün gecəni qar yağmışdı” konstruksiyası aydınlaşdırma, 

Bütün  gecəni  qar  yağmışdı,  ətraf  ağ  dona  bürünmüşdü”  konstruksiyası  isə 

səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdir. Bu barədə məlumat vermək yaxşı 

olardı (səh.36). 

Baş və budaq cümlənin sxemi, düzgün deyil; baş cümlənin [ ], budaq cümlənin 

( )  kimi  işarələnməsi  səhifə  93-də  174-cü  tapşırığın  nümunə  hissəsində  dolaşıqlığa, 

anlaşılmazlığa  səbəb  olmuşdur.  Baş  və  budaq  cümlənin  əvvəlki  sxemi  daha  uğurlu 

hesab olunur. 

Vasitəsiz  nitq  müəllif  nitqindən  sonra  gələrsə,  onların  arasında  dırnaq 

işarəsindən  istifadə  olunmaması  və  tire  işarəsinin  işlədilməsi  (səh.95)  həmin 

konstruksiyaların dialoq forması ilə dolaşıqlıq yaradır.  

Dərslik  Azərbaycan  dilinin  qanunlarını  özündə  tam  əks  etdirir.  Ona  görə  də 

burada maksimum şəkildə dəqiqliyi gözləmək lazımdır. Orfoqrafik səhvə yol vermək 

olmaz. Bir neçə yerdə, xüsusən, vergül səhvi var: səhifə 96-da tapşırıq 177-nin 2-ci 

cümləsində (nə bilirsən...bir azdan nə olacaq), səhifə 97-də ―Vasitəli nitq‖ mətninin 

sonuncu  cümləsində  –  nümunə  cümlədə  (Bu...mənim  üçün  dünyanın  bütün 

dövlətindən  qiymətlidir),  səhifə  98-də  mətnin  sonuncu  misallarının  birincisində 

(Anası dedi: “Ramiz, bir dəstə gül yığ....gətir”) və s. 

 

2. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin  bədii  tərtibatı  və  dizaynı  ənənəvi  dərsliklərə  uyğun  olaraq 



qənaətbəxşdir.

 

Səhifə  16-da  36-cı  çalışmada  dil  qaydası  verilmiş,  lakin  fərqləndirilməmişdir. 

Şərt kimi təqdim edilmişdir.



 

Səhifə  30-da  ―Mürəkkəb  cümlənin  sintaktik  təhlil  qaydası‖  dil  qaydası 

olduğu üçün fərqləndirilməlidir.



 


 

13 


Səhifə 40-da 72-ci çalışmanın şərti ilə çalışma ayrı-ayrı səhifələrdə verilmişdir. 

Bir səhifədə verilməsi daha düzgün olardı.



 

Səhifə  56-da  100-cü  çalışmaya  aid  nümunə  fərqləndirilməmiş,  çalışmanın 

içində təqdim edilmişdir.



 

Səhifə 58-də verilmiş qeydin qayda daxilində göstərilməsi düzgün olardı.

 

Səhifə  61-də  ―Tabeli  mürəkkəb  cümlənin  sintaktik  təhlil  qaydası‖  kiçik 

şriftlərlə  verilmişdir.  Təhlil  verilən  mətnin  şriftinin  dil  qaydalarının  şriftinə 

uyğunlaşdırılması və dil qaydası kimi fərqləndirilməsi yaxşı olar.

 

 

Nəticə 

1. Dərslik qüvvədə olan proqramın tələblərinə tam uyğundur. 

2.  Dərslik  elmi  məlumatların  əhatə  dairəsi,  izah  səviyyəsi,  nəzəri  və  praktik 

materialların  bir-biri  ilə  əvəzlənməsi,  tapşırıqların  qoyuluşuna  görə  təqdirəlayiqdir. 

Belə  ki,  elmi  mətnlər  lakonikliyi,  anlaşıqlığı,  nümunələrin  dəqiqliyi,  tapşırıqların 

müvafiqliyi  ilə  seçilir.  Tapşırıqlar  elmi  mətnin  yaxşı  mənimsənilməsinə  və  praktik 

təcrübəyə yiyələnməsinə layiqincə xidmət edir. 

3.  Dərsliyin  forzas  səhifəsində  Dövlət  Himni  “Azərbaycan  Respublikasının 

Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Himnin  musiqisinin 

müəllifinin  soyadı  (Hacıbəyov)  redaktə  ilə  (Hacıbəyli)  verilib.  Həmçinin  forzas 

səhifəsində  Dövlət  Gerbinin  rəngli  təsviri  “Dövlət  Gerbi  haqqında  Əsasnamə”nin 

təsdiq  edilməsi  barəsində  Azərbaycan  Respublikasının  1993-cü  il  23  fevral  tarixli 

Qanununun  tələblərinə  uyğun  çap  olunmayıb.  Bundan  əlavə,  dərslikdə  Azərbaycan 

Respublikasının  dövlət  rəmzlərinin  təsvirlərinin  Azərbaycan  Respublikasının  dövlət 

rəmzləri haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində 

verilən  ardıcıllıqla  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı,  Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan  Respublikasının  Dövlət  himni)  çap 



olunması daha məqsədəuyğun olardı.

 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə