Əliyeva Sabina Rauf qızı ar dtx-nin Heydər Əliyev adına Akademiyası



Yüklə 18,1 Kb.
tarix07.06.2022
ölçüsü18,1 Kb.
#88980
AR-nin sosial siyaseti ve sosial tehlukesizlik
meqalem tecavuzkar separatizm pdf, beynelxalq teh-k, cenubi qafqazda teh-k, KÖNÜL ŞIXİYEVA-MƏQALƏ tƏHLÜKƏSİZLİYİMİZ və ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ

Əliyeva Sabina Rauf qızı
AR DTX-nin Heydər Əliyev adına Akademiyası
e-mail: sabina.aliyeva1968@gmail.com


Azərbaycan Respublikasıının sosial siyasəti və sosial təhlükəsizliyin təminatı
Azərbaycan Respublikasında sosial-iqtisadi sektorun inkişafı təkcə iqtisadi sahədə təhlükəsizliyin təmin olması ilə bitmir, bu həm də sosial sferanın inkişafı deməkdir. Sosial sferada təhlükəsizliyin təmin olunması ölkənin sosial siyasət modelindən asılıdır.
Sosial siyasət - dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir. Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra inkişaf edərək geniş mənada işlədildi. Bütün sosial sinif və qruplar üçün dövlətin gördüyü tədbirlər bütününü əhatə etdi. Sosial siyasət müasir mənada: cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir.Bu anlayış hazırkı mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçib. Bu mərhələlərdə dövlətlər öz funkisiyalarını dəyişdikləri kimi sosial siyasətin də mənasını dəyişdirib və onu daha da genişləndiriblər.
Sosial siyasətin vəzifələri dedikdə, onun həll etməli olduğu əsas məsələlər nəzərdə tutulur. Sosial siyasətin əsas vəzifələrini aşağıdakı kimi təsnif etmək olar:
-Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına qoyduğu ən əsas məsələlərdən biri milli gəlirin cəmiyyətdə ədalətli bölügüsü ilə əlaqədardır. Dövlət bu yöndə siyasətlər həyata keçirərək siniflər arası maddi uçurumun qarşısını alır və sosial ədaləti yaratmağa çalışır. Gəlirin ədalətsiz bölgüsü zamanı yaranan yoxsulluq probleminin həlli də sosial siyasətin ən əsas vəzifələri sırasındadır.
-Fürsət bərabərliyi: liberal fəlsəfəyə əsaslanan qanun qarşısında bərabərlik prinsipinin sosial-iqtisadi sahəyə tətbiq olunmasıdır. Bərabərlik prinsipi daha çox təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir.
-Sosial Müdafiə: hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş qəzalarına görə vətəndaşın gəlirinin azalması və ya ümumiyyətlə dayanması zamanı onun digər insanlardan asılı olmadan yaşamasını təmin etmək üçün görülən tədbirlər bütünüdür.Tam məşğulluğun təmin olunması və işsizliklə mübarizə: bütün vətəndaşların gəlir əldə edə biləcəyi bir iş yerinin olması sosial siyasətin əsas məqsədlərindən biridir.
-Sosial nizam və sülhü təmin etmək: sosial dövlət insanlar arasında aid olduqları fərqli sinif, irq, din, məzhəb, iqtisadi vəziyyətə görə ayrı-seçkilik salınmasının qarşısını almağa çalışır. Cəmiyyətdə müxtəlif tip insanların sülh içərisində yaşamalarını təmin edir.
-İqtisadi inkişafın təmin olunması: dövlətin iqtisadi inkişafı üçün investisiyalara münbit şərait yaradır. İqtisadi fəaliyyətlərdə tam məşqulluq halını təmin etmək üçün buna uyğun fəaliyyətlər həyata keçirilir.
Azərbaycan Respublikasında sosial siyasət insan rifahına yönəldilərək, insanın sağlamlığı, mədəni məişət səviyyəsinin yüksəldilməsi, kifayət qədər maddi gəlirlərə sahib olmasına xidmət edir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan gəlirlərin daxili sosial iqtisadi inkişafa yönəldilərək, sosial ədalətlilik prinsipinə əməl olunması şərtilə sosial təbəqələrin rifahına xidmət etməsi sosial sahədə dövlət siyasətinin uğuru olaraq, həmçinin sosial sabitlik şəraiti yaradır, bu da sosial sahədə milli təhlükəsizliyin təminatının əsas şərti kimi çıxış edir.
Sosial sahədə milli təhlükəsizliyin təmin olunmasında digər tədbirlərdən biri də böhranlı vəziyyətlər zamanı əhalinin sosial jəhətdən mühafizəsinin təminatıdır. Bu amillər maliyyə böhranı, müxtəlif strateci məhsulların qiymətlərinin surətlə artıb-azalması, müharibə təhlükəsi ilə əhalinin ərzaq təhlükəsizliyinin təminatında meydana çıxan problemlər və s. ola bilər. Bunların qarşısını almaq, səmərəli fəaliyyət göstərən sosial təhlükəsizlik sistemi qurmaq vajibdir.
Sosial təhlükəsizlik anlayışı daha ümumi kateqoriyaya malik olan milli təhlükəsizlik sahəsinin bir hissəsidir. Sosial təhlükəsizlik, şəxslər və sosial qrupların mühüm maraqları, hüquq və azadlıqların pozulması təhlükəsindən müdafiə olunması deməkdir. Ümumilikdə isə sosial təhlükəsizlik obyekti dedikdə, şəxsiyyət və onun cəmiyyətin həyat və sosial fəaliyyəti sahəsində mövcud olan həyatı əhəmiyyətli hüquq və azadlıqlara malik olması başa düşülür. Buraya vətəndaşların yaşamaq, çalışmaq və iştirakçılıq hüquqları və s. daxildir. Sosial təhlükəsizliyin obyekt və subyektləri, cəmiyyətdə mövcud olan inkişafetmə şərtlərinin dəyişilməsi üzrə dəyişikliyə məruz qalırlar. Lakin bu zaman konkret sosial-iqtisadi şəraitdə daha məhdud olan və sosial müdafiəyə ehtiyacı olan sosial təhlükəsizlik sahəsinin nüfuzlu obyektlərinidə nəzərdən keçirmək lazımdır. Bazar münasibətlərinə keçid şəraitində sosial təhlükəsizliyin ən nüfuzlu obyektlərinin sırasına qadın, uşaq, əlil və s. daxildir.
Sosial sahədə milli təhlükəsizliyin təmin olunmasında dövlət hakimiyyəti orqanlarının iki əsas funksiyası vardır. Birinjisi, qanunla təsbit edilmiş qaydada şəxsiyyətin bütün sosial hüquq və təminatlarına zəmanət verməkdən ibarətdir. İkinci funksiyanın məqsədi isə sosial münaqişələrin qarşısını almaqdır. Bir sosial qrup və ya ayrı-ayrı şəxslərin digər birliklərin məhvinə və yaxud onlara zərbə vurmağa yönəlmiş fəaliyyəti jəmiyyətin sosial sabitliyinə təhdid ola bilər.
Azərbaycan Respublikasının Milli təhlükəsizlik haqqında Qanununa əsasən, Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması vətəndaşların həyatı, sağlamlığı və maddi rifahının qorunmasının, cinayətkarlığın qarşısının alınmasının, miqrasiya və demoqrafik proseslərinin tənzimlənməsinin təmin edilməsidir.
Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
- vətəndaşların şəxsi təhlükəsizliyi, hüquq və azadlıqlarının təmin olunması zəmanətlərinin möhkəmləndirilməsi;
-əhalinin sosial müdafiəsinin yüksəldilməsi və fiziki sağlamlığının qorunması üçün sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması;
- cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və sosial inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;
- vətəndaşların sosial müdafiəsi üçün ayrılan vəsaitlərin səmərəli bölgüsünün və ünvanlı istifadəsinin təmin edilməsi;
- keçmiş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi;
- yoxsulluğun aradan qaldırılması;
- miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi.
Yüklə 18,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə