Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə2/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Oxuculardan kitab haqqında irad, arzu təkliflərini bu elektron ünvana göndərmələri xahiş olunur: valik.ahmadov@gmail.com

6

Gi r i ş


  1. Fizikanın məqsədi. Gündəlik həyatda və praktiki fəaliyyətdə müxtəlif fiziki obyektlər, hadisələr, vəziyyətlər və onlar arasında əlaqə ilə rastlaşaraq insan öz şüurunda bu obyektlərlərin, hadisələrin, vəziyyətlər və onlar arasında əlaqənin, həmçinin, onlarla əməliyyat aparma qaydalarının surətindən ibarət model yaradır. İnsan şüurunda fiziki gerçəkliyin modeli şüurun özünün yaranması ilə meydana gəlmişdir. Fizikanın bir elm kimi öyrənilməsi zamanı modelin qurulması və onun xarakteri çox mühümdür. Fizikanın məqsədi şüurumuzda fiziki dünyanın elə mənzərəsinin yaratmaqdan ibarətdir ki, dünyanın xassələrini daha tam əks etdirsin və modelin elementləri arasındakı münasibətləri xarici aləmin elementləri arasındakı münasibətlər kimi olmasını təmin etsin.

Fiziki kəmiyyətlər arasındakı kəmiyyət münasibətləri ölçmələr, müşahidə və təcrübi tədqiqatlar nəticəsində müəyyənləşdirilir və riyazi dildə ifadə edilir. Fiziki nəzəriyyənin qurulması üçün başqa dil mövcud deyil.
Istifadə edilən modellər təqribi modellərdir və onların doğruluğu yalnız istifadə edilən abstraksiyanın tətbiq edilməsi çərçivəsində təmin oluna bilər. Qeyd etmək lazımdır ki, eyni bir fiziki obyekt müxtəlif şəraitlərdə müxtəlif modellərlə verilə bilər.

  1. Fizikanın metodları. Elmi tədqiqatlar dünyanın fiziki modelini daim genişləndirir və dərinləşdirir. Buna yalnız eksperiment və müşahidələr nəticəsində nail olmaq olar. Odur ki, fizika təcrübi elmdir. Onun modelləri müşahidə və eksperimentlərdə aşkar edilən xassələri adekvat əks etdirməlidir. Digər tərəfdən modellərin tətbiq edilmə sərhəddi eksperimentlə təyin edilir.

Beləliklə, fizikanın eksperimental metodu aşağıdakından ibarətdir: eksperiment və müşahidə əsasında model yaradılır, bu model çərçivəsində hadisələr haqqında qabaqcadan məlumatlar verilir. Sonra bu məlumatlar da öz növbəsində eksperiment və müşahidələrlə yoxlanılır. Nəticədə bu model dəqiqləşdirilir və yeni hadisələr haqqında qabaqcadan yeni məlumatlar verilir və s.
Fizikada ən mühüm tərəqqi iki halda baş verir: birincisi modelin qabaqcadan söyləmələri təcrübə ilə təsdiq edilmir; ikincisi ümumiyyətlə modeli olmayan yeni fiziki hadisələr dairəsi aşkar edilir. Birinci halda model təkmillləşdirilir, bəzən yenisi ilə əvəz edilir. Əgər əvəzetmə əsas təsəvvürlərin yenidən baxılması ilə əlaqədardırsa deyirlər ki, fizikada inqilab baş vermişdir. İkinci halda isə fizikanın yeni bölməsi yaradılır.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə