Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə8/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Hesablama sistemləri. Hər bir hərəkətin nisbi olması onun prinsipcə mühüm xassələrindəndir. Doğrudan da ovcumuzda olan və ovcumuza nəzərən sükunətdə olan predmet qolumuzla birlikdə bədənimizə nəzərən mürəkkəb hərəkət yerinə yetirə bilər. Əgər biz də yerimizdə dayanmayıb hərəkət ediriksə onda bu predmet bizi əhatə edən hər hansı əşyaya nəzərən daha mürəkkəb hərəkət edəcək. Nəhayət, həmin predmet bizimlə birlikdə yerin öz oxu və Günəşin ətrafında hərəkəti ilə əlaqədar daha da mürəkkəb hərəkətdə iştirak edəcəkdir.

Hərəkətin hər hansı qanunauyğunluğunu müəyyən etməyə edilən istənilən cəhd hesablama sisteminin seçilməsi ilə başlanır. Adətən, hərəkəti öyrənmək üçün seçdiyimiz cisim, ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır.
Fəza nöqtəsinin xarakterizə edilməsi hesablama sisteminin uyğun nöqtəsinin verilməsi deməkdir. Beləliklə, məsələ, hesablama sistemi nöqtələrinin vəziyyətinin necə xarakterizə edilməsinə gətirilir. Bu, koordinat sistemi daxil edilməklə həll edilir. Qeyd edək ki, koordinat sistemi riyazi anlayış olduğu halda, hesablama sistemi fiziki kateqoriyadır. Mümkün çoxsaylı koordinat sistemlərinin ən sadəsi və yaxşı məlum olanı dekart koordinat sistemidir (şəkil 1.1). İki növ koordinat sistemini fərqləndirirlər: sağ və sol koordinat sistemləri (şəkil 1.3). Sağ əlcəklə sol əlcək üst-üstə düşmədiyi kimi onları da heç bir fəza dönməsi ilə bir-birinin üzərinə salmaq olmaz. Əgər əlcəyi çevirsək bu mümkün olar, eləcə də
oxlardan birinin məsələn, x oxunun istiqamətini dəyişsək (x - x) onda sol sistem sağ sistemə keçər. Bu cür əməliyyat güzgü əksi adlanır. Sol koordinat sistemini, bütün üç koordinat oxlarının istiqamətini dəyişməklə də (x -x, y -y, z -z) sağ koordinat sisteminə çevirmək olar. Bu cür əməliyyat inversiya adlanır. Biz sağ koordinat sistemindən istifadə edəcəyik.
Şəkil 1.3


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə