Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə4/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Dünyanın mexaniki mənzərəsi. Mexanika ilk fundemental fiziki nəzəriyyə hesab olunur. Maddi nöqtə, mütləq bərk cisim, kütlə, çəki klassik mexanikanın əsas anlayışlarıdır. Bu anlayışlar impuls, qüvvə, enerji, koordinat kimi fiziki kəmiyyətlərlə ifadə edilir.

Mexanikanın əsas anlayışı hərəkətdir. Düzxətli və bərabərsürətli hərəkət etmək cismin daxili təbii xassəsidir. Bu hərəkətdən kənaraçıxma cismə kənar qüvvələrin təsiri ilə əlaqədardır. Kütlə ətalət ölçüsüdür. Cazibə cisimlərin universal xassəsidir.
Dünyanın mexaniki mənzərəsi N.Kopernikin heliosentrik sistemi, Q.Qalileyin eksperimental təbiətşunaslığı, İ.Keplerin səma mexanikası və İ.Nyuton mexanikası qanunları əsasında formalaşır.
Dünyanın mexaniki mənzərəsinin xarakterik xüsusiyyətləri:

  1. Dünyanın mexaniki mənzərəsi çərçivəsində dünya reallığın diskret (korpuskulyar) modelindən ibarətdir. Materiya, atom və korpuskullardan ibarət maddi substansiyadır. Atomlar bölünməzdirlər, möhkəmdirlər, kütlə və çəkiləri ilə xarakterizə edilirlər.

  2. Fəza üçölçülüdür, sabitdir, materiyadan asılı deyil; zaman nə fəzadan, nə də materiyadan asılı deyil; fəza və zaman cismin hərəkəti ilə əlaqəli deyil, onlar mütləq xarakter daşıyır.

  3. Hərəkət sadə mexaniki yerdəyişmədir. Hərəkət qanunları kainatın fundemental qanunlarıdır.

  4. Bütün mexaniki proseslər mexanika qanunları ilə müəyyən edilir və determinizm prinsipinə tabedir. Dünyanın bu mənzərəsində təsadüfilik istisnadır. Bu cür determinizm öz ifadəsini dinamik qanunlar şəklində tapmışdır.

  5. XVIII-XIX əsrlərdə dünyanın mexaniki mənzərəsi əsasında yer mexanikası, səma mexanikası, molekulyar mexanika işlənib hazırlandı. Makro- və mikroaləm eyni mexaniki qanunlara tabe edildi. Bu da nəticədə bir zamanlar dünyanın mexaniki mənzərəsinin mütləqləşməsinə gətirdi.

  6. Dünyanın elektromaqnit mənzərəsi. Təbiətin bu modeli XIX əsrin sonunda meydana gəldi. Mexaniki düşüncə üsulu artıq müxtəlif elmi biliklər oblastında yeni təcrübi faktları izah edə bilmirdi. M.Faradey ilk dəfə olaraq materiya

10
haqqında korpuskulyar təsəvvürlərin, kəsilməz təsəvvürlərlə əvəz edilməsinin zəruriliyi fikrinə gəldi. Nəzəriyyənin mühüm anlayışları yük (müsbət və ya mənfi) və sahənin intesivliyi hesab olunur.
Dünyanın elektromaqnit mənzərəsinin əsas xarakterik xüsusiyyətləri:

  1. Dünyanın elektromaqnit mənzərəsinin əsasında reallığın sahə, kəsilməz modeli durur. Materiyaya, nöqtəvi qüvvə mərkəzlərinə (elektrik yüklərinə) malik, vahid kəsilməz sahə və ondakı dalğa hərəkəti kimi baxılır. Dünya, elektromaqnit sahəsi ilə qarşılıqlı əlaqədə olan yüklü elektrik hissəciklərindən ibarət elektrodinamik sistemdir.

  2. Nyütonun uzağatəsir konsepsiyası Faradeyin yaxınatəsir prinsipi ilə (istənilən qarşılıqlı təsir nöqtədən nöqtəyə sahə vasitəsi ilə kəsilməz və sonlu sürətlə ötürülür) əvəz edilir.

  3. XIX əsrin ortalarında ehtimal nəzəriyyəsinə əsaslanan MKN və ya statistik mexanika meydana gəldi. Bu qanun təsadüfilik və zəruriliyin dialektik əlaqəsini ifadə edir. O, təsadüfiliyi inkar etmir, ona zəruriliyin meydana gəlməsi forması kimi baxır.

  4. Maddənin diskret, atom təbiətinin inkarı Maksvell elektrodinamikasını bir sıra ziddiyətlərə gətirir. Bu ziddiyyətlər Q.Lorensin elektron nəzəriyyəsi ilə aradan qaldırılır.

  5. Elektrodinamika qanunlarını nəzərə alaraq A.Eynşteyn fəza və zamanın nisbiliyi ideyasını irəli sürdü. Bununla da materiya haqqında sahə təsəvvürləri ilə Nyütonun fəza və zamanın mütləqliyi konsepsiyası arasındakı ziddiyət aradan qaldırıldı. Nəticədə fəza və zamanın nisbi konsepsiyası for- malaşdı: fəza və zaman sahədə baş verən proseslərlə əlaqəlidir, yəni onlar sərbəst olmayıb, materiyadan asılıdırlar. Dünyanın elektromaqnit mənzərəsi əsasında yaradılan son böyük nəzəriyyə ümumi nisbilik prinsipidir.


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə