Mühazirə kursu а з я р бай ж ан р е с публика


Dünyanın müasir fiziki mənzərəsi



Yüklə 5,01 Mb.
səhifə6/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

8. Dünyanın müasir fiziki mənzərəsi. Dünyanın müasir fiziki mənzərəsinin fundemental konsepsiyası A.Eynşteynin nisbilik nəzəriyyəsini qəbul edir. Bu nəzəriyyə fəza və zaman haqqında adi təsəvvürləri alt üst edir. Fəzanın həndəsəsi kütlənin yerləşməsindən asılıdır. Massiv cisimlərin ətrafında fəza əyilir. Ümumi nisbilik nəzəriyyəsinə görə fəza tsiklik profilə malikdir. Fəzanın hər hansı nöqtəsindən güclü teleskop vasitəsilə baxışlarını yönəldən müşahidəçi boynunun ardını görər.
Bu nəzəriyyə bir hesablama sistemindən digərinə keçid zamanı fizika qanunlarının dəyşməzliyini təsdiq edən nisbilik postulatına və işıq sürətinin sabitliyi postulatına əsaslanıb.
Fəza və zaman üzvi qarşılıqlı əlaqədardır. Fəza və zaman hərəkət və materiyanın paylanmasından asılıdır. Enerji və kütlə əlaqədardır. Qravitasiya və ətalət kütlələri ekvivalentdir.
Xüsusi nisbilik nəzəriyyəsi müxtəlif nisbi maddi hesablama sistemində fəza və zaman xarakteristikalarının müxtəlif olacağını və bu fərqin cisimlərin nisbi sürətindən asılı olacağını müəyyən etdi. Ümumi nisbilik nəzəriyyəsi isə fəza və zamanın hərəkət edən materiyadan daha böyük birbaşa asılılığını, o cümlədən, maddi kütlənin konsentrasiyası və hərəkətindən asılılığını isbat etdi. Fəzanın real xassələrinin evklid fəzasından meyli, həmçinin zamanın axma ritminin dəyişməsi kütlə, cazibə sahəsi ilə əlaqədardır.
Dünyanın müasir fiziki mənzərəsinin xarakterik xüsusiyyətləri:

  1. Maddə quruluşu haqqında müasir təsəvvürlər onun 350 fundemental hissəcik və antihissəcik əsasında olduğunu fərz edir.

  2. Dünyanın müxtəlifliyi və yeganəliyi fundamental hissəcik və antihissəciklərin qarşılıqlı təsiri və qarşılqılı çevrilməsinə əsaslanıb.

  3. Hərəkət, daşıyıcıları fotonlar, qlüonlar və aralıq bozonlar olan fundamental qarşılıqlı təsirlərin təzahürüdür.

  4. Prinsipilal xüsusiyyətləri: sistemlilik, qlobal təkamül, özünütəşkil, tarixilik.

Müasir fizikanın prinsipləri.
Fundamental fiziki nəzəriyyələrlə yanaşı bütün fiziki proseslərə və materiyanın hərəkət formalarına aid edilən daha ümumi qanunlar da mövcuddur. Bu qanunlar müasir fizikanın prinsipləri adlanır.

  1. Uyğunluq prinsipi. İstənilən yeni, daha ümumi nəzəriyyə özündən əvvəlki klassik nəzəriyyəni inkar etməyib onu özünə daxil edir.

  2. Qeyri müəyyənlik prinsipi.

  3. N.Borun əlavəlilik prinsipi. Mikroobyektlərin eksperimental tədqiqi zamanı ya onların enerji və impulsu ya da fəza və zamanda hərəkəti haqqında dəqiq məlumat almaq olar. Bir birini qarşılıqlı inkar edən bu xarakteristikalar eyni zamanda tətbiq edilə bilməzlər. Belə ki, kvant obyektinin (kvant obyekti nə dalğa, nə də hissəcikdir) xassələri onlardan eyni zamanda istifadəni qadağan edir. Lakin, bu xassələr mikroobyekti eyni dərəcədə xarakterizə edə bilərlər.

Real fiziki aləmdə hadisələr və predmetlər arasındakı əlaqə o qədər rəngarəngdir ki, onların hamısının əhatə olunması nəinki praktiki, həm də nəzəri cəhətdən mümkün deyil. Buna görə də fiziki modelin yaradılması zamanı verilmiş hadisələr dairəsinin xassə və əlaqələrinin yalnız əhəmiyyətli olanları nəzərə alınır. Məsələn, planetlərin Günəş ətrafında hərəkət qanunlarını öyrənən zaman günəş şualarının təzyiqinin və günəş küləyinin planetlərə təsirini nəzərə almağa ehtiyac yoxdur.

14





Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə