Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə1/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.







T.M.Pənahov V.İ.Əhmədov




ÜMUMİ FİZİKA KURSU FİZİKA -1
Qısa mühazirə kursu


Азярбайжан Республикасы Тящсил Назирлийинин 18 aprel 2013-жü ил тарихли, 587 сайлы
ямри иля дярс vəsaiti кими тясдиг олунмушдур.


Bakı 2013

1
Rəyçilər: Az.TU-nun Fizika kafedrasının müdiri, Əməkdar elm xadimi, prof.E.M.Qocayev


Az.TU-nun Elektronika kafedrasının müdiri, prof. H.S. Orucov


AzMİU-nun Fizika kafedrasının dosenti


S.S. Əliyev

AzMİU-nun Fizika kafedrasının dosenti


T.H. Cəbrayılov
Pənahov T.M., Əhmədov V.İ. Ümumi fizika kursu. Fizika-1.
Dərs vəsaiti. “Mars-Print” Kod 097. Bakı.2013. 304 səh.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya Federasiyasının və inki- şaf etmiş Avropa ölkələrinin texniki Universi- tetlərinin yeni nəsl fənn proqramlarından istifadə etməklə, həmçinin fizika elminin son nailiyyətlərini və son illərdə respublikamızın təhsil sistemində uğurla aparılan islahatlar da nəzərə alınmaqla 12.07.2011-ci il tarixli 1306 nömrəli əmri ilə Ali texniki məktəblər üçün təsdiq etdiyi “Ümumi fizika kursu” fənn proqramı əsasında hazırlanmışdır. Dərs vəsaiti Azərbaycan Memarlıq İnşaat Universitetinin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur
İSBN 978-9952-8153-4-4


© Pənahov T.M., Əhmədov V.İ., 2013
2

MÜNDƏRİCAT





Ön söz...........................................................................

5

Giriş...............................................................................

7

Muhazirə 1 . Kinematikanın elementləri......................

15

Mühazirə 2. Əyrixətli ərəkət........................................

28

Mühazirə 3. Maddi nöqtə dinamikasının elementləri ..

37

Mühazirə 4. Mexanikada saxlanma qanunları..............

46

Mühazirə 5. Mərkəzi sahədə hərəkət. Konservativ və
qeyri konservativ qüvvələr .........................................

56


Mühazirə 6. Mexanikada nisbilik prinsipi....................

69

Mühazirə 7. Bərk cisim mexanikasının elementləri.....

82

Mühazirə 8. Relyativist dinamikanın elementləri........

92

Mühazirə 9. Səlt mühit mexanikasının elementləri......

99

Mühazirə 10. Elastiki deformasiya və mexaniki
gərginlik .......................................................................

110


Mühazirə 11. Statistik fizika və termodinamika.........

121

Mühazirə 12. Molekulyar kinetik nəzəriyyənin
elementləri. ...................................................................

134


Mühazirə 13. Termodinamikanın elementləri.............

148

Mühazirə 14. Səthi gərilmə və kapilyarlıq hadisələri..

165

Mühazirə 15. Paylanma funksiyaları............................

180

Mühazirə 16. Elektrostatika.........................................

197

Mühazirə 17. Kondensatorlar. Elektrostatik sahə
enerjisinin sıxlığı...........................................................

212


Mühazirə 18. Sabit elektrik cərəyanı...........................

220

Mühazirə 19. Vakuumda statik maqnit sahəsi.............

234

Mühazirə 20. Vakuumda maqnitostatikanın əsas
tənlikləri.........................................................................

243


Mühazirə 21. Elektromaqnit induksiya hadisəsi..........

253

Mühazirə 22. Maddə daxilində statik elektrik
sahəsi.............................................................................

262


Mühazirə 23. Maddə daxilində statik maqnit
sahəsi.............................................................................

273


Mühazirə 24. Maksvell tənlikləri.................................

282

Mühazirə 25. Elektrodinamikada nisbilik prinsipi.......

290

Mühazirə 26. Kvazistasionar elektromaqnit sahəsi......

295

Ədəbiyyat.....................................................................

302

4


Ön s ö z


Ali məktəbdə fizikanın tədrisinin əsas vəzifələrindən biri təbiətin əsas qanunlarını tələbəyə izah etmək, alınmış biliklərdən istifadə edilməsi vərdişlərini inkişaf etdirmək, həmçinin, əsas xüsusiyyəti yalnız öyrənilən hadisənin ideal modeli ilə işləmək bacarığı deyil, bu modeli real gerçəkliklə əlaqələndirən fiziki düşüncə məntiqini təkmilləşdirməkdir. Fizikanın öyrənilməsi mütəxəssisin elmi dünyagörüşünün formalaşması üçün böyük əhəmiyyət daşıyır. Fizika fənni, riyaziyyat və nəzəri mexanika ilə yanaşı bütün mühəndis və xüsusi kurslar üçün əsas baza fənni hesab edilir.
Fizika sürətlə inkişaf edən elmdir. Əvvəllər yeni nailiyyət hesab olunanlar müəyyən müddətdən sonra ya köhnəlir, ya da ümumi qəbul edilmiş təsəvvürlərə çevrilir. Bu zaman köhnə nailiyyətlər yanlış hesab olunmur, fizikanın inkişafı yalnız onun tətbiq edilmə sərhədlərini müəyyən edir.
Bu vəsait Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kursunda oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumi fizika kursu Fizika-1 və Fizika-2 olmaqla iki mərhələdə tədris edilir. Fizika-1 mərhələsində mexanikanın fiziki əsasları, statistik fizika və termodinamika, elektrik və maqnetizm bölmələri, Fizika-2 mərhələsində isə rəqslər və dalğalar fizikası, həndəsi optika, kvant fizikası bölmələri tədris edilir.
Bu materialların həmçinin, veb səhifə formatında hazırlanması və universitetin elektron ünvanında yerləşdirilməsi tələbələrin mühazirəni yazmadan, informasiya texnologiyalarından istifadə etməklə mühazirələrin tam mətnlərini əldə etmələrinə imkan verir. Bu da tədrisin keyfiyyətini yüksəltməklə yanaşı vəsaitdən elektron dərslik
kimi digər tələbə və müəllimlərin də istifadə etməsinə imkan verir.
Üç bölmədən ibarət olan dərs vəsaitinin 1-ci bölməsi kinematikanın elementləri, maddi nöqtə dinamikasının elementləri, mexanikada saxlanma qanunları, nisbilik prinsipi, bərk cisimlər mexanikasının elementləri, relyativist dinamikanın elementləri və səlt mühit mexanikasının elementlərinə həsr edilmişdir.
Ikinci bölmədə dinamik və statik qanunauyğunluqlar, molekulyar-kinetik nəzəriyyənin elementləri, termodinamikanın elementləri haqqında məlumatlar verilmişdir.
Üçüncü bölmə elektrostatika, sabit elektrik cərəyanı, vakuumda statik maqnit sahəsi, maddə daxilində statik elektrik və maqnit sahələri, Maksvell tənlikləri, elektrodinamikada nisbilik prinsipi, kvazistasionar elektromaqnit sahəsi mövzularına həsr edilmişdir.
Dərs vəsaitinin əsasını müəlliflərin uzun illər boyu AzMİU- da oxuduqları mühazirələr təşkil edir. Mühazirələrin şərhi zamanı 1-ci kurs tələbələri üçün əlverişli riyazi aparatdan istifadə edilməsinə cəhd edilmişdir.
Müəlliflər ümid edirlər ki, bu vəsaitdən istifadə etməklə tələbələr müasir fizikanın əsasları, onun nailiyyətləri və problemləri ilə yaxından tanış olacaqlar. Müəlliflər əmindirlər ki, müasir fizikanın əsaslarını öyrənmək tələbələrə gələcəkdə, yuxarı kurslarda bir çox xüsusi texniki fənnləri daha müvəffəqiyyətlə mənimsəməyə imkan verəcəkdir.

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə