Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə5/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

7. Dünyanın kvant sahə mənzərəsi. Bu nəzəriyyənin əsas anlayışları:
-Korpuskulyar dalğa dualizmi-materiyanın hər bir zərrəsi eyni zamanda həm dalğa, həm də zərrəcik xassəsinə malkdir.
-Heyzenberqin qeyri müəyyənlik prinsipi- zərrəciyin koordinat və impulsunun eyni zamanda ölçülməsi mümkün deyil.
Dünyəvi universal sabitlər-Kainatın müşahidə olunan bütün hissəsində qiymətə malik, bir birindən asılı olmayan sabitlər;
-işığın vakuumdakı sürəti-təbiətdə mümkün olan bütün qarşılıqlı təsirlərin maksimal sürəti;
-qravitasiya sabiti, ümumdünya cazibə qanununda istifadə edilir;
-Plank sabiti-mikroaləm səviyyəsində prosesləri təsvir edən bütün tənliklərə daxil olan, enerji kvantıdır;
-Bolsman sabiti, mikroskopik dinamik hadisələr və hissəciklər toplusu halının makroskopik xarakteristikaları arasındakı əlaqəni müəyyənləşdirir.
Dünyanın kvant sahə mənzərəsinin xarakterik xüsusiyyətləri.

  1. Hərəkət haqqında təsəvvürlər dəyişir, o fundemental fiziki qarşılıqlı təsirin xüsusi halına çevrilir. Qarşılıqlı təsir, bir obyektin digərinə materiya və hərəkətin mübadiləsi yolu ilə təsirindən ibarətdir. İstənilən dəyişmə özlüyündə hərəkətdir. Qarşılıqlı təsir materiyanın hərəkətidir. Hərəkətin istənilən forması materiyanın fundemental qarşılıqlı təsiri (qravitasiya, elektromaqnit, zəif və güclü) kimi özünü göstərir.

  2. Bütün proseslər yaxına təsir prinsipi əsasında təsvir edilir. Qarşılıqlı təsir nöqtədən nöqtəyə müvafiq sahə vasitəsi ilə ötürülür və ötürülmə sürəti işıq sürətindən böyük deyil.

  3. Fəza və zamanın nisbiliyi və onların materiyadan asılılığı haqqında təsəvvürlər təsdiq edilir. Ümumi nisbilik

12
nöqteyi nəzərincə onlar vahid dörd ölçülü fəza-zamanda birləşirlər.

  1. Fizikada səbəbiyyət anlayışı təsdiq edilir. Səbəbiyyət halın zamanla əlaqəsindən ibarətdir. Qanunauyğunluq və səbəbiyyət haqqında kvant sahə təsəvvürlərinin spesifikası ehtimal formasında, statistik qanunlar şəklində verilir.


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə