Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə3/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

    Bu səhifədəki naviqasiya:
  • Əlavə
Fiziki kəmiyyətlər onların ölçülməsi. Dərk edilmədə ilk addım fiziki reallığın obyektləri arasındakı müxtəlifliyin müəyyən edilməsindən ibarətdir. Söhbət müxtəlif predmetlərin, hadisələrin, proseslərin və s. eyni xassələrinin müqayisə edilməsindən gedir. Məsələn, maddi cisimlərin ən ümumi xassəsi onların ölçüsü, proseslərin ən ümumi xassəsi onların sürəkliliyidir. Bu üsulla xarakterizə olunan xassə fiziki kəmiyyət, fiziki kəmiyyəti xarakterizə edən ədədin tapılması üsulu ölçmə adlanır. Hər hansı kəmiyyəti ölçmək onu vahid qəbul edilmiş, bu növ kəmiyyətlə müqayisə etmək deməkdir. Biz qısaca olaraq BS kimi işarə edilən beynəlxalq vahidlər sistemindən istifadə edəcəyik. BS-də yeddi əsas və iki əlavə vahiddən istifadə edilir.

Əsas ölçü vahidləri

  1. uzunluq – metr (m)

  2. kütlə - kiloqram (kq)

  3. zaman- saniyə (san)

  4. elektrik cərəyanının şiddəti- amper (A)

  5. termodinamik temperatur- kelvin (K); T=273,15+t0C

  6. maddə miqdarı –mol (mol)

8

  1. işıq şiddəti –kandela (kd)

Əlavə ölçü vahidləri

  1. müstəvi bucaq- radian (rad)

  2. cisim bucağı – steradian (sr)

Törəmə vahidlər, məsələn N, C, Vt, V, Om və s. əsas və əlavə ölçü vahidlərindən əmələ gəlir.

  1. Dünyanın fiziki mənzərəsi. Müasir fizika həddindən artıq şaxələnmiş elm sahəsidir. Bu və ya digər kriteriyalar əsasında o bir sıra fənn və ya bölmələrə bölünür. Məsələn, tədqiqat obyektinə görə fizikanı elementar zərrəciklər fizikası, atom nüvəsi, atom fizikası, molekulyar fizika, bərk cisimlər, maye və qazlar fizikası, plazma fizikası, kosmik cisimlər fizikasına bölürlər. Digər tərəfdən fizikanın bölmələrə ayrılmasını öyrənilən proseslərə və ya materiyanın hərəkət formalarına görə aparmaq olar: mexaniki hərəkət, istilik hərəkəti, elektromaqnit prosesləri, qravitasiya hadisəsi, güclü və zəif qarşılıqlı təsirlə əlaqədar proseslər. Əksər proseslərə müxtəlif makro- və mikroskopik səviyyələrdə baxılır. Fizikanın hər iki üsulla bölünməsi arasında əlaqə mövcuddur. Belə ki, tədqiqat obyektinin seçilməsi öyrənilən proseslərin və istifadə edilən qanunauyğunluqların xarakterini müəyyən edir. Öyrənilən proseslərə görə hissələrə ayırma açıq aydın göstərir ki, müasir fizika az sayda fundemental qanunlar və ya fundemental fiziki nəzərəiyyələrə malikdir. Bu nəzəriyyələrdə təbiətdəki obyektiv proseslər tam və ümumi formada əks olunur. Fundemental fiziki nəzəriyyələr təbiətin qanunauyğunluqları haqqında bizə elə ümumiləşmiş elm verir ki, bu nəzərəiyyənin ayrı ayrı aspektləri fəlsəfi xarakter alır.


  2. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə