Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar seksin



Yüklə 306,25 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü306,25 Kb.
#64291


Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar. seksin 

faydaları haqqında Araşdırmaların sonunda cinsi əlaqənin sadəcə insanlar arasında 

bir ehtiyac olmadığı, həmçinin insan sağlamlığına faydalı olduğu müəyyənləşib. Cinsi 

əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran 

endorfin adlı maddənin miqdarı artır. Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır. 

 

İngiltərədə aparılan araşdırma zamanı isə kişilərin orqazmla ölümləri arasında əlaqə 



araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan 

kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. 

Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə 

qarşı orqanizmi qoruduğu ortaya çıxıb. Həmçinin, müntəzəm orqazm prostat vəzi 

xərçəngi riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren 

ağrılarının azaldığı müəyyənləşib. 

 

ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları isə cinsi əlaqə zamanı qadınların ən çox 



şikayət etdikləri kişilərin cinsi əlaqədən dərhal sonra yatmağa meyl etməsinin 

səbəbini araşdırıblar. Nəticədə bu halın hormonal dəyişikliklə əlaqədar olduğu 

qənaətinə gəliblər. Mütəxəssislər məsələyə bu cür aydınlıq gətiriblər: “Kişilər cinsi 

əlaqə zamanı orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər, həm 

də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən “prolaktin” adlı hormonun səviyyəsinin 

artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə 

tam əksinə olaraq, cinsi əlaqə zamanı “prolaktin” hormonu ilə bərabər cinsi istəyi 

artıran “oksitosin” hormonu da ifraz olunur”. Sən demə, qadınların gözəl və sağlam 

qalması üçün yalnız kremlər, kosmetik vasitələr, müxtəlif maskalar gərəkmirmiş. Artıq 

sekslə məşğul olaraq da gözəlləşməyin mümkünlüyü sübut edilib. 3500 amerikalı 

qadın üzərində araşdırma aparan elm adamları, cinsi həyatından məmnun olan və 

uzun illər sekslə məşğul olan qadınların gənc və gözəl qaldığını ortaya çıxarıb. Belə ki, 

seks zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun 

həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardandır. 

Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən azı 10 yaş daha gənc və gözəl 

görünürlər. 

 

Yaxşı bir cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi 



əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı, 

stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq, həm də 

sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı təklif edir. 



 

Cinsi əlaqənin 8 xeyri  

1. Seks vasitəsilə lazımlı hormonlar əmələ gəlir 

Oksitosin – bu yaraların tez sağalmasına, zədələr nəticəsində əmələ gələn ləkələrin 

yox olmasına kömək edir. Hormon bədən temperaturunu və təzyiqini tənzimləyir. 



Dopamin – razılıq hormonlarını artırır. 

Testosteron – insandakı narazıçılıq və narahatlıq hisslərini azaldır. 

Endorfin – xoşbəxtlik hormonu stresi aradan qaldırır, depressiyadan uzaq saxlayır. Bu 

hormonlar cinsi istəyi artırır, insanı daha həvəsli edir. 



2. Cinsi əlaqə ürəyə müsbət təsir edir, insult və infarkt riskini 2 dəfə azaldır. 

3. Daimi cinsi əlaqə insanı daha ağıllı edir. Seks zamanı qan beyinə daha yaxşı 

ötürülür, oksigenin miqdarı çoxalır. Eyni zamanda cinsi əlaqə yaddaşı 

möhkəmləndirir, əsəbləri sakitləşdirir. 

4. Seks kişilərdə prostat, qadınlarda isə mastopatiya xəstəliyinin qarşısını alır. 

5. Intim münasibət zamanı immunitet artır, soyuqdəymənin qarşısını alır. 

6. Seks artıq çəkidən xilas olmağa kömək edir. 4-5 dəqiqə sekslə məşğul olmaq 15 

dəqiqə qaçış xalçasında idman etməkdən daha sərfəlidir. Bu zaman daha çox kalori 

itirirsən. 

7. Daimi seks dərinin elastikliyini artıran və qırışların qarşısını alan kollagenin 

miqdarını çoxaldır. 



8. Cinsi əlaqə zamanı orqanizmdəki mikrobların 50 %-i təmizlənir. 

 

Alimlər sübut ediblər ki, erkən yaşda cinsi əlaqə ilə məşğul olmaq insanın 



psixologiyasına mənfi təsir edir. Belə insanlar alkoqola düşkün olurlar. Onlar 

həyatlarındakı insanlardan razı qalmırlar. 

Mənbə



http://goo.gl/Vz6KEO

 

facebook page: 

https://www.facebook.com/gay.lgbt.azerbaijan

 

facebook group: 

https://www.facebook.com/groups/azlgbt/

 

Yüklə 306,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə