Mühazirə konspekti



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
biotibbi muhazire

Giri
ş
 
 

Müasir tibb sahəsində geniş çeşiddə cihaz və aparatlardan istifadə olunur. Bu 


cihaz və aparatlar həm də təbabətdə istifadə olunan dərman peraparatlarının 
yaradılmasına çox geniş şəkildə istifadə olunur. Farmokologiya sahəsində birinci 
həblərin hazırlanması, ikinci məcunların hazırlanması , üçüncü müxtəlif tip maye 
məcunları üçün qabların hazırlanması və ya digər dərman peraparatlarının 
hazırlanması. Bu kimi məlumatların əldə edilməsi üçün cihaz və aparatlar 
konstruksiyalarının və iş prinsiplərinin öyrənilməsi vacibdir. Bunun üçün biz fizika 
və kimya elimindən əldə edilmiş biliklərdən istifadə edəciyik.
Biotibbi cihaz, aparat, sistem və komplekslər fənnin müxtəlif bölmələrinin 
müasir tələblərə uyğun olaraq səhiyyə müəssisələrində istifadə olunan biotibbi 
aparatların və eləcə də aparat komplekslərinin növlərini və onların iş prinsiplərini 
mənimsətməkdən ibarətdir. Fənninin məqsədi müasir metodlarlarla peşəkar
biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-
fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir. 



Mühazirə -1 . Tibbi cihazlar, aparatlar, sistemlər və komplekslər
Insanların sağlamlığının q
orun
ması ilə
s
ə
hiyy
ə
t
əşkilatları və
qurumları məşğul 
olurlar. 
Səhiyyə öz vəzifəsini yerinə yetirməsi üçün tibbi texnikadan istifadə edir. Qeyd 
edək ki, tibbi texnika həmçinin,tibbi texnalogiyaların həyata keçirilməsi üçün də istifadə 
edilir. Məlumdur ki, (əgər biz həkimə tədqiqatçı kimi baxırıqsa) həkim bioloji obyekti 
(insanı) tədqiq edir. O bioloji obyektə (BO) müəyyən təsir göstərərək ondan informasiya 
alır. Əgər təsir və informasiya sadədirsə, bu aşağıdakı şəkildə göstərilə bilər (şəkil 1): 
Şəkil 1.
Daha mürəkkəb texniki təsir vasitələrindən istifadə etməklə də obyektə təsir 
göstərilə bilər. Diaqnostik texniki vasitələrin köməyilə alınan məlumat tədqiqatçıya 
verilir.
Ən sadə tibbi texniki vasitələr (TTV) 3 qrupa ayrılır: 
1-
Tibbi aparatlar 
2-
Alətlər 
3-
Ləvazimatlar 
Şəkil 2. Tibbi texniki vasitələrin təsnifatı 
Ləvazimatlar-tibbi texnaloji prosesi aparmaq üçün tələb olunan yardımçı 
vasitələrdir.
TTV 
T. aparatlar 
Alətlər 
Ləvazimatlar 
Elektrik ap. 
Tibbi mex.ap. 
Təsir edən ap. 
Təsiri qəbul edən ap. 
Tədqiqatçı 
BO 
TTV 
DTV 



Tibbi aparatlar-xəstə ilə müəyyən dərəcədə sərbəst avtomatlaşdırılmış qarşılıqlı 
əlaqə yaradılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, tibbi texnikanın ən mürəkkəb 
və böyük sürətlə inkişaf edən sahəsi tibbi aparatlardır.
Alət- bir növ əlin davamıdır. Məhz xəstəyə alət vasitəsilə təsir daha geniş 
yayılmışdır. 
Tibbi aparatlar istifadə edilən enerjinin növündən asılı olaraq, tibbi elektrik və tibbi 
mexaniki aparatlara bölünür. Baxdığımız fəndə əsas yeri tibbi elektrik aparatlarına 
verəcəyik. İstifadə edilən enerjinin istifadəsinə görə obyektə təsir edən aparatlar və təsiri 
qəbul edən aparatları bir-birindən fərqləndirirlər.
Ümumiyyətlə tibbi texnikada istifadə edilən aparatların təsnifatı böyük olduğuna 
görə bu yerində saxlanılması məqsədə uyğundur. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə