Mühazirə konspekti


Mühazirə -10. Bioloji aktiv nöqtələri təyin edən qurğu



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
biotibbi muhazire

Mühazirə -10. Bioloji aktiv nöqtələri təyin edən qurğu 
 
Qədim tibb təbabətində orqan və orqanizmə təsir üçün dəri üzərində olan müəyyən 
nöqtələrə təsirdən istifadə edilir. Bu nöqtələr bioloji aktiv nöqtələr (BAN) adlanır. 
BAN-ə təsir 3 cür aparılır: 
1-
İynə ilə (bu metoda akupunktura deyilir) 
2-
Istiliklə
3-
Mexaniki təzyiq göstərməklə 
Bunlar içərisində ən geniş yayılmışı iynə batırmadır. Bunun üçün istifadə edilən 
iynələr müxtəlif metaldan hazırlanır. Bizə məlumdur ki, müəyyən orqanlar süstləşmiş 
vəziyyətdə ola bilirlər. Bu onların potologiyasıdır və onların müalicəsi üçün uyğun 
BAN-lər qıcıqlandırıcı və ya süstləşdirici təsir göstərilməlidir. Məhz bu təsiri almaq 
üçün iynələr müxtəlif potensiala malik metallardan hazırlanır.
İynə batırmanın terapevtik təsiri tarixin sınağından keçmişdir. Lakin bu metod 
üçün mənfi hal iynənin batırılacağı yerin düzgün seçilməsinin çətinliyi, iynənin 
materialının seçilməsinin düzgün müəyyən edilməsi və iynənin sınması ehtimalının 
olmasıdır.
Qeyd etmək lazımdır ki, digər üsullar üçün də BAN-in təyin edilməsi problemi 
vardır. BAN-in təyini üçün elektrik üsulundan istifadə məqsədə uyğun sayılır. Bu üsul 
BAN-in ətraf nöqtələrə nəzərən kiçik müqavimətə malik olmasına əsaslanır. BAN-ə 
elektrik potensialı ilə təsiri üsulu elektropunktura adlanır. Bu üsula əsasən müəyyən 
edilmiş BAN-ə orqanın vəziyyətindən asılı olaraq məlum polyarlıqlı potensial 
verilməsinə əsaslanır. 
Qeyd edək ki, BAN-ə kombinə edilmiş elektrik təsiri də mövcuddur ki, buna 
elektroakupuntura deyilir. Bu üsulla əsasən dəriyə yeridilmiş iynələr vasitəsilə elektrik 
potensialları BAN-ə verilir. Bu cihazlar 2 növ cərəyanda hazırlanan və axtarış üçün 
asand konstruksiyada olması şəklində olur. Prinsip etibarilə hər iki üsulla hazırlanmış 
qurğunu Ommetr təşkil edir. Hər iki cərəyandan istifadə etdikdə ölçülən nöqtələr 
arasında cərəyan olur (elektrodla elektrik potensialı verilir). Sabit cərəyandan istifadə 
edilən cihazın bir elektrodu vasitəsilə (aktiv elektrod) dəri üzərində axtarış aparılır. 
Digər elektrodu isə (passiv elektrod) tərpənməz qalır. Adətən passiv elektrod böyük 
sahəyə malik olur, aktiv elektrod isə kiçik sahəli iynəvari şəklində seçilir. Aktiv 
elektrodu dərinin üzərində gəzindirərək müqaviməti az olan BAN müəyyən edilir. Bu 
zaman həmin nöqtəyə aktiv elektrod vasitəsilə müəyyən potensial tətbiq edilmiş olur. 
BAN-nin vəziyyəti hələ müəyyən edilmədiyindən onun axtarışı zamanı həmin nöqtəyə 
müəyyən potensial tətbiq edilməsi məqsədə deyil. Bu baxımdan hesab edilir ki, tədqiqat 
üçün dəyişən cərəyandan istifadə etmək düzgündür. 
Aşağıdakı şəkildə dəyişən cərəyandan istifadə ilə BAN-i təyin edən qurğunun 
struktur sxemi verilmişdir: 


32 
Şəkil 1. BAN-i təyin edən qurğunun struktur sxemi (dəyişən cərəyan) 
Bu strukturda hasil etdiyi siqnalın tezliyinin müqavimətindən asılı olaraq dəyişən 
generatordan istifadə edirlər. Elektrodlar sistemi dəri üzərində olduğunda müəyyən 
müqavimət, olmadıqda çox böyük müqavimətə malikdir. Həmin müqavimət 
generatorun idaəredici (tezliyi) adətən paralel qoşulur. Elektrodun yerini dəyişdikdə 
generatora paralel qoşulmuş müqavimət qiyməti dəyişir. 
Nəticədə generatorun çıxışındakı siqnalın tezliyi dəyişir. Baxılan strukturda 
indiqasiya bloku həm də, audio indiqasiya nəzərdə tutulur.
Anoloji qurğuların lahiyələndirilməsi zamanı aşağıdakı texniki parametrlərə 
əsaslanmaq tövsiyyə olunur: 
-
Tətbiq edilən gərginlik 9V-dan artıq olmamalıdır, 
-
Cərəyan sıxlığı tətbiq edilən elektrodun sahəsinə uyğun 5÷10 mA/sm


-
Elektrik gərginliyi 0.5÷1 V/sm
2

Elektropunkturada isə istifadə edilən cərəyan 1÷15 mA tərtibində göstərilir 
(ədəbiyyatlarda) 
ES 
ES 
ES 
F(R) 



33 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə