SəRBƏst iŞ Fakultə: Filologiya(ingilis ədəb)



Yüklə 133,11 Kb.
tarix15.05.2023
ölçüsü133,11 Kb.
#110349
Sözün magik mahiyyəti 0702


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dillər Universiteti


SƏRBƏST İŞ

Fakultə: Filologiya(ingilis ədəb)
Fənn: Ədəbiyyata giriş
Tələbə: Nursel Bayramlı
Müəllim: Mehriban Mövlanova


BAKI-2022
Sözün magik mahiyyəti
Magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metod.
Realizmin mistik formasının geniş inkişafı kinonun ədəbi zövqlərə və ədəbi axtarışlara təsirinin çox yeni bir hadisəsidir. Bəlkə kino vasitəsi ilə ədəbi təsir barədə danışmaq daha doğru olar. Bu halda vahid mətn mədəniyyəti ilə kino obrazı mədəniyyətinin qaynayıb qarışması baş verir.
Bədii fikrin inkişafı tarixində yaranan hər bir yeni mərhələ dövrün mənəvi məzmunda yenilənməsinə və dəyişilməsinə reaksiya kimi qiymətləndirilə bilər. Bu isə öz növbəsində zamanla XX əsr dünya mədəni paradiqmasının radikal şəkildə dəyişməsinə, fəlsəfi və ədəbi-bədii fikir tarixində yeni anlayışların təzahür etməsinə gətirib çıxardı. XX əsr humanitar fikrindəmilli-mədəni və multikultural dəyərlərin bir araya cəmlənməsi, sinfi fərqliliyin – kütlə və elitar mədəniyyətin culğalaşması, qaynayıb-qarışması yaradıcılıqprinsip və xüsusiyyətlərinin inkişafına sirayət etdi. Bu cəhətdən digər siyasi,ideoloji və mədəni-sosial hadisələr kimi, bədii ədəbiyyat da dövrün qlobalproblemlərini xüsusi orijinal bədii prinsiplərlə təsvir edərək yalnız müəyyənxalqın milli mədəniyyəti, dəyərləri üçün deyil, eləcə də dünya bədii fikrində yeni yaradıcılıq prinsiplərinin əsasını qoydu. İncəsənətin digər sahələrində dəfərqli təsəvvürlər sistemində təcəssüm olunan və tamamilə yeni məna kəsb edənbir dünya modeli yarandı. Dövrün sənətkarları modernist və realist estetikanın prinsipləri fonunda təsvir edilən reallığa tamamilə fərqli baxış bucağından diqqət etməyə başladılar. Maqik elementlərin dünyanın realistik mənzərəsinə daxil edilməsi, realizmin fərqli tərzdə, bədii-estetik fikirə yeni üslubun sirayət etməsi kimi başa düşüldü. Zamanla universal yaradıcılıq metoduna çevrilən bu üslub həm incəsənətdə, həm də bədii ədəbiyyatda böyük potensial imkanlara malik olduğunu göstərdi. Bu metodun “magik realizm” kimi müəyyən olunması, araşdırmaçıları bu fenomenin genezisini araşdırmağa sövq etdi.
Maqik realizm, sehrli realizm və ya ecazkar realizm terminləri ümumi olaraq eyni mənaya malik hesab olunur, lakin bu terminlər arasında bəzi fərqlər var. Ecazkar realizm, Latın Amerikasının inanclarını, tarixini və ənənələrini ehtiva etdiyi üçün digərlərindən fərqlənir. Maqik realizm “təmsil olunan dünyaya enməyən, əksinə gizlənən və ürəkləri döyündürən bir sirrdir” ; və Salman Rüşdinin nəzərdə tutduğu kimi, maqik realizm “inanılmaz və dünyəvi ünsürlərin qarşılaşmasıdır”. Maqik realizm həyatımızda mövcud olan fəqlilikləri tapıb ortaya çıxaran , adi və qeyri-adi qəbul edilən məhfumları çaşqınlıq yaratmadan təqdim edən bir ədəbi janrdır. Bəzi tənqidçilər maqik realizmi digər ədəbi cərəyanlarla ortaq xüsusiyyətlərinə görə janr olaraq xüsusi kateqoriyaya aid etməsələr də, ədəbi tənqidçi Qreqori Rubinson “ Ruşdi, Barns, Vinterson və Karterin Fantastikası” (“The Fiction of Rushdie, Barnes, Winterson and Carter”) adlı kitabında təsdiq edir ki, görkəmli ədəbiyyatşünas Ralf Koenin müəyyənləşdirdiyi, müxtəlif ədəbi janrların tarixi, sosial, mədəni cəhətdən əlaqələrinin tədqiq edilməsi prinsipinə ən yaxşı nümunə olan maqik realizm janr kateqoriyasına aid edilməsi müzakirə oluna bilər.
Alimlər müəyyən etmişlər ki, məxluqatın ən ali mərtəbəsində dayanan müasir insanın formalaşmasında, bioloji növdən ictimai-psixoloji, mənəvi-mədəni varlığa çevrilməsində təkcə əmək, keyfiyyətli qida, anatomik üstünlüklər və sair bu kimi maddi amillər rol oynamayıb, insanlığın inkişafında məhz söz - danışa bilmək bacarığı əsas olub. Söz insana öyrənmək, öyrədə bilmək imkanı yaradıb. Sözün ortaya çıxması - danışıq qabiliyyətinin olması, sonra dil ümumiliyinin yaranması insanların daha böyük toplumlar halında birləşməsinə, müəyyən ideyaların, inamların daha geniş şəkildə yayılmasına səbəb olub. Beləliklə, tarixin qədim çağlarında adət-ənənələr, qayda-qanunlar, qazanılan biliklər, inamlar, təsəvvürlər sözdə (mifdə, nağılda, ata sözündə, tapmacada, dastanda və s.) yaşayaraq, daha üstün təsisatların, o cümlədən, siyasi birliklərin formalaşmasına ideya verib. Digər xalqlar kimi, türk xalqlarında da dövlətin təzahürü, cəmiyyətdə daha ali ideyanın, oturuşmuş ictimai davranış normalarının, insanlararası münasibətlərin nizamlanmasında mühüm rol oynayan mənəvi dəyərlərin mövcudluğu şəraitində mümkün olub. Muxtar Kazımoğlunun da kitabının "Dövətçilik düşüncəsi və folklor" adlı ilk yazısında qədim türklərdə dövlətin ortaya çıxması, ilk növbədə, Tanrı ideyasının proyeksiyası kimi dəyərləndirilir. Akademikə görə, məhz Tanrı ideyası (və ya Göy Tanrı ideyası) dünyanın bir sakral idarəetmə sistemi olaraq, türk cəmiyyətinin vahid qüvvə - xaqan ətrafında birləşməsinə və ciddi ierarxik sistem qurmasına təkan vermiş, bu işdə bir növ model rolu oynamışdır. Beləliklə, alim erkən dövlətlərin yaranmasını birbaşa xalqın inam sisteminə bağlayır: dövlət səmavi ierarxiyanın yerdəki təzahürü, proyeksiyası olduqda, xaqan missiyası da Tanrı missiyasına çevrilir, ordu isə ilahi ordu statusu qazanır. Muxtar Kazımoğlu yazır: "Həm sosial qurum, həm coğrafi məkan, həm də hakimiyyət bu və ya digər dərəcədə ideallaşdırılıb göylər aləmi ilə əlaqələndirilirsə, ordunun "Tanrı ordusu" adlandırılması, bayrağın günəş rəmzi boz qurdla, savaş musiqisinin isə ildırım hamisi ilə əlaqələndirilməsi tamamilə təbiidir".
Muxtar Kazımoğlunun qənaətincə, epos dövlətçilik ideyalarını əks etdirən, yaşadan, vəsf edən mühüm mədəni təzahürdür. Yəni epos xalqın təkcə poetik yaradıcılıq imkanlarını əks etdirmir, xalqın sosial-siyasi iddialarını, inamını, mənəvi gücünü də özündə ehtiva edir. Muxtar Kazımoğluna görə, türk eposu ("Oğuz kağan", "Kitab-Dədə Qordud", "Alpamış" və b.) etnosun kosmik düşüncə modelini ritualda, süjetdə, motivdə, hətta mətnin strukturunda təqdim edə bilir. Türk (konkret halda Oğuz) eposu üçün səma - İlahi aləm toxunulmazdır. Hər şey Tanrının istəyinə, iradəsinə, yazısına bağlanır. Bəndə süjetin qəhrəmanı olmaqla, nə qədər fiziki gücə, ağıla, mənəviyyata sahib olsa da, o, Tanrı - Allah qarşısında acizdir. Muxtar Kazımoğlunun qeyd etdiyi kimi, "dastanda bədii söz yerdən qabaq göyü, bəndədən qabaq Allahı, rəiyyətdən qabaq hökmdarı təqdim etməyə hesablanıb".
Muxtar Kazımoğlunun sözügedən yazısının məntiqi davamı kimi görünən "Dədə Qorqud" boylarında bəzi qaranlıq məqamlar" məqaləsində isə alimi "Kitabi-Dədə Qorqud" mətnində qəhrəmanların "dəliliyinə" sübut kimi görünən məqamlar cəlb etmişdir. Quru çay üstündən körpü salmaq, bu körpüdən keçəndən üç, keçməyəndən döyə-döyə qırx ağça almaq, zifaf gecəsi nişanlısını tərk edib nə vaxtdan bəri dustaq yatan qardaşının dalınca getmək, söz verdiyi halda "kafir qızını" almamaq və s. bu qəbildən olan, əsl səbəbi alt qatda - mifik təsəvvürlərdə gizlənən epizodlardır.
Bu kontekstdə danışarkən Muxtar Kazımoğlu Dəli Domrula və Beyrəyə geniş yer ayırır. Çünki Dəli Domrul da, Beyrək də mifik planda o dünyaya gedib qayıdan obrazlardır. Quru çay, körpü o dünyanın metaforası kimi Dəli Domrulun arxetipini müəyyən etməyə imkan verdiyi halda, Beyrəyə münasibətdə bu məsələ daha "üstü qapalı" haldadır. Epik struktur baxımından Beyrəyin dustaqlığı əslində, Beyrəyin epik sınağıdır. Muxtar Kazımoğlu Beyrəyin əsirliyini mif qatında "müvəqqəti ölüm" kimi dəyərləndirir. Həqiqətən də mifik struktur baxımından çox mürəkkəb obraz olan Beyrək "seçilmiş" olmasını sübut etmək üçün xaos aləminə gedib qayıtmalı idi. Əgər "Kitab"a diqqət etsək görərik ki, Beyrək Oğuz cəmiyyətində siyasi sabitliyi təmin edən, buna cavabdehlik daşıyan obrazdır. Oğuz törəsi pozulduqda (Qazan xanın qayda-qanunu pozaraq Dış Oğuzu evinin yağmalanmasına dəvət etmədikdə) Alp Aruzun Beyrəyi çağırıb öldürməsinin əsl səbəbi bu cavabdehlikdədir. Beyrəyin ölüb-dirilməsi və ya Muxtar Kazımoğlunun ifadə etdiyi şəkildə desək, kosmosdan xaosa, xaosdan kosmosa keçib yenidən doğulması ona müəyyən fövqəl, möcüzəvi keyfiyyətlər verir ki, onun da birini biz qanını sürtməklə atasının kor gözlərini sağaltmaqda görürük.
Epos mövzusundan bəhs edərkən mən bu kitabda Azərbaycan eposşünaslığının klassik və müasir mərhələsini təmsil edən iki böyük simasının elmi fəaliyyətindən bəhs edən yazıları xüsusi qeyd etmək istərdim: "Məmmədhüseyn Təhmasib və folklorumuzun ağrılı nöqtələri" və "Kamal Abdulla "Dansöküləni". Muxtar Kazımoğlu göstərir ki, Azərbaycan folklorşünaslığında və ümumən Sovet folklorşünaslığında uzun müddət folklor anlayışının "ağız ədəbiyyatı", "şifahi xalq ədəbiyyatı" çərçivəsinə sıxışdırılması, onun bir çox vacib, o cümlədən, köklü məsələlərini bu elmin araşdırma müstəvisindən kənarda saxlayıb. Bununla belə, Məmmədhüseyn Təhmasib kimi alimlər bu çərçivədən kənara çıxmağı bacarmışdılar. Muxtar Kazımoğlunun fikrincə, Məmmədhüseyn Təhmasib folklorun yalnız xalq ədəbiyyatı ilə məhdudlaşmadığını, şifahilik ənənəsi əsasında yaranan müxtəlif sənət sahələrini əhatə etdiyini ciddi şəkildə nəzərə alırdı və onun üçün sinkretiklik, funksionallıq, mərasimlə bağlılıq folklorun ilkin mahiyyəti və təməl prinsiplərindən biri kimi çox mühüm idi. Konkret olaraq, Məmmədhüseyn Təhmasibin mərasim və mövsüm nəğmələrindən bəhs edən monoqrafiyasını dəyərləndirən Muxtar Kazımoğlu yazır ki, bu əsərində "Məmmədhüseyn Təhmasibi düşündürən əsas elmi problem indinin özündə belə çoxlarının əhəmiyyət vermədiyi, amma folklorun əlifbası olan bir məsələ - mətnin ifa kontekti məsələsi" olmuşdur.
Muxtar Kazımoğlu sözügedən yazıda uzun illərdən bəri mübahisə predmeti olan məsələyə - Məmmədhüseyn Təhmasibin tərtibatında hazırlanmış "Koroğlu"ya da öz münasibətini bildirir. Bəllidir ki, Məmmədhüseyn Təhmasib çox çətin bir vaxtda - 1930-cu illərin sonunda, ölkədə sinfi ideologiya mübarizəsinin, siyasi repressiyanın tüğyan etdiyi bir vaxtda "Koroğlu"nun hakim ideologiyaya zidd olmayan və həm də kütləvi çap üçün nəzərdə tutulan mətni üzərində çalışıb. Təbii ki, eposun (və ümumən folklorun) tələb olunan tərtibi prinsiplərini bu şəraitdə tam olaraq gözləmək mümkünsüz idi. Məmmədhüseyn Təhmasib, Muxtar Kazımoğlunun ifadəsincə desək, "ayrı-ayrı söyləyicilərin dilindən yazıya alınan müxtəlif variantları tərtibçi süzgəcindən keçirib və əhvalatları oxucuya vahid təhkiyəci dilindən danışıb". Akademik haqlı olaraq qeyd edir ki, Məmmədhüseyn Təhmasib, nə qədər paradoksal görünsə də, bu gün uşaqdan-böyüyə hər kəsin sevə-sevə oxuduğu populyar nəşrini ortaya çıxarıb və "Koroğlu" dastanının ümummilli ixtifar mən-bəyi və milli kimlik aynası kimi yaşamasına şərait yaradıb. Və bu cür tərtibatların dünya folklorşünaslıq tarixində kifayət qədər numunəsi də vardır.

Ədəbiyyat siyahısı



  1. Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008, səh. 51-52.

  2. Elçin ABBASOV Filologiya üzrə fəlsəfə doktoru, dosent 525-ci qəzet.- 2021.- 22 may. S. 16-17.

  3. http://senet.az/magik-realizm-yoxsa-%C9%99fsunlu-gerc%C9%99klik/

Yüklə 133,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə