Mühazirə konspekti



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
biotibbi muhazire

Qeydedici qurğu. 
Biopotensial qeydedicilərin çıxışında qeydedici qurğu 
yerləşdirilir, yəni gücləndirilmiş və maneədən təmizlənmiş biosiqnallar informasiya 
daşıyıcıları üzərində qeyd edilir.
Biopotensialların qeydiyyatında ən geniş istifadə edilən informasiya daşıyıcısı 
kağız daşıyıcısıdır. Kağız daşıyıcıları üzərində qeydiyyat 2 cür aparılır: mürəkkəb və 
istiliklə . Hər iki daşıyıcı istifadə edilən qeydedici qurğularda biopotensial qeydedici 
elementininin yerdəyişməsinə çevrilir. Biopotensialların zamana görə açılışını almaq və 
açılış sürətini seçmək məqsədilə informasiya daşıyıcısı (kağız) lent çəkmə mexanizmi 
vasitəsilə hərəkətə gətirilir. Qeydedici elementi hərəkətə gətirən elektromaqnit 
mexanizmi olur. Kağız daşıyıcını stabil sürətlə hərəkətə gətirmək üçün mühərrikli lent 
çəkmə mexanizmindən istifadə edilir. Lent çəkmə mexanizmi hərəkətə gəlmədikdə 
qeydiyyat ancaq bir düz xətt üzrə aparılır.
Qeydiyyatın zamana görə açılışını əldə etmək üçün lent çəkmə mexanizmi stabil 
sürətlə daşıyıcını hərəkətə gətirməlidir. Tədqiqatın növündən və tədqiqatçının 
istəyindən asılı olaraq bu sürət müxtəlif ola bilər.
Mürəkkəblə qeydetmə mexanizmi.
Mürəkkəblə qeydedici qurğuda qeydedici qələm 
kağız üzərində, elektromaqnitin üzərində hərəkət edir. Biopotensialların zamana görə 
dəyişilməsini qeyd edir. Bu zaman mürəkkəblə kağız bir-birinə uyğun seçilməlidir. 
İstifadə edilən mürəkkəb xüsusi standart üzrə hazırlanır. Bu standarta onun istifadə 
olunma temperaturu, diapazonu, qatılılığı, axıcılığı (quruma müddəti) daxil olur. Həmin 
mürəkkəbə uyğun kağız daşıyıcısı seçilir. Kağız seçərkən mürəkkəbə uyğun islatma 
qabiliyyətinə malik daşıyıcısı seçilir. 
Qeydedici qurğunun həssaslığı qələmi hərəkətə gətirən və tərpənən elementin 
kütləsindən asılıdır.
Fizikadan bizə məlum olduğu kimi kütlə ətalətlə bağlı olduğundan çalışırlar ki, az 
ətalətli (kiçik kütləli) tərpənən hissədən istifadə edilsin. 


11 
Qələm mürəkkəb kapilyar borular vasitəsilə nəql olunur. Bu da tərpənən hissənin 
çəkisinin artmasına səbəb olur. Yuxarıda deyilənləri nəzərə alaraq tərpənən hissənin 
ətalətliyinin azaldılması həndəsi ölçülərinin (qolun uzunluluğunun) kiçildilməsidir. Bu 
yuxarıda göstərilən tədbirlərdən əlavə tərpənən hissənin sükunət ətaləti dəf olunmalıdır 
(qeydiyyatın həssalığını artırmaq üçün ). 
Sükunət ətalətini dəf etmək üçün elektromaqnitə əlavə dolaq qoşularaq, 50Hs 
tezlikli siqnal bu dolaqlardan qovulur. Siqnalın gücü elə seçilir ki, tərpənən hissə 
sükünət ətalətini dəf etmiş olsun, lakin gözlə sezilən (yazıda özünü göstərən ) hərəkət 
hiss edilməsin. Baxılan tədbirlər görüldükdə qeydedici qurğu məlum həssaslıqla 
biopotensialları kağız üzərində qeyd edəcəkdir. Qeydetmə zamanı qələmin kağıza 
sıxılma qüvvəsindən asılı olaraq qeyd edilən siqnal təhriflərə məruz qalır. Bu təhriflər 
aşağıdakı şəkildə göstərilmişdir: 
Şəkil 9. Qeydetmə zamanı yaranan təhriflər 
Qeydedici qələmin kağıza sıxılma dərəcəsindən asılı olaraq siqnallama qeydiyyatı 
təhrifə uğrayır. Belə ki, əgər sıxılma dərəcəsi çoxdursa (şəkildən göründüyü kimi) 
cəbhələr düz xətdən əyri xətlərə təhrif olunur və impulsun maksimum qiyməti azalır 
(davametmə müddəti). Sıxılma qüvvəsi az olduqda isə qeydedici qələmin ön və arxa 
cəbhədən sonra rəqsi hərəkətləri sakitləşənə qədər müşahidə edilir. Göstərilən təhrifləri 
aradan qaldırmaq üçün, yəni, azlatmaq üçün qeydedici qələmin kağıza sıxılma dərəcəsi 
təmin edilir. Bu tənzimləmə qələmi kağıza sıxan yayın tənzimləyici vint vasitəsilə 
sıxılma dərəcəsini dəyişməklə əldə edilir. Tənzimlənməni elə aparırlar ki, yuxarıda 
göstərilən rəqsi hərəkətlərin sayı 1-2-dən artıq olmasın. Mürəkkəblə qeydetmə 
üsulundan istifadə edərkən informasiyanın qeyri xəttiliyi təhrifi artır. Mürəkkəblə 
qeydetmənin yaratdığı qeyri xəttiliyi aradan qaldırmaq üçün, qeydedici qolun uzunluğu 
artırılmalıdır. Bu isə sistemin (tərpənən hissənin ) ətalətliyinin artmasına və bununla 
əlaqədar yaranan xətaların aradan qaldırılması üçün tədbirlər görülür. 
Qeyd edək ki, qolun uzunluğu verilmiş qeyri xətti təhriflərə uyğun seçilir. Buna 
görə də bu metodla işləyən cihazların qeyri xətti təhrifləri cihazın pasportunda 
göstərilməlidir.
İstiliklə qeydetmə mexanizmi. 
Baxdığımız qurğuda qeydedici elementin üzərində 
spiral yerləşdirilir. Bu spiraldan cərəyan axdıqda o qızır, xüsusi rəngli kağızın üzərinə 


12 
çəkilmiş parafini əridərək kağızın əsil rəngini üzə çıxardır. Aşağıdakı şəkildə bunun 
sxemi göstərilmişdir: 
Şəkil 10. İstiliklə qeydetmə mexanizminin işləmə prinsipi
Burada 1-üzərində spiral olan qeydedici qol, 2-xüsusi ( тепловоя бумага) 
informasiya daşıyıcı cihazdır. Yuxarıda qeyd etdiyimiz kimi, o adı rəngli kağız olaraq 
üzərinə parafin çəkilib. İstiliyin təsirindən parafin əriyir və kağızın rəngi üzə çıxır. 
Baxdığımız qeyri xəttiliyin aradan qaldırılmasına səbəb istilik elementinin kağızla 
ancaq dayağın üzərində görüşməsidir. Dayaqla qolun oxu arasında məsafə 
dəyişmədiyindən qeyri xətli təhriflər yoxdur. İnformasiya daşıyıcısı olan kağızın istilik 
elementinin təsirindən yanmasının qarşısını almaq məqsədilə xüsusi qoruyucu sxemdən 
istifadə edilir. Qoruyucu sxemin işləmə prinsipi aşağıdakı kimidir:Qızdırıcı elementin 
elektrik dövrəsi lent çəkmə mexanizmi işə düşdükdən sonra mənbəyə qoşulur. 
Biopotensial qeydedicilərin qida bloku.
Qida bloku biopotensial qeydedicilərin 
ayrı-ayrı bloklarının qidalanması üçün istifadə edilir. Qida blokunun vəzifəsi 
biopotensial qeydedicinin ayrı-ayrı bloklarının lazımı səviyyəli və şəkilli siqnallarla 
təmin etməkdir. Tibbi cihazlar müxtəlif şəraitlərdə istifadə üçün hazırlandığından qida 
blokları bu şəraitə uyğun lahiyələndirilir. Tibbi cihazların istifadə şəraitləri stasionar və 
qeyri stasionar olur (xəstəxana, poliklinika şəraiti, təcili yardım maşınları və ev şəraiti). 
Bu baxımdan qida blokları şəbəkədən qidalanan və sabit cərəyan mənbəyindən, məs, 
akkumlyatordan hazırlanır. Stasionar haldan istifadə edilən cihazların qida bloku 
düzləndirici blokla (şəbəkə-alçaldıcı transformator-düzləndirici-hamarlayıcı süzgəc) 
təmin edilməlidir.
Qeyri stasionar şəkildə tətbiq edilən biopotensial qeydedicilərdə ya ayrıca 
düzləndirici blokdan ya da təcili yardım maşınının akkumlyatorunun çeviricisindən 
istifadə olunur. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə