Mühazirə konspekti



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   20
biotibbi muhazire

Bir kanallı elektrokardioqraflar. 
Təcili yardım maşınlarında, stasionar şəkildə ən 
geniş yaranmış EİKT-03 kardioqrafıdur. Onun qida bloku akkumlyator olduğundan 2 
modifikasiyada hazırlanır. Biri şəbəkəyə qoşularaq akkumlyatorun doldurulmasında 
istifadə edilir, digər variantda isə cihaz bir-başa təcili yardım maşının akkumlyatoruna 
qoşulur. Qeyd edək ki, şəbəkəyə qoşulan variantı elə hazırlayırlar ki, o çox asanlıqla 
akkumlyatordan qidalanan olsun. Aşağıdakı şəkildə bir kanallı elektrokardioqrafın 
struktur sxemi verilmişdir: 
BPG 
LÇM 
Şəkil 5. Bir kanallı EKQ-ın struktur sxemi 
Şəkildən göründüyü kimi cihaz giriş qurğusundan (GQ),biopotensial 
gücləndiricidən (BPG) , lent çəkmə mexanizmindən (LÇM), qida blokundan (QB) 
ibarətdir. Biopotensial gücləndirici sxemində modulyasiya və demodulyasiya 
prinsipindən istifadə edilmişdir. Giriş qurğusundan siqnal çevirici blokda (ÇB) 
modulyasiya olunur və güc gücləndiricisi (GG) vasitəsilə demodulyasiya edilir. Alınmış 
gücləndirilmiş siqnal LÇM blokuna verilir. LÇM-nin əsas elementi lenti çəkən 
mexanizmi tənzim edəndir-tənzimləyici blok (TB). Bildiyimiz kimi TB müxtəlif 
sürətlərlə daşıyıcını hərəkətə gətirdiyindən isçi rejimlərdə surətin stabilliyi təmin 
edilməlidir. Baxdığımız elektrokardioqrafiyada istiliklə qeyd etmə aparıldığından istilik 
elementinin (spiral) qoşulma anının və ondan axan cərəyanın tənzimlənməsi ilə də 
M DM 
GQ 
ÇB 
GG 
TB 
Ç 
QB 


18 
tənzimləmə bloku məşğul olur. Cihazın ən yüksək həssaslığı 15 mm/mV-dur. Burada 
TB1 markalı informasiya daşıyıcısından istifadə edilir. Kağızın eni 50mm, yazının eni 
isə 40mm-dir. Cihazın rejeksiya əmsalı 1000-dir. Giriş müqaviməti 2mqOm, kağız 
lentin sürəti 20-50mm/san-dir. Aşağıdakı şəkildə akkumlyatorun doldurulması üçün 
şəbəkə enerjisindən istifadə edən qidalandırıcı blokun prinsipial elektrik sxemi 
verilmişdir. 
Şəkil 6. Qidalandırıcı blokun prinsipial elektrik sxemi 
Giriş gərginliyi alçaldıcı transformatorun I tərəfinə verilir. Qurğunun şəbəkəyə 
qoşulması siqnalizasiyası L
1
lampasının işıqlanması ilə həyata keçirilir. Sxemdə ola 
biləcək qısa qapanma nəticəsində yüksək cərəyandan qorunmaq üçün əriyici-
qoruyucudan istifadə edilir. Alçaldıcı transformator iş tərəfdə yerləşdirilir. Bu sxem 2 
diod üzərində çıxış dolağının orta nöqtəsindən (5) istifadə etmə sxemidir. Çıxış 
gərginliyi göstərilən polyarlıqda çıxış klemmalarında alınır. L
2
lampası dolma 
prosesinin getməsi və ya bitməsi siqnalızasiya edir, əgər lampa yanırsa proses gedir, 
sönübsə proses bitmişdir. 
Çox kanallı elektrokardioqrafiya.
Bir kanallı elektrokardioqrafları öyrənərkən qeyd 
etmişdik ki, bu cihazın köməyilə Eytxoven üçbucağının daxilində yerləşmiş vektorun 
(ürəyin fəaliyyətiniəks etdirən vektor) üçbucağın bir tərəfi üzərində proyeksiyasını qeyd 
edir. Dugər proyeksiyaları almaq üçün və tam vektordan istifadə etmək məqsədilə çox 
kanallı elektrokardioqrafdan istifadə olunur. Çox kanallı elektrokardioqraf ürəyin 
elektrik aktivliyini göstərən vektorun proyeksiyalarını eyni zaman müddətində qeyd 
edilməsi istifadə olunur. Çox kanallı elektrokardioqraf 2,4,6 kanallı olurlar. Mövcud 
elektrokardioqraflar bir-birindən element bazası ilə fərqlənirlər. Element bazası dedikdə, 
cihazın hazırlandığı elementlər, lampa, yarımkeçirici cihaz, inteqral sxem nəzərdə 
tutulur. 
Son zamanlar çox kanallı elektrokardioqrafiyada mikroprosessorlardan istifadə 
edilir. Sonuncu elektrokardioqrafların imkanları daha genişdir. Mikroprosessorların 
imkanlarından istifadə edərək çox kanallı elektrokardioqraflara elektrokardioqrafik 
siqnalların emalı (işlənməsi) həvalıə edilmişdir. Çox kanallı elektrokardioqrafların iş 
prinisipi bir kanallı elektrokardioqrafla eynidir. Onlar bir-birindən ancaq yerinə 


19 
yetirdikləri funksiyaların genişliyi ilə fərqlənir. Çox kanallı elektrokardioqrafiyaya 
misal olaraq EKT-75 tipli elektrokardioqrafi göstərmək olar. Bu elektrokardioqraf 3 
modifikasiyadan hazırlanıb: EKT2,EKT4, EKT6. Bu elektrokardioqrafların əsas 
göstəriciləri aşağıdakılardır: 

Kardioqraflar 3 əsas (standart), 3 gücləndirilmiş, 6 sinə elektrodlarından gələn 
siqnalı qeyd etmək imkanına malikdir. 

Ən yüksək həssaslığı 20mm/mV-dur. 

Tezlik diapaaonu 0.2-70 Hs arasındadır. 

Lent çəkmə mexanizmi 2.5-5-10-25-50-100 mm/san sürətlə kağız daşıyıcısını 
hərəkətə gətirir. 
Elektrokardioqraf 3 konstruktiv blokdan ibarətdir. Bu bloklar eyni gövdə üzərində 
yerləşdirilmiş və vintlər vasitəsilə bu gövdəyə bərkidilmişdir. Bu bloklar lent çəkmə 
mexanizmi, gücləndirmə bloku, sabit cərəyan gücləndiricisi blokundan ibarətdir. 
Kardioqrafın əsas funksional blokları, göstərilən konstruktiv bloklarda yerləşdirilib. 
Bunlar aşağıdakılardır: 

Giriş qurğusu 

Gücləndiricilər bloku 

Lent çəkmə mexanizmi 

Sabit cərəyan göstəricisi qurğusu 

Qida bloku 
Adları çəkilən qurğular ayrı-ayrı platalardan yığılır və yuxarıda adları çəkilən 
konstruktiv bloklarda yerləşdirilir. Giriş bloku elektrodlar birləşmiş naqillərdən 
(ayırmalardan) komutatorlardan, maneə azaldan elementlər və sxelərdən ibarətdir.
Bildiyimiz kimi komutatorun vəzifəsi elektrodların qoşulmasını təmin etməkdən 
ibarətdir. Maneənin qismən azaldılması müəyyən tədbirlərin görülməsilə əlaqədar 
olduğundan tətbiq olunan maneələrlə mübarizə elemtlərindən (süzgəclər) istifadə edilir.
Giriş blokundan siqnallar güsləndirici bloka verilir. Siqnallar bir növ hazırlıq 
güclənməsindən keçərək sabit cərəyan gücləndiricisinə verilir. Elektrodlardan alınan 
siqnallar maneə azaldan qurğudan və süzgəclərdən keçməsi zəifləyir, onların sabit 
cərəyan gücləndiricisinə verməmişdən əvvəl gücləndirməyə ehtiyacı olur. Sabit cərəyan 
gücləndiricisinin çıxışında siqnal qeydedici qurğuya verilir.
Bir kanallı elektrokardioqraflarda olduğu kimi bu siqnal elektromaqnit mexanizmi 
vasitəsilə qeydedici elementin yerdəyişməsini təmin edir.
Yuxarıda göstərdiyimiz kimi lent çəkmə mexanizmi informasoya daşıyıcısı olan 
kağız lentin seçilmiş sürətlə çəkilməsini, çəkilmə sürətinin stabil saxlanılmasını və 
daşıyıcının qorunmasını təmin edir. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə