Mühazirə konspekti



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
biotibbi muhazire

 
 


13 
Mühazirə -3 Stimulyatorlar 
Biopotensialların qeydiyyatında bioloji obyektə müəyyən təsirlər göstərmək üçün 
(elektrik, optik, akustik və s.) stimulyatorlardan istifadə olunur. Bu stimulyatorların 
təsiri ilə qeyd edilən biopotensiallardakı dəyişiklik diaqnostika üçün istifadə edilir. 
1.
 
Kardiostimulyatorlar 
 
Kardiostimulyatorlar ürəyin funksiyasını müəyyən ahənglə qanın qan-damar 
sistemindən qovulmasıdır. Bu ahəng pozulduqda, və ya zəiflədikdə aritmiya baş verir. 
Aritmiya ilə mübarizə üsullarından biri miokarda məlum amplitudlu, stabil tezlikli 
impulsların verilməsidir. Bu kardiostimulyatorlar vasitəsilə yerinə yetirilir. 
Kardiostimulyatorlar impulslar hasil edən generatorlar, bu impulsları ürəyə çatdıran 
naqillərdən, miokarda daxil edilmiş elektrodlardan ibarətdir. Kardiostimulyatorlar 
bədənə daxil edilimiş, bədən də yerləşmiş şəkildə hazırlanır. Adətən generator hissəsi 
bədəndən kənarda, kəmərdən asılmış vəziyyətdə olur və naqillər bədənə daxil edilərək 
elektrodlarla birləşdirilir. Belə hazırlanmış kardiostimulyatorların müsbət cəhəti onların 
qida blokunun asan dəyişdirilməsi və özünün təmir edilməsidir. Mənfi cəhəti xəstəyə 
narahatçılığa səbəb olması elektrodla birləşmə məftillərinin uzun olaraq maneə 
siqnalının mənbəyi olmasıdır. Qısa məftillərə ( birləşdirici) və qismən rahat olmasına 
görə endo kardiostimulyatorlar yuxarıda göstərdiyimizdən fərqlənir. Həcmcə çox kiçik 
hazırlanır və bədənin ürəyə yaxın boşluğunda yerləşdirilir. Aşağıdakı şəkildə 
elektrokardiosimulyatorun struktur sxemi verilmişdir. 
Şəkil 1. Elektrokardiostimulyatorun struktur sxemi 
İmplantasiya olunan kardiostimulyatorları mənfi cəhəti qida blokunun 
dəyişdirilməsi məqsədilə onların cərrahi yolla bədəndən çıxarılıb, yenisinin daxil 
edilməsidir. Kardiostimulyatorun iş prinsipi aşağıdakı kimidir: 
Sxemdə generator kimi blokinq generatordan istifadə eidlir. T
1
tarmzistoru R
3
müqavimətindən verilən potensialla (bazaya verilən) açılmağa başlayır və onun 
kollektor dövrəsindənm cərəyan artımı baş verir. Kollektor açılmağa başlayır, bu zaman 
yerləşən transformatorun I tərəf dolağından cərəyan axmağa başlayır. Bu cərəyan 


14 
dəyişməsi zamanı II tərəf transformasiya olur. Transformasiya olunmuş dəyişən siqnal 
tranzistorun bazasına verilir. Şəkildən göründüyü kimi onun polyarlığı elə seçilir ki, 
tranzistor bağlı rejimə keçsin. Bu potensial C
2
tutumundan T
1
tranzistorunun bazasına 
verilir. Tranzistor bağlanacaq və çıxışda yüksək gərginlik alınacaq. Bu rejimdə 
tranzistorun kollektor dövrəsindən cərəyan axmadığından əks rabitə dövrəsindən EHQ 
induksiyalanır, yəni, tranzistoru bağlayan potensial azalır. R
3
müqavimətindən verilən 
potensialın tranzistor yenidən açılmağa başlayır. Sxemdən göründüyü kimi generatorun 
qida dövrəsində paralel qoşulmuş akkumlyatora ardıcıl D
1
və D
2
diodları əlavə 
edilmişdir. Bu paralel akkumlyatorların ardıcıl olaraq sxemə boşalmasını təmin edir. 
Proses aşağıdakı kimi gedir: 
Təbii ki, bu B
1
və B

akkumlyatorlarından birinin gərginliyi digərindən fərqlənir. 
Gərginlik aşağı olan akkumlyator dövrəsi akkumlyator ardıcıl qoşulmuş olur.
Beləliklə, gərginliyi nisbətən yüksək olan qolda yerləşdirilmiş akkumlyator 
generatoru qidalandırır. Elə ki, onun gərginliyi digərinə nisbətən azaldı, işə o biri qolda 
yerləşən akkumlytor düşür və onun qolu bu akkumlyatorun generatora boşalmasını 
təmin edir. Belə sxemin köməyilə akkumlyatorun növbəli işləməsi sayəsində qida 
blokunun öz funksiyasını yerinə yetirmə müddəti artılır. Hal-hazırda stimulyatorda qida 
blokunun istifadə müddəti 5-6 ildir. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə