Mühazirə konspekti



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
biotibbi muhazire

2.
 
Defibrilyatorlar 
 
Ürəyin öz funksiyasını yerinə yetirmək üçün onu təşkil edən hissəciklərin işləmə 
ardıcıllığı təmin edilməlidir. Bu hissələrin işləmə ardıcıllığı mərkəzi sinir sistemindən 
gələn impulsların köməyilə həyata keçir. Hər hansı bir səbəbdən ürəyin fəaliyyətində 
qüsur yaranarsa (onu təşkil edən hissəciklərin işləmə ardıcıllığının pozulması) bu 
fibrilyasiya ilə aradan qaldırılır. Ürəyi bu vəziyyətdən çıxarmaq üçün ona müəyyən təsir 
edilməlidir ki, bu təsir nəticəsində ürək öz normal rejiminə keçsin. Bu təsir hasil edən 
aparat defibrilyator deyilir. Təcili yardım maşınlarında və stasionar halda elektrik 
enerjisi sayəsində yuxarıda göstərilən qurğudan istifadə edilir ki, buna da defibrilyator 
deyilir. Defibrilyator yüksək gərginlikli (kilo votlarla), kiçik cərəyanlı (mikro və mili 
amperlər), yüksək tezlilli impulslar ardıcıllığı hasil edir. Bu impulsların ürəyə təsiri 
xüsusi izolyasiyaya malik sinə elektrodlar vasitəsilə yerinə yetirilir. İmpulsların 
elektrodlara verilməsi düyməsi elektrodların üzərində yerləşdirilir. 
 


15 
Mühazirə -4 Elektrokardioqrafiya və elektrokardioqraflar. 
 
Orqanizmin hər hansı bir orqanının öyrənilməsi müəyyən metodlar vasitəsilə 
həyata keçirilir ki, əgər bu metodlar elektrik hadisələrindən asılıdır.
 
Elektrokardioqrafiya ürəyin elektrik aktivliyini tədqiq edən metoddur. Ürəyin 
elektrik aktivliyi Eytxoven tərəfindən öyrənilmişdir. Eytxoven öz tədqiqatlarında 
qalvonometrdən istifadə edərdi. Ürəyin elektrik tədqiqatları zamanı alınan əyrilərə 
elektrokardioqrammalar deyilir. Həmin cihazlar isə elektrokardioqraflar adlanır. 
Eytxovenin tdqiqatlarının onun adı ilə bağlı bərabər tərəfli üçbucağın təpə nöqtələri 
arasındakı 
potensiallar 
fərqini 
ölçməklə 
apardı. 
Bu 
potensiallar 
fərqi 
elektrokardioqrafiyanın əsasını təşkil edir. Ürəyin fəaliyyəti mərkəzi sinus düyünündə 
vektorun fəzada cızdığı qapalı əyri ilə müəyyən edilir.
Eytxovenə görə fəza qapalı əyrisinin Eytxoven üçbucağı müstəvisindən 
proyeksiyaları öyrənilməlidir.Bu əyir aşağıdakı şəkildə göstərilib. 


Şəkil 1. Eytxoven üçbucağı 
Ürəyin fəaliyyətini əks edən vektorun çızdığı əyridə s ilgək var. Onlar P, T, QRS 
ilgəkləridir. Elektrokardioqrafik siqnal: 





Şəkil 2. Elektrokardioqrafik siqnal 
Qeyd olunmuş həmin siqnal elektrokardioqramma adlanır. Elektrokardioqraflar 
Eytxoven üçbucağının hər hansı bir tərəfindəki proyeksiyanın dəyişilməsini qeyd edir. 
Qryd lazımdir ki, çox kanallı elektrokardioqraflar baxdığımız vektorun ayrı-ayrılıqd 
proyeksiyalarının dəyişdirilməsinin qeydiyyatını aparır. Vektor elektrokardioqraflar isə 
bu proyeksiyalardan alınmış vektorun dəyişilməsini qeydiyyatını aparır.




16 
Elektrokardioqrafiyada elektrodların qoşulma yeri və şəkilndən asılı olaraq 
starndart, gücləndirilmiş, sinə elektrodlarını bir-birindən fərqləndirirlər. Standart 
qoşulma ətraflar üzərində aparılır. Bu zaman 3 ətrafdan istifadə edilir və IV ətraf neytral 
nöqtə kimi götürülür. Aşağıdakı şəkildə standart elektrodların qoşulma sxemi 
verilmişdir: 
I

III 
II 


Şəkil 3. EKQ-da standart elektrodların qoşulma sxemi 
I qoşulma sxemində sol əllə sağ al arasındakı biopotensiallar fərqini, II qoşulma 
sxemi sağ əllə sol ayaq, II qoşulma sxemi isə sol əllə sağ ayaq kimi göstərilmişdir. 
Bütün qoşulma sxemlərində neytral elektrodun qoşulduğu yer mövcuddur. Standart 
qoşulma sxemində alınan siqnallar gücləndirilmiş elektrodların qoşulma sxemlərinə 
nəzərən kiçik olur. Bu baxımdan müassir kardioqrafiyada gücləndirilmiş qoşulma 
sxemlərindən daha çox istifadə olunur. Gücləndirilmiş elektrodlardan istifadə etmənin 
mahiyyəti ondan ibarətdir ki, hər hansı bir ətrafın digər 2 ətrafa nəzərən potensiallar 
fərqi qeyd olunur. Belə sxemlərədə birləşdirilmiş elektrodların potensiallarının 
eyniləşdirlməsi məqsədilə əlavə müqavimətlərdən istifadə edilir və a,V hərfləri ilə işarə 
olunur. Aşağıdakı şəkildə gücləndirilmiş elektrodların qoşulma sxemləri verilmişdir.
aVL 
aVR 

aVF 
Şəkil 4. EKQ-da gücləndirilmiş elektrodların qoşulma sxemi 
Şəkildən göründüyü kimi, sağ əlin biopotensiallarının, sol əl və ayağa nəzərən 
müəyyən edilir, sol əlin biopotensialları sağ əl və sol ayağa, sağ ayağın biopotensialları 
hər iki yuxarı ətrafa nəzərən qeydiyyatı aparılır. Gücləndirilmiş elektrodlardan qoşulma 
sxemindən biri də sinə elektrodlardan istifadə sxemidir. Bu zaman hər 3 ətrafın 



















17 
potensialları eyniləşdirilir və alınmış nöqtəyə nəzərən sinə də yerləşdirilən elektrodun 
qeyd etdikləri biopotensiallar araşdırılır. 
Sinə elektodlarından istifadə etdikdə tədqiqat nöqtlərinin sayı 6 götürülür. Bu 
tədqiqatı aparmaq üçün ya 1 elektrod məlum trayektoriya üzrə yerdəyişməyə məruz 
qalaraq aparılır və ya 6 sinə elektrodundan istifadə edilir.
Elektrokardioqrafik siqnalın aşağıdakı normal göstəriciləri var. Ən böyük amplitud 
R dişciyinə məxsusdur, 1-2mV tərtibindədir. P dişciyinin amplitudu 0.1-015 mV 
tərtibindədir. T-dişciyinin amplitudu 05-0.6 mV tərtibində olur. Ürəyin fəaliyyətinin 
periodik xarakter daşımasına baxmayaraq elektrokardioqrafik siqnalın təsvirini ürəyin 
əsas fəaliyyətinin hazırlıq dövründən yəni, Pdişciyindən başlayaraq verilməsi məsləhət 
görülür. Elektrokardioqrafik siqnalda analiz predmeti olraq dişciklərin amplitud 
qiyməti, onların nisbəti, dişciklərin davametmə və fasilə müddətləri və onların nisbəti 
ola bilər. Prinsip etibarilə kardioloji siqnalın kompleks şəklində və avtomatlaşdırılmış 
aparıla bilər.

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə