Mühazirə konspekti


Mühazirə -12. Bədənin temperaturunun ölçülməsi



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
biotibbi muhazire

Mühazirə -12. Bədənin temperaturunun ölçülməsi 
 
Temperatur latın sözü olub, “vəziyyət” mənasını daşıyır. Temperatur obyektin 
termodinamik vəziyyətini xarakterizə edərək onun daxili enerjisi ilə əlaqədardır. Adətən 
temperaturun göstəricisindən obyektin istilik dərəcəsinin göstərilməsində istifadə edilir. 
Misal üçün, soyuq su ilə isti suyun timsalında göstərmək olar ki, bu vəziyyətlər 
arasındakı fərq suyu təşkil edən malekulların hərəki-kinetik enerjisinin fərqli olması ilə 
izah edilir. Temperaturun ölçülməsində müxtəlif temperatur çeviricilərindən istifadə 
edilir. Bu çeviricilər öz fiziki vəziyyətini ( parametrlərini) temperatura (istiliyə) müvafiq 
olaraq dəyişirlər. 
Təbabətdə insanın temperaturunun ölçülməsi çox geniş istifadə edilir.
İnsanın temperaturunu ölçərək onun daxili və dərisinin temperaturunu 
müəyyənləşdirirlər. Dərinin temperaturu daxili temperaturdan, dərinin tük örtüyündən, 
dərinin qan dövranından və xarici mühitdən (mühitin temperaturundan və 
rütubətliyindən) asılıdır. Qeyd edək ki, bu asılılıqda əsas aparacı rolu dərinin qanla 
təchiz olunması daha doğrusu dərinin qan dövranı təşkil edir. İnsanın daxili temperaturu 
daha etibarlı göstərici olaraq orqanizmin termotənzimləmə funksiyası immun sisteminin 
funksiyasına daxil olaraq orqanizmin müdafiəsinə yönəlmişdir.
İnsanın hər iki temperatur göstəricisi tibbi praktikada ölçülür və diaqnostik 
məqsədlər üçün istifadə edilir. Daxili temperaturu müəyyən etmək üçün ağız 
boşluğundakı temperaturdan, qoltuqaltı temperaturdan, əzələ temperaturundan, ayrı-ayrı 
orqanların temperaturundan istifadə edilir. 
Hal-hazırda temperaturu ölçmək üçün 2 temperatur şkalasından istifadə edilir.
-
Selsi 
-
Kelvin 
Bu şkalaların fərqli cəhəti əsasən onların 0 nöqtəsinin təyinatındadır. Selsi 
şkalasında buzun ərimə temperaturu 0 nöqtəsini təşkil edir. Selsi şkalası ilə Kelvin 
şkalası arasında aşağıdakı asılıq vardır: 
t( ºC) ≈ T(k) – 273º 
Kelvin şkalasında 0 maddələrin temodinamik enerjisinin minimum qiymətinə 
uyğun temperatur hesab edilir. Bəzi ölkələrəd Farangeyt şkalasından istifadə edilir. Selsi 
və Farangeyt şkalaları arasında aşağıdakı asılılıq mövcuddur: 
t(ºC)=(5/9)(t(ºF)-32) 
Təbabətdə və məişətdə ən çox istifadə edilən temometrlər 
maye termometrlərdir. Bu termometrləri aşağıdakı kimi təsvir 
etmək olar: 
1-
Rezervuar 
2-
Kapilyar boru 
3-
Şkala 
Tarixən göstərici maye kimi civədən istifadə edilirdi. Bu 
termometrin iş prinsipi rezervuardakı mayenin (civənin) 
qızmasına əsaslanır. Bu qızma nəticəsində həcmi genişlənmə 
müəyyən edilir: 
V
t
=V
0
[1+β(t-t
0
)] 





37 
olduğunu nəzərə alaraq, mayenin qalxma hündürlüyü aşağıdakı düsturla hesablanır: 
h=ΔV/S=4βV
0
(t-t
0
)/πd
2
Burada s-kapilyar borunun en kəsiyinin sahəsi, d-daxili diametrdir. 
Qeyd etmək lazımdır ki, maye termometrlərdə ilk əvvəl civədən istifadə edirdilər, 
lakin sonralar (civənin zərərli cəhətlərini nəzərə alaraq və utilizasiya problemlərinə 
görə) rəngli mayelərdən istifadə edilməyə başlandı.
Hal-hazırda isə termorezistorlu termometrlərdən istifadə edilir. Termometrlərdən 
istifadə etdikdə belə temometrlər ommetr vasitəsilə ölçülür. Bu ommetrlər müqavimətin 
kiçik qiymətlərinin ölçülməsi üçün istifadə edildiyindən tarazlaşdırılmamış körpü
sxemindən istifadə edilməsi məqsədə uyğundur. Aşağıdakı şəkildə termorezistorlar 
vasitəsilə temperaturu ölçən körpü sxemli cihazın struktur sxemi verilmişdir: 
Şəkil 1.Termorezistorlar vasitəsilə temperaturu ölçən körpü sxemli cihazın 
struktur sxemi 
Temperaturu ölçmək üçün istifadə edilən R
t
-müqaviməti körpünün hər hansı bir 
qolunda yerləşdirilir. Qeyd edək ki, termorezistorlar müxtəlif temperaturları ölçmək 
üçün istehsal olunduqlarından və temperaturdan asılı olaraq müqavimətin dəyişmə 
diapazonu müxtəlif olduğundan baxdığımız strukturda 2 əməliyyat gücləndiricisindən 
istifadə edilir. Körpüdə olan R
v
-tənzimləyici müqavimətdən seçilmiş R
t
-termorezistorun 
sxemə qoşulduqdan sonra körpünün ilkin müvazinətləşdirilməsində istifadə edilir. 
Yuxarıda qeyd etdiyimiz kimi temperaturdan asılı olaraq R
t
-nin qiyməti 1-2% dəyişir. 
Bu dəyişməni gücləndirmək məqsədilə əməliyyat gücləndiricisindən istifadə olunur. 
Baxdığımız sxem faktiki olaraq temperaturu elektrik siqnalına çevirən çevricidir.
Çıxışdakı elektik siqnalının parametrləri istifadə edilən sxemlə uyğunlaşdırmaq 
məqsədilə II əməliyyat gücləndiricisindən istifadə edilir. Və onun güclənmə əmsalı R
R
-
vasitəsilə tənzimlənə bilir. 
Daxili orqanların temperaturunu müəyyən etmək üçün radiokapsulalardan istifadə 
edilir. Radiokapsula içində elektron sxemi olan kapsuladır. Kapsula mədə-bağırsaq 



38 
mühitində dağılmayan olmalıdır. Sxem generator sxemidir. Bu generatorun hasil etdiyi 
tezlik temperaturdan asılı olaraq dəyişir: 
Şəkil 2. Radiokapsulun elektron sxemi 
Kapsulun hərəkəti və şüalanan siqnallar nəzarət altında saxlanana qədər qeyd 
olunur. Beləliklə daxili orqanların temperaturu ölçülür. Kapsulun yerləşdiyi məkandakı 
temperaturdan asılı olaraq generatorun sxemindəki müqavimətin qiyməti dəyişir və 
generator bu qiymətə malik tezliklər hasil edir. Qəbuledici cihaz hasil edilən siqnalları 
qəbul edərək onların tezliyini ölçür və məlum asılılığa görə (tezliyin temperaturdan 
asılılığı t→ΔR→f) temperatur müəyyən edilir. 


39 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə