”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Yüklə 68,5 Kb.
tarix28.06.2018
ölçüsü68,5 Kb.
#52330

”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Bridge to the Future Youth Union


Əttarlar küç, 118. AZ- 2000, Gəncə, Azərbaycan.

Tel.: +(99422) 57-05-08 Tel/fax: +(99412) 56-50-97



E-mail: office@bf-az.org; Web: www.bf-az.org

17.04.2007

Gəncə,Azərbaycan

PRESS-RELİZ
Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Eldar Şamı” qoruğu ətrafı kəndlərdə ekoloji aksiyalar keçirir!!!

Qeyd etdiyimiz kimi, 01 Fevral 2007-ci il tarixdən etibarən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) Norveç Hökumətinin qrantı əsasında “Ümumdünya Təbiəti Mühafizə” Fondu Qafqaz Proqram ofisi tərəfindən maliyyələşdirilən “Mənim Həyatım – Mənim Ətraf Mühitimdir” adlı layihəsini Samux rayonu ərazisində yerləşən Eldar şamı qoruğu ətrafı kəndlərdə həyata keçirilməsinə başlamışdı.


Layihənin növbəti icrası prosesində Samux rayonu ərazisində yerləşən Eldar şamı ətrafındakı Poylu, Kəsəmən, eləcə də Salahlı kəndlərində ekoloji aksiya keçirilərək, ADRA Beynəlxalq Təşkilatının layihəyə töhfə kimi verdiyi 1000 yaxın ağac kənd gəncləri, eləcə də Birliyin könüllülərinin iştirakı ilə əkilmişdir. Bundan başqa hər üç kənddə ərazini əhatə edən ətraf mühit problemlərinin aşılanması məqsədi ilə eyni zamanda Eldar Şamı qoruğunu əhatə edən məsələləri araşdırmaq məqsədi ilə sorğu keçirilmişdir.
Ekoloji aksiya ictimaiyyətin nəzərinə Gəncə şəhərində fəaliyyət göstərən Alternativ Televiziya kanalı vasitəsi ilə həyata keçirilmişdir.

“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin



Ictimai Əlaqələr şöbəsi

Əlaqələndirici şəxs: Emil Hüseynov
Yüklə 68,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə