Mühazirə konspekti


Mühazirə -11. Arterial qan təzyiqinin ölçülməsi



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
biotibbi muhazire

Mühazirə -11. Arterial qan təzyiqinin ölçülməsi 
 
Bioloji obyektin biologiyasının onun qanla təchiz olunması təşkil edir və bu 
baxımdan orqanizmin və ayrı-ayrılıqda orqanların qanla təmin olunması tibbi biloji 
tədqiqatlarda istifadə edilən əsas anlayışdır. Orqanizmi qanla təmin etməklə ürəyin qolu 
əvəzsizdir. Ürəyin məhz nasos funksiyası orqanizmi qanla təchiz olunmasını təmin edir.
Ürəyin fəaliyyəti nəticəsində qanı orqanizmə çatdıran arterialda qan yığılır və 
müəyyən sürətlə axır. Bu zaman damarlarda müəyyən təzyiq yaranır. Bu təzyiqin 2 
qiyməti biloji tədqiqatlar üçün vacibdir: ürəyin yığılması zamanı yaranan sistolik təzyiq, 
boşalması ilə yaranan diastolik təzyiq. 
Deyirlər ki, bu iki təzyiq qiymətindən sistolik təzyiqdə ürəyin fəaliyyətinə nəzarət, 
diastolik təzyiqdə böyrəklərə nəzarət kimi də istifadə olunur. Diaqnostik məqsədlərlə 
arterial qan təzyiqinin bu 2 qiyməti arasında fərqdən də istifadə olunur. Arterial qan 
təzyiqinin 
müəyyən 
edilməsinin 
diaqnostik 
əhəmiyyəti 
digər 
elmlərlə 
əlaqələndirilir.Arterial qan təzyiqini 2 üsulla ölçürlər:
-
Invaziv üsul 
-
Qeyri invaziv üsul 
İnvaziv üsulla ölçmək üçün arteriya açılır və ölçmə qurğusu ilə membran vasitəsilə 
əlaqələndirilir. Arteriyada olan membranın sol tərəfinə təzyiq edərək onu yer 
dəyişməsini təmin edir. Membranın sağ tərəfində müəyyən maye yerləşdirilir və o maye 
dar (en kəsiyi kiçik) boru ilə əlaqədardır. Membranın yerdəyişməsi bu mayenin boruda 
yerdəyişməsinə səbəb olur və bu yerdəyişməni şkala ilə müəyyənləşdirərək, arteriyada 
təzyiqin qiymətini və dəyişmə qiymətini təyin etmək olar. Bu üsul ancaq heyvanlar 
üzərində aparılan təcrübədə istifadə edilir. 
İnsanlar üzərində arterial qan təzyiqini qeyri invaziv yolla ölçürlər. Mövcud qeyri 
invaziv üsullardan ən geniş yayılmışı arterial qan təzyiqinin Karotkov tonlarının 
təyinidir. Bu metoda auskultativ metod deyilir. Auskultativ metod hansısa bir üsulla 
arterial damardan pulsların müəyyən edilməsinə əsaslanır. Bu pulslar fonendakop, 
yüksək həssaslıqlı mmikrafon və əllə də müəyyən edilə bilər. Baxdığımız üsulun aparat 
vasitələri: 
-
Fonendaskop, 
-
Arterial qan damarının sıxılmasını 
təmin edən manjet, 
-
Təzyiq yaradan rezin “armud” 
-
Təzyiqi ölçən qurğu


34 
Üsul fonendaskop vasitəsilə arterial qan damarlarında qanın pulsasiyası zamanı 
alınan küylərin eşidilməsinə əsaslanır. Manjetdəki təzyiq əvvəlcə “armud” vasitəsilə 
artırılır və pasient üçün normal sayılan təzyiqdən bir qədər yuxarı qiymətə qaldırılır. 
Sonra vint vasitəsilə sistemdə yaradılmış təzyiq azaldılmağa başlanır. Qanın sistolik 
(yəni, ürəyin yığılması anındakı) təzyiqində fonendaskopda müəyyən tonların eşidilməsi 
başlanır. Bu an üçün təzyiqi ölçən qurğudan, göstərişini qeyd edirlər. Manjetdəki 
təzyiqin azaldılması davam etdirilir və yaranmış tonların itmə anındakı təzyiqin qiyməti 
(diastolik təzyiq) qeyd edilir.
Beləliklə arterial qan təzyiqinin sistolik və diastolik qiymətləri müəyyən edilir. 
Qan təzyiqinin təyin edilən qiymətlərinə həm tədqiqatçının fərdi xüsusiyyətləri 
(bacarığı, biliyi, eşitmə qabiliyyəti) həm də, pasientin psixoloji, fizioloji vəziyyəti təsir 
edir. Bu baxımdan tövsiyyə olunur ki, arterial qan təzyiqini bir neçə dəfə ölçüb orta 
qiymətinə əsaslanmaq lazımdır. 
Yuxarıda deyilənlərə və bu parametrlərin vacib olmasını nəzərə alaraq həmin 
prosesin avtomatlaşdırılması vacib məsələlərdən biridir. Hal-hazırda çoxlu sayda 
müxtəlif təzyiq ölçən aparatlar istehsal edilir. Bu cihazların üstünlüyü tədqiqatçıların 
bəzi fərdi xüsusiyyətlərindən yaranan xətanın azaldılmasıdır.
Qeyd etmək lazımdır ki, arterial qan təzyiqini ölçən qurğuda 4 cür manjetdən 
istifadə olunur: 
1-
Təzə anadan olmuş uşaqlar üçün, 
2-
Uşaqlar üçün, 
3-
Orta yaşlı insanlar üçün, 
4-
Bud ölçülərinə uyğun . 
Lakin hər bir istifadə edilən təzyiq ölçən 1 manjetlə təmin olunmuş olur. Fərdlərin 
fiziki ölçüləri (qolun qalınlığı, uzunluğu) müxtəlif olduğundan bir manjetlə ölçmə 
zamanı müəyyən xətalar yaranır. 
Karotkov tonları vasitəsilə arterial qan təzyiqinin müəyyən edilməsində göstərilən 
üsullardan istifadə etmək olar. Manjetdə təzyiq müəyyən sürətlə azaldılır, bu təzyiqin 
sistolik təzyiqə bərabər qiymətində manjetdə təzyiqin qiymətinin kiçik amplitudla 
dəyişməsi müşahidə edilir: 
Bu təlatümlər əsasında təzyiqin müəyyən edilməsinə assilloqraf ik metod deyilir. 
Assilloqrafik metoddan istifadə edərək avtomatik arterial qan təzyiqini müəyyən edən 
cihazlar qurulur. Assilloqrafik metodda ölçmə prosesini avtomatlaşdırmaq məqsədilə bu 
təlatümlərin hiss edilməsi vacibliyi meydana çıxır. 
İstifadə edilən arterial qan təzyiqini ölçən, hətta avtomatik ölçən cihazlarda 1 
ölçülü manjetlə təchiz olunur. Amerika mütəxəsislərinin apardığı təcrübəyə görə 
manjetin ölçüsünün insanın qolunun ölçüsündən, uyğun olub-olmamasından asılı olaraq 


35 
istifadə edilən manjetin eni müvafiq ölçüdə götürülməlidir.Bu nəzərə alınmadıqda xəta 
±5% qədər arta bilər. Bu xətanın yaranmasında manjetin ölçüləri əsas rol oynayır. 
Manjetin konstruksiyasını elə yaratmaq olar ki, o qolun ölçüsünü manjetin ölçüsündən 
(və ya əksinə) nə qədər fərqli olduğunu müəyyən etsin və bu fərqə cihazın göstərişinə 
müvafiq korreksiyaedici rəqəm ya əlavə edilsin ya da çıxılsın. 


36 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə