Mühazirə konspekti


Mühazirə-15. Maqnitoterapiya aparatları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
biotibbi muhazire

Mühazirə-15. Maqnitoterapiya aparatları 
 
Maqnit sahəsinin bioobyektlərə müsbət təsiri barədə elmi işlərin çoxluğuna 
baxmayaraq hələ də bu təsirin mahiyyətinin tədqiq edilməsinə ehtiyac var. Bu sahədə 
aparılan tədqiqat işləri göstərir ki, maqnit sahəsinin bioobyeklərə təsiri çox səviyyəlidir 
(yəni maqnit sahəsinin bioobyektə təsirini idarə etmək olar). Bu təsir seçicilik 
xüsusiyyətinə malikdir (fərqli toxumalarda təsiri fərqlidir) və maqnit sahəsinin 
parametrlərinin müəyyən qiymətlərində müalicəvi effekt yaradır.
Tibbi praktikada müalicə məqsədilə insanlara maqnit sahəsinin müxtəlif tezlik
forma və intensivliklərində təsirindən istifadə edilir.
Qeyd etmək lazımdır ki, maqnit sahəsinin müalicəvi təsiri daxildə cüzi istilik 
yaranması kimi müşahidə olunur. Maqnitoterapiya aparatlarına misal olaraq
induktimetrik sinfə aid olan aparatları göstərmək olar. Bunların vasitəsilə bioobyektlərə 
alçaq tezlikli dəyişən və ya pulsasiyalı maqnit sahəsilə təsir göstərilir. 
Baxılan aparatlarda idarəedici (maqnit sahəsi təsiri yaradan ) element kimi 
induktur-elektromaqnit, induktur-solenoid və ya sabit maqnit istifadə edilir. 
İnduktometrik aparatlarda maqnit sahəsi təkcə dərinin reseptorlar zonasına deyil, 
həm də dərində yerləşən orqan və txumalar təsir edərək cavab reaksiyaları iltihaba qarşı, 
damar genişləndirən, ağrı kəsən, antiseptik və bu kimi təsirlərin yaranmasına səbəb olur. 
İnduktometrik aparatlarda maqnit sahəsi induktur adlanan makara tərəfindən 
yaradılır. İnduktur makarasının dolaqlarının sayı az olur (3-4) və onlardan yüksək 
tezlikli cərəyan axıdılır. Aşağıdakı şəkildə İKV-4 aparatının struktur sxemi verilib: 
Şəkil 1. “İKV-4” aparatının struktur sxemi 
Yüksək tezlik generatoru (YTG) qurğunun əsasını təşkil edir, yüksək tezlikli 
cərəyanın alınması üçündür. Baxdığımız cihazda böyük cərəyanlardan istifadə 
edildiyində, struktura güc gücləndiricisi (GG) daxil edilmişdir. GG-nin bir funksiyasıda 
çıxışda yaradılan maqnit selinin intensivliyini müəyyən edilməsidir. Bu miqdar (doza) 
məfhumu altında göstərilmiş idarəedici sxem vasitəsilə (şəkildə göstərilməyib) həyata 
keçirilir. GG-nin çıxışındakı siqnal çıxış konturuna (bu kontur həm də uzlaşdırıcı 
funksiyasını yerinə yetirir) , yəni nəticə etibarilə induktura verilir. 
Hal-hazırda istifadə olunan maqnitoterapevtik aparatlar 3 qrupa bölünür: 
-
Lokal 
-
Paylanmış 
-
Ümumi 
təsir 
göstərən aparatlar 
Lokal aparatlar bədənin müəyyən hissəsinin müalicəsi üçün, paylanmış pasient 
ətrafında yerini dəyişə bilən sahə yaratmaq üçün, ümumi təsir göstərən aparatlar isə 
pasienti tam əhatə edən sahə yaratmaq üçün istifadə edilir. 
YTG 
GG 
Çıx. kon 
İnd 


44 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə