Mühazirə konspekti


Mühazirə -8. Mioqrafiya və elektromioqraflar



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
biotibbi muhazire

Mühazirə -8. Mioqrafiya və elektromioqraflar 
 
Mioqrafiya əzələlərin aktivliyini tədqiq edən üsuldur. Elektromioqraflar 
biopotensialları qeyd etmək yolu ilə əzələlərin aktivliyini tədqiq edən cihazlardır. 
Mioqrafik tədqiqatlarda həm diaqnostik həm də terapevtik məqsədlər üçün istifadə 
edilir. Diaqnostik məqsədlər əzələlərin yığılıb-açılması mərkəzinin fəaliyyətini 
öyrənmək üçündür. Bundan əlavə cərrahi əməliyyatlar zamanı tətbiq edilən narkozun 
“dərinliyi”ni müəyyən etmək üçün və cərrahi əməliyyatlara başlama anını 
müəyyənləşdirmək üçün istifadə olunur.
Mioqrafiyada 3 cür elektroddan istifadə olunur: 
-
Unipolyar 
-
Bipolyar 
-
Multielektrod 
Mioqrafik tədqiqatlarda alınan siqnal elektrodların dəri üzərində üzərində 
yerləşdiyi halda zəif olur. Əgər siqnalın səviyyəsi tədqiqatçını qane etmirsə, iynəvari 
elektrodlardan istifadə edilir (əzələyə yeridilmiş). 
Aşağıdakı şəkildə ideal mioqrafik siqnal göstərilmişdir: 

Şəkil 1. İdeal mioqrafik siqnal 
Siqnalın parametrləri t-3-12 msan arasında olur. A-0.3-1.5 mV arasında olur. 
Siqnalın tezliyi 5-60 Hs tərtibindədir.
Mioqrafik tədqiqatlarda real siqnal formaca idealdan fərqlənir: 
Şəkil 2. Real mioqrafik siqnal 
Bu tədqiqatlar zamanı tədqiq edilən parametrlər t,A və müsbət və mənfi dişciklərin 
miqdarıdır. Şəkildən görünür ki, real siqnallar formaca müxtəlifdir. Buna görə də 
mioqrafik siqnalın kəmiyyət göstəricisini tapmaq üçün ilikin siqnalın inteqrallaşması 
(orta qiymətin müəyyən edilməsi) yolu ilə müəyyənləşdirilir. 



28 
Müassir mioqrafik tədqiqatlar aparan cihazlarda yuxarıda göstərilən kəmiyyətlərin 
alınması üçün kompyuterləşdirilmiş mioqraflardan istifadə edirlər (mioqraf kompyuterlə 
interfeys vasitəsilə əlaqələndirilir). Aşağıdakı şəkildə onun struktur sxemi verilmişdir: 
Şəkil 3. Kompyuterləşdirilmiş mioqrafın struktur sxemi 
Burada FK-fərdi kompyuter
İP-interfeys platası, 
ARÇ-analoq rəqəm çeviricisi, 
BPG-biopotensial gücləndirici, 
GİS-gücləndiriciləri idarəetmə sxemi, 
St-stimulyator, 
ES-elektrod sxemidir. 
Burada elektrodlar sistemindən alınan siqnallar BPG-ə verilir. Bu sistemdən gələn 
siqnallar BPG-lər vasitəsilə gücləndirilərək rəqəmə çevrilir (ARÇ) və interfeys platası 
vasitəsilə kompyuterə ötürülür. Kompyuterdəki proqram verilənlərin emalı ilə məşğul 
olur və eyni zamanda alınan nəticələri arxivləşdirə bilir. GİS gücləndiricinin əsas 
parametrlərini müəyyən edilməsi və bunların iş rejimləri ilə təyin edilməsilə məşğul 
olur. Mioqrafda istifadə edilən stimulyator elektrik stimulyatorudur. Stimullaşdırıcı 
siqnalların parametrləri kompyuter tərəfindən müəyyənləşdirilib nəzarət edilir. 
ES 
BPG 
ARÇ 
IP 
GİS 
St 
FK 


29 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə