Mühazirə konspekti


Mühazirə -13. Audiometrik tədqiqat cihazı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
biotibbi muhazire

Mühazirə -13. Audiometrik tədqiqat cihazı 
 
Audiometrik tədqiqatlar üçün istifadə edilən cihaz audiometr adlanır. Audiometrik 
tədqiqatlar zamanı tədqiq edilən əsas diaqnostik göstəricilər eşitmə həssaslığıdır. Esitmə 
həssaslığı maneənin (küyün) mövcudluğu şəraitində audio siqnalları ayırmaq hissiyatı 
yaradan minimal həddir. Eşitməni mütləq və diferensial eşitmə həssaslıqları tədqiqat 
predmetidir. 
Qulağın anatomiyasından nəlumdur ki, qulaq pərdəsi, çəkic-zindan, sinir üçlüyü 
zədələndikdə eşitmə qabiliyyəti dəyişir. Eşitmə qabiliyyətinin dəyişməsi audiometr 
vasitəsilə müəyyənləşdirilir və diaqnoz qoyulur. 
Məlumdur ki, insanın eşitmə tezliyi diapazonu 20Hs-20kHs arasındadır. Eşitmə 
həssalığını səsin 0 db-dən ağrılı həddə qədər tədqiqatı aparılır. Səsin intensivliyi 
bildiyimiz kimi aşağıdakı düsturla hesablanır: 
I=20lgP/P
0
Burada P
0
-səsin vahid qəbul edilmiş təzyiqi (P
0
=2·10
-15 
Pa), P-səs təzyiqinin 
qiymətidir. 
Bəzi hallarda səsin gücü anlayışından da istifadə edirlər və bu analayış aşağıdakı 
düsturla müəyyən edilir: 
I=10lg I/I
0
Audiometrdən istifadə edərkən tədqiqatçı tədqiqat obyektini müxtəlif tezliklərdə, 
müxtəlif desibellərdə eşitmə hassalığını tədqiq edərək nümunəsi aşağıdakı göstərilən 
qrafik kimi olur: 
Burada 1-normal eşitmə həddi, 2- zədəli eşitmənin həddi, 3- nitq diapazonu, 4- 
ağrılı hədd. 


40 
Səsin intensivliyi 0 db-dən sağlam adamın eşitmə həssaslığı həddi ilə 
müəyyənləşdirilir (20kHs). 
Şəkil 1. Audiometrin elektrik sxemi 
Sxemdən göründüyü kimi audiometr səs generatorundan (150-8000 Hs tezlikli 
siqnallar hasil edən), süzgəcdən (təmiz tonlar almaq üçün), attunyatordan (səsin 
səviyyəsini dəyişmək üçün gərginlik bölücüsü), cəmləyicidən, küy və səs 
indiqatorlarından, modulyatordan, bufer qurğusundan, 2 açardan və telefondan ibarətdir. 
A
1
açarından tədqiqatlarda küyün iştirak edib-etməməsini təmin edir.
Küy fonunda səslərin eşidilib-eşidilməməsi pasient tərəfindən müəyyən edilir və 
şəkildə göstərilməyən elektrik açarları vasitəsilə qeydedici qurğuya ötürülür. 
Tədqiqatlar hər qulaq üçün ayrıca və ya hər iki qulaq üçün eyni vaxtda aparıla bilər. Hər 
qulaq ayrıca tədqiqat eşitmə aparatlarının eşitmə həssaslıqlarının diferensasiya-
fərqləndirmək məqsədilə aparılır. 


41 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə