Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

təzyiqdən yaxşı çıxmağı bacarmalıdırlar. Əgər onlar bunu bacarmırlarsa onda tabeçiliyində 

olanlardan sui-istifadə etməyə meyilli olurlar. Belə olduğu təqdirdə də cəmiyyət  belə alçaq 

liderləri əgər işləmək qabiliyyəti varsa, onda rişxəndlə də olsa qəbul edirlər. (Bu, məqsəd və 

vasitələrə başqa bir nümunədir).

Liderlikdə ən azdırıcı  məsələ maliyyə  korrupsiyasıdır.  Fərdlər öz ailələrini zənginləşdirmək 

məqsədilə onlara verilmiş səlahiyyətləri öz xeyirlərinə istifadə edirlər və bu var-dövlət də öz 

növbəsində nəsilləri tərəfindən ailənin siyasi gücünü əbədiləşdirmək üçün istifadə edilir. Öz 

şəxsi   maraq   dairələrində   olanlar  da  belə  fərdlərin   seçim   kampaniyalarını   maliyələşdirir   və 

daha sonra ümümi cəmiyyətin maraqlarından daha çox onu maliyyələşdirənlərin maraqları 

təmin olunur. 

Maliyyə   korrupsiyasının   hazırda   dünyadakı   miqyası   inanılmaz   dərəcədədir.   Adi   halda 

mağazalardan   oğurluq   edənlər   həbs   olunurlar,   amma   yüz   milyonlarla   dollar   oğurluq   edən 

məmurlar   azadlıqda   gəzirlər.   Korrupsiyanın   əsas   tiplərinə   “siyasi   korrupsiya”   aid   edilir   ki, 

burada məmurlar öz şəxsi maraqları üçün qərar qəbul edirlər (özləri investoru olduqları biznes 

sahəsinin vergilərini azaltmaqla) və dövlət müqavilələrində olan korrupsiyalardır ki, bunlarda 

da təkliflər yerinə yetirilibsə, rüşvətlər də ödənilib. 

Nepotizmlə   rüşvətxorluq   birləşərək   liderliyin   imtiyazlı   bir   sinfini   yaradır.  Bu   demokratik 

dövlətlərin dünyada ümumi uğursuzluğu hesab olunur: ancaq pullu fərdlər və ya valideyinləri 

siyasətçi olanların bu postu/vəzifəni tutmaq şansları olur. 

Liderlikdə ən ciddi problemlərin yaranmasına bir səbəb də fərdlərin demokratiyanı pozmağa 

cəhd   etməsidir.   Kütlənin   arzularını   və   onlara   seçki   qabağı   verilmiş   vədləri   rədd   etməklə 

cəmiyyətin demokratik institutların işini pozmağa çalışmaqla diktatorluğa keçidə cəhd edirlər 

ki, onların siyası partiyaları hakimiyyətdən üzaqlaşdırılmasınlar. 

Lederlərlə bağlı dərin problemlərdən biri də onların seçillmək üçün mütləq hakimiyyətə can 

atmalarıdır. Bəzi insanlar lider kimi doğulurlar, bunun mənası o deməkdir ki, onlar buna daha 

çox   qadirdirlər.   Lakin   digər   fərdlər   zirvəyə   çatmaq   üçün   nəsə   etməli   olurlar.   Müasir 

cəmiyyətdə liderlik təbii qanuna tabedir və burada qəddarlığın olması bacarığın olması qədər 

vacibdir.

Ən vacib məsələlərdən biri də budur ki, biz müəllimlə lider arasında fərq qoya bilmirik. Mövcud 

liderlər gerçəklikdə insanların nə etmək lazım olduğunu deməməlidir. Bunun əvəzində onlar 

cəmiyyətin mariflənməsinə kömək etməlidirlər ki, şəxsən özləri qərara gəlsinlər. Bütün bunlar 

yerinə yetirildikdən sonra onlar hamının xeyrinə olacaq konsensus əldə edirlər.   

Liderliyin   yeganə   forması   -   real   demokratiyada  iştrak   edənlərin   qərara   gəlmək   və   bunun 

vasitəsilə təbii qanunlardan və rəqabətdən qaçmalardır. 

-27-



DEMOKRATIYA İNSTITUTLARI 

11. SOSIAL MƏHDUDLAŞDIRMA VƏ BALANSLAR

Cəmiyyətdə hakimiyyətdən sui-istifadə etmək o dərəcədə ciddi və zərərli ola bilər ki, köləlik və 

genosid kimi ağır və arzu olunmaz hadisələrə gətirib çıxara bilər və nəticədə bu da əks təsir 

yarada bilər. Buna nail olmaq üçün biz məhdudlaşdırma və balanslar sisteminindən istifadə 

edəcəyik. Biz güc mənbəyinin istənilən ölçüsünü və ya konsentrasiyasını məhdudlaşdırmaq 

həmçinin, belə mənbələr arasında balanslaşdırma yaratma imkanlarına malikik. Ona görə ki, 

onsuz da istənilən halda sui-istifadə üçün çoxlu imkanlar var və hal-hazırda inkişaf etdirilərək 

bu   daha   da   mürəkkəbləşdirilib.   Lakin   hətta   bu   mürəkkəbliyi   öyrənməklə   (bəlkə   də   elə   bu 

səbəbdən)   də   bunun   özünün   təkmilləşdirilməsinə   böyük   ehtiyac   vardır.   Dünyada   hazırda 

yaşanaraq sınaqdan çıxarılan problemlərdən biri də odur ki, hakimiyyətdə məhdudlaşdırma və 

balansın əksər üsulları uğursuzluğa düçar olub.

Bunu  görmək üçün müxtəlif çoxlu vasitələr mövcuddur. Misal üçün əgər siz cəmiyyətə  də 

fərdlər və institutlar kimi onların bir kombinasiyası olaraq baxırsınızsa onda bizə hər ikisini də 

birlikdə məhdudlaşdırmaq lazım gələcək. Adi insanlar üçün bu nisbi olaraq sadədir. Hüquqi 

sistem xüsusi cinayət qanunlarında şəxsi gücdən sui-istifadə əleyhinə qəti önləyici funkisyaya 

malikdir. O sosial normalara uyğun gəlməyən davranışlara və həmçinin məzəmmətlərə açıq 

mənfi   rəyin   ifadə   edilməsini,   eləcə   də   nümayişlərə   görə   olan   tələbləri   balanslaşdırmağa 

kömək edir. 

İnstitutlarda   situasiyalar   daha   cazibəli   görsənir.   İnstitutların   müxtəlif   tipləri   var  və   onların 

hamısı problemləri və liderlərə sualını özünəməxsus tərzdə qoyurlar. Bur da əsas vəzifəmiz 

institutların ehtiyaclarımızı hədəf götürməsinə əmin olmaqdır, yəni biz inanmalıyıq ki, onlar 

bizim üçün işləyirlər öz liderlərinin daha çox varlanmaq və gücə sahib olmaq arzusunu həyata 

keçirmirlər.

  

Məhudlaşdırma  və balansın yoxlanması üçün digər bir vasitə - onlarda etikanın olmasından 



başlayır. Biz digərlərinə zərər verməkdən çəkinməli və əgər ediriksə məsuliyyətini də özümüz 

çəkməliyik.   Bu   təbii   qanunlara   qarşı   bizim   əsas   müdafiəmizdir.   Etikanın   olması   da   öz 

növbəsində təhsildən keçərək xüsusilə ailədə aldığımız yaxşı tərbiyədən irəli gəlir. Onlar isə 

sonralar rəsmi olaraq hüquqi sistemdə təcəssüm olunur. 

Bizim etikamız cəmiyyətin dəyərlərinin əsasını təşkil edir. Bura – bərabərlik və azadlıqda daxil 

olmaqla   həmçinin   demokratiya   ideallarının   əsasını   təşkil   edən   birgə   əməkdaşlıq   və 

eqoizmimizin   məhdudlaşdırılması   da   aid   edilir.   Belə   nöqteyi   nəzərdən   baxsaq   onda   birgə 

məhdudlaşdırma və balanslaşdırmanın məqsədi o dəyərlərlə qarşı-qarşıya duraraq təhlükə 

altında qalmış olacaq. Misal üçün bərabərliyi təmin etmək üçün cəmiyyət elə bir mexanizmlərə 

malik   olmalıdır   ki,   bunun   vasitəsilə   bütün   qrup   üzvülərini,   onları   diskriminasiyanın   bütün 

fomralarından müdafiə etsin. 

Məhdudlaşdırma və balanslar hakimiyyətin müxtəlif institusional konsentrasiyası və həmçinin 

onlara aid olan sui- istifadəyə görə yaranacaq müəyyən  risqlərin qarşısını almaq məqsədi 

-28-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə