Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

12. HÜQUQI NORMA

Ali   qanunların   əsas   məqsədi   təbii   qanunları   dəyişdirməklə  formal   hüquqi   strukturu 

yaratmaqdan   ibarətdir.   Təbii   qanun   dövlətin   gücünə   əsaslanır.  Hüquqi  norma   isə   insan 

hüqularına əsaslanır və bu da etikadan irəli gəlir. Təbii qanun davamsız və dəyişkən olmaqla 

ötəri qüdrət sayılır.  Hüquqi  norma aydın və proqnozlaşdırıla biləndir. Təbii qanunun verdiyi 

fayda da azdır. Hüquqi norma ədalətli və qərəsiz olmaqla hər kəs üçün bərabərliyi təmin edir. 

Beləliklə,   təbii   qanun   ədalətsizdir.  Hüquqi  normanın   təmin   olunması   isə   mühakimə 

sistemlərinin  də ədalətli işləməsinə imkan verir.  

Hüquqi normanın yaradılması bizim bir insan kimi ali məqsədimizdir. Bu təkamül hadisəsidir. 

Bu o deməkdir ki, biz bir növ olaraq digər insan və növlərin əzab çəkməsinə göz yumaraq 

qıraqda durub baxmamalıyıq.

Azadlığın qorunması hüquqi norma üçün çox əhəmiyyətlidir. Cəmiyyətdə  hüquqi qadağanı 

əsasən şəxsi azadlığın məhdududlaşdırılmasına görə qoyurlar. Ən pis halda isə diktatorlu 

cəmiyyət   hüquqi   normaların   bütün   aktlarına   qadağalar   qoyulur.   Lakin   hüququn   lehinə   və 

represiyaya  az məruz qalan cəmiyyətlərdə onların buna necə məcbur edilməsi tam olaraq 

aydın deyil. Bu isə bizdə bir qədər tərəddüd yaradır, yəni biz bunu edə bilərikmi, ya yox, dəqiq 

bilmirik, bu isə azadlığımızın öz-özlüyündə məhdudlaşdırılması deməkdir.

Hüquqi   normalar   dövlətin   birbaşa   səlahiyyətindədir.   Bundan   başqa   o   demokratiyanın   bir 

sütunu   hesab   olunur.   Əgər   qanuni   sistem   digər   sosial   institutların   da   tənzimlənməsi   aid 

olmaqla layiqincə fəaliyyət göstərmirsə onda cəmiyyət uğursuzluğa düçar olur. Bunu  yerinə 

yetirmək üçün hökümət korrupsiyadan azad olmalı və həmçinin zirək olaraq baş verən hədə-

qorxulara tez uyğunlaşmalıdır. 

Demokratik dövlət adətən iki və ya üç şöbəli strukturdan ibarət olur, onlar – yaratmaq, tətbiq, 

izah   etmə   və   hüquqi   sistemi   bunlara   məcbur   etməkdir.   Bunlardan   birincisini   -   parlamentli 

demokratik dövlərtlərə aid edilməklə seçilmiş legislatura (Parlament) Nazirlər kabineti, Baş 

Nazir və heyət cəlb olunur. Burada icra edici, Baş Nazir və Nazirlər kabineti Parlamentdən 

ayrı   olduğuna   görə   onlar   müəyyən   mənada   ondan   asılıdırlar,   belə   ki,   onlara   səs   vermə 

zamanı etibar göstərilməzsə tutduqları postdan kənarlaşdırıla bilərlər.

İkincisi, prezident demokratiyası olmaqla adətən bura seçilmiş qanunverici orqan aid edilir, 

seçilmiş rəhbəri (Prezidenti) kimi təyin edirsə, ancaq o prezidentin rəhbərliyi müddətində və ya 

ondan tez, impicment, yaxud da məhkəmə yolu ilə uzaqlaşdıra bilər.  

ABŞ-ı üç şöbəli quruluşa malik olduğuna görə ondan nümunə gətirmək olar. Konqres yeni 

qanunların   ilkin   variantını   (leqalizasiyasını)   hazırlayırlar.   Sonra   o   Prezident   tərəfindən 

təsdiqlənir.   Bundan   başqa   Rəhbər   kimi,   Prezident   yeni   qanunları   həyata   keçirmək   üçün 

hökümətin   müxtəlif   bölmə   və   şöbələrini   istiqamətləndirir.   Qanunların   dəqiq   tərkibi   haqda 

müzakirələr getdikdən sonra onlar məhkəmələr tərəfindən aydınlaşdırılaraq həyata keçirilir.

Hüquqlar müxtəlif tiplərə malikdir. Əksər ölkələr konstitusiya və ya nizamnamə adlanan bütün 

əsas hüquqları özündə birləşdirən sənədlərə malikdir. Qanunların icrasını mümkün edən bu 

-31-



konstitusiya ümumiyyətlə hökümətin institutlarında (müxtəlif şöbələrdə) onların əsasını təşkil 

edir   və   özlərinin   qarşılıqlı   əlaqəsini   nizama   salır,   eləcə   də   insan   hüquqlarını   müdafiə 

edilməsinə təminat verir. Bu həmçinin, dövlət hakimiyyətinin hüdudlarını da müəyyən edir. 

Konstitusiya və digər leqalizasiyalar hüquqların digər fomalarının da əsasını qoyur. Ölkədən 

ölkəyə   bu   müxtəlif   olduğundan   əsas   fərqli   cəhəti   də   ictimaiyyət   və   fərdlər   arasında   olur. 

İctimaiyyətə verilmiş hüquq fərdlər arasında qarşılıqlı münasibətləri nizamlayır. Bunlar - real 

insanlar,   təsisastçı   və   mülki   şəxslər,   eləcə   də   koorparasiyalarla   dövlətin   özüdür.   Bura 

konstitusiya qanunları, eləcə də inzibati və cinayət qanunları aiddir. İnzibati hüquqlar dövlət 

idarələrində   münasibətləri   və   həmçinin   vətəndaş   proseduralarını   əhatə   edir   ki,   bu   da 

partiyalar, fərdlər və institutların mübahisəli məsələlərdə hüquqi vasitələr tapmasına imkan 

verir. (Başqa sözlə “vətəndaş iddiası” məhkəmə prosesi). Cinayət üçün yaradılmış hüquqlar 

öz-növbəsində   ciddi   cəza   tədbirlərindən   istifadə   etməklə   aydın   şəkildə   münasibətlərin 

müəyyən tiplərinə qadağalar qoyur. Bura həmçinin günahlandırılan fərdlərin hüquqlarını da 

əhatə edir. 

Fərdi qanun fərdlər arasındakı münasibətləri - (yenidən təsisastçı/institutsional mülki şəxslərə 

üz tutulur) sazişlər, fərdi hüquq koorporasiya və ticarət hüquqları həmçinin müxtəlif mübahisəli 

məsələləri (yəni, qanuni hüquq pozuntuları kimi) müəyyən edilməsini də özündə ehtiva edir. 

Yuxarida göstərilənlərin hamısı daxili qanunlarla müəyyən edilsə də bundan başqa beynəlxalq 

münasibətlərin idarə edilməsi üçün millət və müxtəlif partiyalar arasında beynəlxalq hüquqlar 

da mövcuddur.  

Cinayət   hüquqları   olduğu   kimi   müəyyən   hüquqi   sistemlərdə   vətəndaş   hüquqları   üçün   də 

müxtəlif cəza tədbirləri mövcuddur. Bunlara polis və dövlət inspektorları aid olmaqla qanunu 

pozan partiyalara qarşı tədbirlər görürlər və məhkəmələr isə onların günahlarını təsdiqləyərək 

cərimə və türməyə salmaq kimi müxtəlif cəzaların verilməsinə qərar çıxarırlar. 

Yazar  Robert Hinkley hüquqi sistem haqda belə bir fərziyyə irəli sürmüşdür ki, qanun qeyri-

etik əxlaqın vurduğu zərər böyük olduğu təqdirdə onun məhdudlaşdırılması üçün qəbul edilə 

bilər. Tarixi baxımdan bu doğru olsa da uzun sürən olmur. Arzu olunmaz hökümətlə birləşən 

koorporasiyaların əxlaqı iddia doğurur və deyəsən hüquqi sistem də hal-hazırda bunu etmək 

qabiliyyətinə malik deyil. 

Əksinə,   əsas   prinsip  üçün   yaradılmış   qanunlar   imkan   qədər   az   olmalıdır.   Buna   səbəb 

qanunların   çox   olmasından   sui-istifadəyə   də   yol   verilməsi   ehtimalıdır.   Misal   üçün   bir   çox 

ölkələrdə hüquqi sistem o qədər qəlizləşdirilib ki, hər ikisi qanun kimi icra oluna və ziddiyətdə 

də   istifadə   oluna   bilər.   Bu   polis   və   məhkəmələrə   qanunun   kimin   və   nəyə   görə   həyata 

keçirilməsi üçün ehtiyyatlı  olmasına zəmin yaradır.  Kasıblara heç bir güzəşt olunmasa da 

varlılar burada rüşvət verərək yaxşı izahat yazdıra bilirlər.

Belə sui-istifadə halları bütün inkişaf etməkdə olan ölkələrin hamısında baş verir. Bu barədə 

belə bir ümumi zarafat da vardır: türmələrin arxa qapıları var, imkanı olan inasanlar haqqını 

ödəyib   azadlığa   çıxa   bilərlər.   Sui-istifadəyə   son   misal   şəhər   ətrafının   nizamsız   inkişaf 

etməsidir. Bina tikənlər yerli məmurları rüşvətlə ələ alaraq, hətta yerli sakinlərin buna qarşı 

çıxmağına   baxmayaraq   geniş   inşaat   layihələrini   həyata   keçidirlər.   Bina   tikənlər   yeni   vergi 

-32-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə