Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

daşıyır. Burda prioritetlər artıq müəyyən olunur. Əldə edilmiş güc nə qədər çoxdursa bir o 

qədər   də   çox   sui-istifadə   halları   var.   Beləliklə   burada   daha   vacibi   olanı   qarşılıqlı 

məhdudlaşdırmanın aparılmasıdır.

Əlbətdə, bu müzakirələrdə biz demokratik cəmiyyətlərə müraciət edirik. Demokratik olmayan 

cəmiyyətlərdə   məhdudlaşdırma   da   yoxdur.   Bundan   başqa   təmsilçiliklə   olan   demokratik 

dövlətlərdə liderlər qismən də olsa ləyaqətinə görə seçilirlər. Ən azından bilmək lazımdır ki, 

biz əvvəlki nəaliyyətlərinə görə belə liderlərə etibar etsək də, onların etibarlı olmasını yoxlaya 

bilmirik. 

Bu həmçinin bizim  niyə özünü idarə etməyə bel bağlaya bilməmizi buna institutların özləri 

nəzarət etməsilə izah edir. Buna nə qədər misal gətirilsə də özünü idarə müntəzəm olaraq 

uğursuzluğa  düşür.   Bunun  əsas  səbəbi  budur  ki,   institutlar  öz  səhvlərini   bizim  kimi  aydın 

şəkildə və ya bir xəta kimi anlamırlar. Bir sözlə onların liderlərinə etibar etmək olmaz. 

Buna görə də biz müstəqil və yoxlanılması mümkün olan və özü-özünü və öz əxlaqlarını idarə 

edə bilən bir sistemə malik olmalıyıq.

Yekun  izah kimi bizim sistem haqqında bunu demək olar ki, məhdudlaşdırma və balanslar 

təkcə   reaktiv   deyil,   həmçinin   prezentiv   də   olmalıdır.   Yenidən   baş   qaldıran   hədə-qorxular 

getdikcə genişlənməkdədir və biz buna hazır olmalıyıq. Yeni təhlükə mənbələrini müqavimətlə 

dəf etmək olar.

İnstitutlara nəzər salsaq onda gərək birinci onların liderlərindən başlayaq. Burda faktiki olaraq 

hər zaman mümkün olan müqavimət və balanslar sisteminin əsas ideyasını sarsıdan daha 

dərin məsələlər meydana çıxır. Sosial müqavimət dəyər verməkdən başlayır və bu ilk olaraq 

mövcud   təşkilatlar   tərəfindən   edilməlidir.   O   təşkilatlar   öz-özlüyündə   institutlardır,   bizim 

məhdudlaşdırma  və balanslar sistemimiz də həqiqətən başqa institutlara nəzarət edən bir 

institut   sistemidir.   Bu   institutların   hamısı   var-dövlətdən,   hakimiyyətdən   və   verilmiş 

imtiyazlardan həzz alan liderlərə güvənirlər. Bu səbəbdən də onların maraq dairələrində olan 

imtiyazlarını müdafiə etmək də mahiyyətcə qeyri-demokratikdir. 

Digər sözlə demokratiya üçün məhdudiyyət özləri imtiyazlı və güclü adamlar tərəfindən həyata 

keçirilməklə imtiyazları və hakimiyyəti məhdudlaşdırmaqdan ötrü tərtib olunub. Buna görə də 

onlar öz cavabdehliklərini yerinə yetirərkən nə qədər təcəvüzkar olacaqları hələ dəqiq bəlli 

deyil. Müqavimət yaxşı ola bilər, lakin bunu məğbul hesab etməyən insanlarda ola bilər ki, 

onlar da korrupsiyalaşmış olurlar və bunun nəticəsində də sistem çökür   

Bu faktı nəzərə alsaq liderləri məsuliyətli hesab etmək çox çətindir. Hər şeydən əvvəl, onlar 

mediada öz müttəfiqlərilə birlikdə əllərindən gələni etməklə məsuliyyətli olduqlarını bildirmək 

istəyirlər, lakin əslində bu belə deyil. İkinicisi, əgər günahları danılmazdırsa onlar tabeçiliyində 

olan birini günahkar görürlər. Çox nadir hallarda fərdlər var ki, onlar liderlik etdiyi zaman baş 

vermiş nəticələrin məsuliyyətini tam olaraq öz üzərinə götürür.

Problemlərdən müdafiə olunmaq üçün əlavə  məhdudiyyətlər mövcuddur ki, onlarla liderlərə 

qarşı müqavimət göstərmək olar, lakin əgər planetdə bu millət işləyirsə onda bu da mübahisəli 

-29-



ola bilər. Misal üçün bu məhudlaşdırmalardan biri mümkün qanuni müddət və bu zaman ona 

qoyulan   məhdudiyyətidir.   Seçilmiş   rəsmilər   müəyyən   müddətdə   vəzifəsinin   məsuliyyətinə 

uyğun olaraq xidmət edirlər və onlar ancaq normal, iki il müddətində çalışırlar. Daha sonra isə 

əgər seçicilər onun gördüyü birinci işlərini uğurlu qiymətləndirərlərsə, onda ikinci dəfə də onu 

buna layiq görə bilərlər. 

Bunun ardınca işdən azad etmə və ittiham halları  başlayır, bu hal hüquq müdafiəsinə görə 

demokratiyanı   devirmək   cəhdlərinə,   həmçinin   nepotizm,   korrupsiya   və   andı   pozma   aktları 

zamanı baş verə bilər. Bunlar hamısı olduqca qorxuncdur və bəlkə də birisi bütün bu olanları 

nəzərə   alaraq   işləmək   arzusuna   düşə   bilər,   lakin   faktiki   olaraq   liderlər   müntəzəm   olaraq 

qətillərdən   qaçırlar.   Hökümətdə   isə   korrupsiya   təsəvvür   olunmayacaq   dərəcədə   artsa   da, 

sübut olunur ki, bu olanları onlar etməyiblər.

Buna   səbəb   liderlərin  var-dövlətləri   hesabına   əsas   imtiyazlarının   indiyəcən   qoruyub 

saxlamasıdır.  Nəqər   ki,   var-dölətin   məhdudlaşdırılması   sistemi   həyata   keçirilməyib   (bura 

iqtisadi hakimiyyətin varislik prinsipləri də aiddir) digər məhdudlaşdırma vasitələri ilə bunun 

normal funksiyasını təmin etmək mümkün deyil.

Əsas  problemləri üzə çıxarmaq üçün yeganə yol: lider psixologiyasıdır. Əksər liderlər üçün 

cəmiyyətin nə dediyinin heç bir fərqi yoxdur, onlar gizlində belə bərabərliyi rədd edirlər. Onlar 

fikirləşirlər ki, digər insanlardan daha yaxşıdırlar və onlar özlərindəki o artıq gücə arxalanırlar. 

Əlbətdə,   vaxtın   qısa   olması   səbəbindən   belə   vəziyyət   müvəqqəti   xarakter   daşıyır   (siyasi 

liderlər üçün). Onlar dərindən inanırlar ki, daha yaxşıdırlar, çünki onların pulu daha çoxdur və 

ən pis halda onların pulları buna tab gətirə biləcək.

Məhdudlaşdırmanın  son   etapına   cəmiyyət   institutlarının   müxtəlif   tipləri   və   həmçinin   daxili 

strukturlar arasındakı münasibətlər aiddir. Daha sonra hakimiyyətin demokratik dövlətlərdə 

təbii olaraq üç şöbəli struktura bölünməsi barəsində gələcək Hüquq Normaları dərslərində söz 

açılacaq. İnstitutlar arasında kilsə və dövlətin bölünməsini də teokratiya müzakirəsində biz 

artıq   gözdən   keçirmişik.   Belə   institutların   hamısı   real   olaraq   ayrı   olmaq   istəyirlər.   Bura 

kommersiya (və ya koorparasiyalar) və dövlət; kommersiya və kilsə; və ticarət və dövlət aid 

eilir.   Burda   əlavə   məhdudiyyət   təhsil   institutları   olmaqla   onları   da   dövlət,   din   və 

koorparasiyaların mənfi təsirindən müdafiə olunması tələb olunur. Nəhayət, dövlət daxilində 

özünün gücü çatan digər məhdudiyyətlər də var, onlar - hərb və polislərdir.  

İnstitutlarla  bağlı   son  fikir  bundan   ibarətdir   ki,   onlar  hal-hazırda  qloballaşmaya   adaptasiya 

prosesindədirlər və bu prosesə beynəlxalq sazişlərin yeni modelləri də daxildir. Beynəlxalq 

təhlükələr   beynəlxalq   məhdudiyyət   göstərilməsini   tələb   edir.   Lakin   hazırkı   sistem   belə 

tapşırığın həndəvərində belə deyil ki, onu yerinə yetirə bilsin. 

Cəmiyyətdə  axırıncı məhdudiyyət  elə insanlar özləridir. Böyük cəmiyyət müxtəlif üsullarla - 

səs   verməklə,   kominikasiya   imkanları   (internet),     bir-birlərinə   məlumat   ötürmək,   protest, 

boykot və ən nəhayət bunların heç biri alınmasa devrilişlə müqavimət göstərirlər. 

-30-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə