Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

onların müstəqil olmasıdır. Bizə nə etməyin lazım olmağı barəsində nəsə demək xoşumuza 

gəlmir. Bu o deməkdir ki, bizim cəmiyyətdə iştirakımız könüllü şəkildə olmalıdır. Demokratiya - 

sosial   sistemdə   nəyi   edib   etməmək   barəsində   qərara   gələrək   xalqın   səsi   nəzərə   alınan 

könüllü   fəaliyyətlərə   əsaslanır.   Bizim   xüsusiyyətlərimzidən   biri   də   hər   zaman   mühakimə 

yürütmək   qabiliyyətimizin   olmasıdır.   Demokratiya   da   mühakiməyə   əsaslanır,   emosiyalara 

deyil.   Ona   görə   də   bizi   əhatə   edən   müxtəlif   seçimlər   arasında   biz   diskriminasiya   yarada 

bilərik. Demokratiya varsa, bu bizim üzərində işləyəcəyimiz dünyanı başa düşmək istəyimizin 

olmasını göstərir. Təhlükədə olanda düzgün qərarlar çıxarmaq üçün təhsilin olması vacibdir, 

bura həmçinin təcrübə də lazımdır ki, olan imkanlardan tam yararlanasan. Bura həqiqətən də 

böyk təcrübə tələb edən beynəlxalq uçuşların həyata keçirilməsi də aiddir və hazırda bütün 

dünya bu təcrübəyə malikdir. Ən nəhayyət bizə bunun üçün ilkin - “Demokratiya Yaşı” adlanan 

şərtlərin də olması lazımdır. Demokratiyada nizam- intizamın qorunub saxlanması da vacibdir 

ki, səslər itirilən zaman gücləri ilə cavab verməyib bunun üçün başqa yol tapsınlar. Bu ona 

görə   lazımdır   ki,   səslərini   itirənlər   və   ya   seçim   zamanı   məğlub   olmuş   namizədlər 

emosiyalarına   nəzarət   etsinlər   və   gələn   seçimlərdə   yenidən   şans   qazana   bilsinlər. 

Demokratiyada   ən  mühüm  problem  bir  çox  sosial  təsirlərin  bizim  mühakiməmizi pozmağa 

cəhd etməsidir. Misal üçün institutlar ümumilikdə müzakirə obyektinin biz olduğumuzu hesab 

edirlər. Dinlərə görə etiqad göstərənlər bizik, korporasiyalara görə isə biz həm işçi, həm də 

istehlakçıyıq. Belə institutlar bizim emosiyalarımızla oynamaqla bizə nəzarət etməyə çalışırlar.

Şəxsi qərarların verilməsi bizdə uşaqlıqdan başlayır, bir uşaq kimi valideyinlərimizin nə 

dediyini   qəbul   edirik.   Bu   səbəbdən   də   biz   diskriminasiyaya   getməyərək   valideyinlərimizin 

öyrətdiyi kimi sosial inancları qəbul edirik. Diskriminasiya biz artıq yetkin olan zaman şəxsi 

fikirlərimiz yarandıqda baş verir. Sosial təsirləri və uşaqlıqdan qəbul etdiyimiz hər şeyi öz 

gücümüz inkişaf edən zaman rədd edə bilirik.  Lakin bunun özü asan məsələ deyil. Uşaqlıq 

vaxtı beynimizə yeridilən bu sosial təsirlərdən çıxmaq çox çətindir. Misal üçün, müsəlmanların 

öz etiqadları əleyhinə getməsi mümkün deyil. Əgər belə olarasa onlar dönük hesab olunarlar. 

Bu   baxımdan   ABŞ   da   Prezident,   hərbi   qüvvələr   və   polis   yuxarıda   vurğulanmış   tənqidə 

layiqdirlər (və ya nə vaxtsa buna aid edilmişdilər). Kimlər ki, sui-istifadə edən dövlətə qarşı 

müqavimət göstərirdi, onlara  qeyri-patriot  damğası vurulurdu.  Belə vəziyyət incə bir məsləni 

ortaya çıxardır ki, gərək biz onu anlayaq. Mənəviyyata sözün əsil mənasında təsir edən din də 

yuxarıdakı tənqidə layiqdir, lakin hər kəsə ki, digər dinin yaymasına görə nifrət edilirsə onda 

bu durdurlumalıdır. Cəmiyyəti müdafiə edən hərbi qüvvələr etik mübarizə aparırlarsa onda bu 

alqışlanır,   lakin  bu   mübarizə  barbarlıq,   aqressiya,   döyüş   vasitələri  ilə  aparılırsa  onda  qəti 

qəbul   edilməzdir.   Eləcə  də  cinayətlə   savaşan   polis  öz  həyatına   risk   edir   və   bu   prosesdə 

qəhrəman   olur.   Sosial   ayrı-seçkiliyə   görə   təzyiqi   artıran   məmurların   bu   hərəkəti   də   öz-

özlüyündə   cinayətdir.   Demokratiyanın   daha   davamlı   olması   üçün   tənqiddən   yaxşı   heç   nə 

yoxdur. Əks təqdirdə biz azadlığımızı itirərək diktatorluğa bir addım da yaxınlaşmış oluruq. 

Sosial təsirlərlər üzündən yaranmış iddialar əvvəlkindən daha da artmışdır. Müasir mediada 

televiziya və filimlər o qədər güclü təsirə malikdirlər ki, beyini yormağa ehtiyac belə olmur. 

Sosial təsirlər qarşısında fikirlər ötəri bir şeyə çevrilir, əgər bu daimi olaraq üstünlüklə davam 

edərsə. Misal üçün narahatçılıq törədən bir haldır ki, insanlar var ki, bizə yaxşı təsir bağışlayır, 

lakin   onların   xeyrinə   səs   vermək   üçün   adətən   onlar   yaxşı   pedaqoqlar   olmurlar:   bunlar   o 

adamlardır ki, dolaşıq məsələlərə aydınlıq gətirə bilsinlər. Əlbətdə ki, belə insanlar ritorika və 

davranış manipulyasiyasına adaptasiya edənlərdir. Demək olar ki, onlar bütün hallarda böyük 

qrupları cəlb edirlər, sonuncular daha inandırıcı hərəkət etdiyinə görə özlərinə birincidən daha 

çox   tərəfdaş   cəlb   edə   bilirlər.  Demokratiya   insanlara   daha   çox   öhdəçilik   verir   ki,   onlar 

-21-



seçimlərini   daha   əsaslı   kursa   etsinlər.   Baxmayaraq   ki,   hal-hazırda   bizim   belə   tələblərimiz 

mütəmadi olaraq uğursuzluğa düçar olur. İnsanlarda isə demokratiyanın xarakterindən asılı 

olaraq onların əslində hansına aid olması kimi problemlər meydana çıxır.  Misal üçün, yeni 

demokratik   dövlətlərdə   fərdlər   üçün   öz   səslərini   satmaq   adi   bir   haldır.   Əlbətdə   ki,   belə 

vəziyyətdə   sistem   tam   fəaliyyət   göstərə   bilməz.   Buna   alternativ   olan   yetişmiş   demokratik 

dövlətlərdə ictimaiyyət adətən laqeyd olur və səs verməyə görə narahat belə olmurlar və ya 

sosial təsirlərə cavab olaraq insanlar və onların təmsil etdikləri partiyaları spesifik məsələyə 

görə   bir-     birlərinə   qarşı   olurlar   və   əməkdaşlıq   etmək   imkanlarını   itirirlər.   Demokratiya   öz 

iştirakçıları   üçün   çox   yuksək   standartlar   təyin   edir   və   hal-hazırda   bir   çox   cəmiyyətlər 

populyasiyaların böyük bir qismi bununla ayaqlaşa bilmirlər. Bundan belə çıxmamalıdır ki, bu 

sistem uğursuzluğa düçar olub və biz bundan üz döndərərək sosial təşkilatların digər ənənəvi 

formalarına qayıtmalıyıq (insan qanunlarına deyil, təbii qanunlara əsaslanmaq). Belə çıxır ki, 

bizim indi görəcəyimiz çox iş var. Demokratiya çökürsə,  insanlar nizamsız bir izdihama və 

həmçinin ultra-milli və dini fanatiklərə çevrilirlər. Bu qəbul edilməzdir. Biz fərqli olmağımızı 

arxada qoyaraq birlikdə işləməyi öyrənməliyik. Bunu etmək üçün hamı belə izdihama rəvac 

verənləri dəf etmək üçün ayağa durmalıdır.

v

Bu həmçinin o deməkdir ki, şəxsi məsuliyyət səs 



verməklə başa çatmır. Xalq mütəmadi olaraq seçilmiş məmurları qiymətləndirməlidir və vacib 

məsələlərə görə öz fikirlərini bildirməlidirlər. Onlar məmurları gərək məsuliyyətli hesab etsinlər 

və   lazım   olarsa   əgər   onlar   öz   vəzifələrindən   sui-istifadə   edirlərsə   onda   işdən   çıxarma, 

ittihamlandırma və cinayyət məhkəməsinə cəlb etsinlər. 



9. İxtilaf və Qarşıdurma 

Demokratiyada   dövlətə   hakimiyyət   xalq   tərəfindən   verilir,   lakin     fərdi   hüquqlar   müdafiə 

olunmadığı təqdirdə verilmiş səlahiyyət geri alına bilər. 

Bundan   başqa,   müasir   cəmiyyətdə   istənilən   halda   bütün   sosial   təsisçilər  hakimiyyət 

funksiyaya   malikdir   (onlar   fərdlərin   rifahını   təmin   edirlər).   Buna   görə   ixtilaf   belə   təsisçi 

institutlarda baş verir.

İxtilafın yaranması fərdi məsuliyyət  üzündən baş verir. Əgər cəmiyyətin lideri uğursuzluqla 

üzləşirsə   biz   də   ona   qarşı   olmalıyıq.   Biz   onu   dəyişməyə   və   ya   hakimiyyətdən   getməyə 

məcbur etməliyik. 

Daha geniş mənada, ixtilafın səbəbi ideya ilə əlaqəlidir, yəni demokratiya sanki rəqabətdə 

olan bir ideyalar formudur, lakin bu forumun fəaliyyətində yaxşı olardı ki, ən yaxşı ideyalar 

seçimi, söz azadlığı və hüquqlar bərqərar olsun və asossasiya müdafiə olunsun. 

Demokratik mühitdə ixtilafın olması çox mühümdür. Sosial liderlər yalnız tələb olunanı qəbul 

etməməlidirlər, onlar gərək çevik olsunlar və camaat qarşısında olub, nəyisə tələb etmək və 

müdafiə   etməyi   bacarmalıdırlar.   Bunu   edə   bilməyən,   ixtilafa   yalnız   tolerantlıq   göstərməklə 

kifayətlənən və bunu pis bir addım kimi anlayıb başa düşürsə o, demokratiyanın əslində nə 

olduğunu başa düşmür.

Əlbətdə, hakimiyyət ixtilafı yatırtmaq üçün təbii tendensiyaya malikdir və bunu başa düşmək o 

qədər də çətin deyil. İxtilafda tənqid də var və heç kəs tənqid olunmaq istəmir.   

-22-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə