Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   2   3   4   5   6   7   8   9   ...   23

uyğunlaşmalı,   eləcə   də,   özünün   coğrafiyasına,   milli   resursların   genişlənməsinin   əleyhinə 

olmamalıdır. 

Ziddiyətin yaranması da məhz yerinə yetirilməsi vacib olan, lakin digər xüsusiyyətlərinə görə 

bəzən mülayimliyi  ilə də fərqlənən demokratik prinsiplər arasındakı ayri-seçkiliyə görə baş 

verir.   Misal   üçün:   Vladimr   Putin   və   Chaviz   kimi   siyasətçilər   deyirlər   ki,   milli   atributların 

dəstəklənməsi   faktiki   olaraq   bu   prinsiplərin   eləcə   də,   vətəndaş   haqları   müdafiəsinin   və 

mətbuat azadlığının inkar edilməsinə gətirib çıxarır və bununla da avtoritar sistem yaranır ki, 

daha sonra özlərinə demokratiya damğası vurmağa çalışırlar.

Yuxarıda   təqdim   olunan   demokraitiyaya   alternativ   olanı   “avtoritar   cəmiyyət”dir   ki,   burada 

xalqın kiçik qurupları səlahiyyətə və ya hakimiyyətə malik olurlar və sonra bundan istifadə 

edərək hər yerdə özlərini təmizə çıxarmağa çalışırlar. Belə hökümət hamının adından danışır, 

lakin bu cürə kiçik qruplar tərəfindən idarə olunur və elə onlar üçün də işləyir. Diktatorluq kimi 

tanınan   avtoritarlığın   da   bir   çox   formaları   var.   Hərbi   generallar   tərəfinən   yaradılmış   hərbi 

diktatorluq. Elə ölkələr var ki, orada ordu generalları tərəfindən yaradılan hərbi diktatorluq 

mövcuddur. Belə ölkələrə Cənubi Koreya və Burma aiddir. Bir çox islam cəmiyyətlərində isə 

dini liderlər tərəfindən idarə olunan dini diktatorluq və ya hökmüranlıq mövcuddur ki, buna da 

“Teokratiya”   deyilir.   Bundan   başqa   iqtisadi   müstəmləkəçilik   kimi   tanınmış   diktatorluq   da 

mövcuddur. Burada bir dövlət digər dövlətə öz iqtisadi maraqlarına və  feodalizmin   təmin 

olunmasına çalışır və bununla da belə cəmiyyətdə kiçik fərdi qruplar iqtisadiyyatın böyük bir 

hissəsinə nəzarət edir, digərləri isə bu və ya digər şəkildə onun idarəçiliyi altında fəaliyyət 

göstərirlər. Çin kimi bəzi dövlətlərdə avtoritarlığın bir deyil, bir neçə forması vardır.

Demokratiya ilə bağlı yaranan dolaşıqlıq bəlkə də siyası rolun məhdud olması ucbatından baş 

verir.   Hökumət   bütün   cəmiyyəti   idarə   edir   və   öz   nəzarətində   saxlayır.   Onda   demokratiya 

hakimiyyətin   idarə   edilməsi   ilə   tək   siyasi   deyil,   daha   çox   sosial   sistemin   idarə   olunması 

anlamına gəlir.

Cəmiyyətin bir sıra müxtəlif subsistemləri var. Hər iki sistemin bir yerdə olan formaları da 

mövcuddur,  onlar  demokratik və   avtoritar  sistemlərdir  ki,  hakimiyyət  hər  iki  sistemlə  idarə 

edilir. Kapitalizm və kommunizm kimi ikisinin də bir yerdə olan vahid iqtisadi sistemlər forması 

da   vardır   ki,   istehsal,   əmtəə   və   s.   xidmətlər   belə   sistem   tərəfindən   idarə     olunur. 

Subsistemlərə komunikasiya, internet, telefon və media; ibtidai məktəbdən başlamış sistemlər 

də mövcuddur. Həmçinin geniş yayılmış mənəvi sistemlər də vardır, bunlar əsas təşkilatçı 

dinlər hesab olunurlar. Bu sadalananlardan hər hansı biri üstünlük təşkil edərsə onda bunu 

sosial sistem adlandırmaq mümkündür.

Hal-hazıda müxtəlif subsistemlər arasında  rəqabət vardır. Yaranmış rəqabət geniş yayılıb və 

aqressiv hesab edilir. Bunun ən bariz nümunəsi demokratiya ilə kapitalizmdır. Demokratiya 

siyası sistem kimi, kapitalizm isə iqtisadi sistem kimi xarakterizə olunsa da, hər ikisi sosial 

nəzarətin   ələ   keçirilməsinə   çalışır.   (Demokratiya   üçün   bu   xüsusi   sosial   idarə   edicilikdir). 

Məsələ də burdadır ki, bu iki sistem bir araya sığmır. Kapitalizmin də özünə məxsus olan 

prinsipləri,   məsuliyyəti   və   təsisçi   institutları   var   və   bir  çox   hallarda   bunlar  demokratiya   ilə 

ziddiyyət təşkil edir. Belə rəqabət və ziddiyyətlə bağlı məsələlər dərs boyu açıqlanacaq.

-5-



Dərs boyunca  xüsusi dinlər tərəfindən dominantlıq edən cəmiyyətlərin prinsipləri, öhdəçilikləri 

və təsisatçıları və həmçinin, bunun demokratiya ilə ziddiyyət təşkil etməsi məsələlərinə də 

aydınlıq gətiriləcəkdir.

Yekun olaraq, dünyada insan cəmiyyətləri inteqrasiya edir və buna qloballaşma deyilir və belə 

mübahisələr   getdikcə   daha   da   dərinləşir.   Dünya   indi   demokratiyadan   boyun   qaçıran 

avtoritarlıq   və   diktatorluğu   görməyə   başlayır.   Güman   ki,   dərs   boyunca   bu   fikirlər 

aydınlaşdırılacaq və sözsüz ki, demokratiyanın nə üçün üstün olmağa layiq bir seçim olması 

nümayiş etdiriləcək.



2. BƏRABƏRLIK VƏ AZADLIQ

İnsan cəmiyyəti  min illilklər boyunca   dramatik şəkildə dəyişmişdir. Bəlkə  də bu prosesdə 

indiyəcən ən əlamətdar hadisə yazılı dilin inkişafı olmuşdur. Bu, təhsilin geniş yayılmasına 

imkan   verir   ki,   bu   da   öz   növbəsində   məqəsədimizin   sosial   bərabərlik   olmasını   gündəmə 

gətirir.   Demokratiyaya   ən   yaxşı   çıxış   da   belə   siyasi   sistem   vasitəsilə   ola   bilər.  İnsanlar 

mahiyyətcə dəyişkəndirlər. Buna körpə uşaq gözü ilə baxsaq quracağımız gələcək planlar və 

imkanlarımız da tükənməz olar. Sosial rolu, hər bir kəs aldığı təhsillə, yaxud praktiki olaraq 

necə yerinə yetirməli olduğunu öyrənməklə icra edə bilər. İstənilən sistemin bu vacib rola 

etinasızlığı   ədalətsiz   və   heç   bir   vəhclə   qəbul   edilməzdir.   Səlahiyyət   də   bura   aiddir. 

Bərabərliyin   verilməsi   kimlər   üçünsə   vəzifənin   verilməsi   demək   deyil   ki,   başqalarını   öz 

nəzarətində saxlasın. Buna görə də demokratiya fərdlərin öz müstəqilliyini qoruyub saxladığı, 

öz   şəxsi   həyatları   ilə   əlaqədar   vacib   qərarlar   verə   bildiyi   yeganə,   məqsədyönlü   siyasi   bir 

sistemdir.   İnsanların   bərabərliyi   dünyaya   gəldiyi   andan   başlayır.   Biz   hamımız   həyatımızı 

yaşamağa   bu   cür,   səhv   fikirlərdən   və   səhv   meyillərdən   uzaq   olaraq   başlayırıq,   sadəcə 

yaşamaq   arzusu   olur.   Bərabərlik   sonra   bütünlüklə   bizm   həyatımız   boyunca   davam   edir. 

Həyatın mühüm aspektlərinə nəzər salarkən kiminsə gündəlik işi ilə məşğul olduğunu, daha 

sonra isə həyatını necə ölümlə başa vurduğunu anladığı kimi, hamı anlayır və başa düşür, 

çünki bizim müşahidə və anlama imkanlarımız arasında heç bir fərq yoxdur. Canlı olan hər bir 

kəs, mövcud olduğumuz ətraf mühitdə baş verən ən dərin məsələləri anlaya və hətta bundan 

çox yaxşı faydalana da bilər. 

Bizim yaşadığımız həyat çox fərqli olduğuna görə bərabərlik də nəyəsə dəyər verməklə 

başlayır.   Biri   fermerdir,   digəri   baş   nazirdir,   bunların   qiymət   verərkən   fərq   olmur.   Fərd 

digərindən   heç   nəyi   ilə   fərqlənmir.   Bu   həm   əhali   qruplarına,   həm   də   dolayısı   ilə 

mədəniyyətlərə də aiddir. Bir mədəniyyəti  digərindən üstün qiymətləndirmək tam əsassızdır. 

İki  müxtəlif   mədəniyyət   bir-birinə  tamamilə   bənzərsiz   ola  bilər,     lakin  biri   digərindən  daha 

yaxşıdır   deyilməsi   mümkün   deyil.   Bu,   o   zaman   baş   verə   bilər   ki,   hansısa   xüsusi   bir 

mədəniyyət   və   ya   yarımqrup   səciyyəvi   xüsusiyyətə   malik   olsun.   Misal   üçün:   Hitler 

Almaniyasında   Nasistçilik   fəaliyyəti   haqlı   olaraq   təhqirə   layıq   idi.   Mədəniyyətlər   uzun   illər 

boyunca yaranıb. Onlardan əksəriyyəti isə bəzi mərhələlərdə yolunu azmışdır. Kimsə belə 

ziddiyətli mədəniyyəti tənqid edə və onu dəyişməyə can ata bilər, lakin burada fərdi hislərin 

üstün olması haqlı hesab olunmur, çünki elə bir vaxt ola bilər ki, sənin də mədəniyyətin də 

eynən   belə   ola   bilər.   Bərabərlik   yalnız   sosial   məqsəd   deyil,   o,   həmçinin   demokratiya 

prinsiplərinin bünövrəsi hesab olunur. Bu, çoxluqlar tərəfindən idarə olunan istənilən sistemin 

azlıqlara görə rədd olunması kimi xarakterizə edilir. Demokratiya xalqın bir çoxunun aydın 

təsəvvür edə bilmədiyi başqa prinsiplərə də malikdir və bu prinsiplər bilinmədiyi və izlənmədiyi 

təqdirdə demokratik sistem zəifləyir. Dövlətin demokratikləşməsinı düşünmək öz növbəsində 

-6-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə