Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   2   3   4   5   6   7   8   9   ...   23

müdafiədir.

Bu həm də, fundamental etikada təhqirə yer olmaması kimi xarakterizə edilir.

Siyası liderlər bu prinsipi axıradək gözləyə bilməyib apardıqları siyasətdə belə hallara çox yol 

verirlər.

Etika   dəlilə   əsaslanmaqla   bizə   dünyanı   təhlil   etmək   imkanı   verir   ki,   onu   başa   düşüb 

problemləri həll edə bilək. Öz davranışımıza hakim olmaq üçün olan bu qaydalar ənənəvi dini 

qaydaların prinsiplərindən fərqlidir. Buna misal kimi: bizə bu On Qadağaya  və ya  o islam 

şəriətinə görə nəyi necə etməyin lazım olması, yaxud da bu kimi digər dini etiqadlar barəsində 

danışırlar.  

 

Son dərsdə bu problemlə bağlı aparılan müzakirə bundan ibarət idi ki, belə həqiqət- Allahın 



diqtəsidir     və   burda   etiqadın   olması   vacibdir.   Həmçinin,   dini   etiqad   məsələsi   həmin   dini 

liderlərin bildiyi bir sahə olduğuna görə onlar bunu şərh edərək faydalı bir iş olmasını hesab 

edirlər. Lakin reallıqda bu öz-özlüyündə qeyri-demokratikdir. 

Biz uşaq deyilik. Bizə hər şeyi danışmaq lazım deyil. Biz öz-özlüyümüzdə nəyin doğru, nəyin 

səhv olduğunu başa düşə bilərik.

Bizim eitkaya  da ehityacımız var. İnsanlar arasında mübadilə və kompromis olmalıdır.  Biz 

istədiyimiz hər şeyi əldə etməyimiz mümkün deyil. Buna görə də bizə elə bir yol göstərən 

lazımdır ki, həmin bu mübadilə əleyhinə olarkən və bundan da artıq ümumi sosial situasiyalar 

zamanı necə hərəkət etməyimizi desin.

Etikasız həyat təbii qanun kimi qəbul olunur. Əvvəldə qeyd olunduğu kimi, bu zəiflər üzərində 

dominantlıq edən həddindən artıq sərt azad ideyalardandır, yəni, “Gücün varsa haqqın da 

var”. Təbii qanun dedikdə delə anlaşılır ki, əgər sizin gücünüz varsa onda təmkininizi saxlaya 

bilməyib xudbinliynizi davam etdirəcəksiniz.

Bu səbəbdən də həyatın etik normalarında təbii qanuna yer yoxdur. Bu bir ideya kimi bir daha 

təsdiqləyir ki, güc haqlı olmaq demək deyil.

Dünyaya  nəzər salanda etikanın normada olmadığını görmək çətin olmur. Ölkədən ölkəyə 

müxtəlif yollarla güclülər istədiyi hər bir şeyi azad şəkildə edirlər. Bu demokratiyaya əngəl olan 

əsas   məsələlərdəndir   ki,   bu   da   hökümətdən   qaynaqlanır   və   dövlət   onları   dolayı   yollarla 

müdafiə edir.

Etikanın çətinliyi - düzgün hərəkət etməyin asan olmamasındadır. Doğurdan da düzgünlük hər 

zaman aydın olmur ki, görmək də, mümkün olsun və siz gərək bunu da başa düşəsiniz ki, 

hətta o göründüyü zaman belə, onu etmək çətin olur. 

Bir sıra davraniş qaydaları mövcuddur. Bunlar hörmət etməyi bacarmaqdan başlayır. Əgər biz 

bərabəriksə   onda   hamımız   mədəniyyətimiz   də   daxil   olmaqla   hörmətə   layiqiq.   Bu   isə   öz 

növbəsində etikanın əsası hesab olunur, digər sözlə desək, çalışmayın ki, hörmət etdiyinizə 

haçansa, məmuniyyətlə zərər verəsiniz.  

-13-



Bununla əlaqədar olaraq biz demirik ki, səhvi görəndə ona qarşı tolerantlıq göstərin. Əgər 

digər insanlar zərər verirsə biz bu işə qarışmağa borcluyuq (Bu əvvəldə qeyd olunmuş “yox” 

prinsipidir).

Etikanın   digər   əsaslarından   biri   də,   etibarın   olmasıdır.   Yəni,   dediyin   hər   şeyi   etməli, 

başladığını isə sona çatdırmalısan. Əgər sən nəyisə edəcəyini deyirsənsə ancaq fövqəladə və 

gözlənilməz hallar istisna olmaqla, onu yerinə yetirməlisən. Demokratiyada bir çox siyasətçilər 

nəyi isə deyib, amma sonra edə bilməyəndə seçici kampaniyasında   mövqeyini qoruyaraq 

niyə qeyri-etik hərəkət etdiyinin səbəbini açıqlayaraq onları buna inandırır. 

Bundan biz görə bilərik ki, etikanın digər bir əsası da – düzgünlükdür ki, öz sözünün üstündə 

necə düzgün durursan. 

Son   olaraq   hörmət   etmə   etikası   səbir,   tolerantlıq   və   diskriminasiya   olmayan   davranışlara 

gətirib çıxarır.

Biz etikanı öz valideyinimizdən öyrənirik, iki şeydən – nə dediklərindən və daha çox necə 

etdiklərindən.   Biz   onların   davranışını   münasib   bir   tapıntı   kimi   qəbul   edib   sonra   onlardan 

nümunə götürürük.

Həyatımız müddətində etikamız müxtəlif bir çox mənbələrin təsirinə məruz qalsa da fikirlərimiz 

bu tərbiyə ilə toqquşur. Bu etikanın alternativi olan əsas mənbələr sosial institutlardır.  Bizi 

əhatə edən əsas problemləri bir çox institutlar indiyəcən izləyir və təbii hüququ kimi təbliğ 

edirlər.

Bu   isə   etik   nizamsılıqla   nəticələnir.   Orada   bu,   çox   müxtəlif,   rəqabətli   və   qarşıdurmalarla 

qiymətləndirilir, bilmək olmur ki, nəyə və kimə inanasan. Real etika çətinliyi anlamaq demək 

deyil, onu başa düşəsən, o, həm də davamlı olaraq sosial təsirlər tərəfindən sarsıdılır. 

məqsəd və onun vasitələrinin əlaqəli ideyalarından yararlanmaqla bunu daha aydın şəkildə 

görmək mümkündür. 

Insanların çoxu etik cəmiyyətə yalnız hər yerdə bərabərlik olduğu zaman çatmaq mümkün 

olduğu   fikirilə   razılaşardılar.   Belə   əsaslandırmada   yalnız   bir   qrupa   üstünlük   verən   və 

himayədarlıq   edən   Nasist   ideyasına   yer   yoxdur.   Hətta   elə   bir   vəziyyət   ola   bilər   ki,   biz 

məqsədlə razılaşdıq o  zaman biz elə bir vasitə,  üsul   seçməliyik  ki, sonra ondan  istifadə 

etməyə cəhd də edək. Bunlarda öz-özlüyündə etik olmalıdır.

 

Etdiyiniz hər şeyi başa çatdırmaq fakt olması üçün çox vacibdir, təbii ki, burda daha vacibi 



olanı   faktdır.   Əgər   siz   qoyduğunuz   məqsədə   etik   vasitələrlə   çata   bilmirsinizsə   onda 

məqsədinizi dəyişdirməlisiniz.

Beləliklə də biz görərik ki, vasitə - məqsədə çatmaq  yoludur (əvvəlki üsuldan istifadə olunarsa 

vasitə bizim etdiyimiz fəaliyyət, məqsəd isə onun nəticəsidir). Bu bir prosesdir, nəticə deyil, 

bunu bilmək çox vacibdir. Bərabərlik məqsəd deyil, o sanki qızıldan olan bir dibçək kimi göy 

qurşağının qurtaracağındadır və ya buna kiminsə hələ uzaq gələcəkdə çatacağı bir şeydir. Bu 

-14-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə