Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   2   3   4   5   6   7   8   9   10   ...   23

uzun  sürən  bir   proses  olduğuna   görə  biz  bunu  hər  gün   və   ya   elə  bu  dəqiqədən  etməyə 

başlamalıyıq qarşılaşmalıyıq.

Bu bir aksiomadır ki, məqsəd vasitə ilə uyğun  gəlmir. Bu digər etik qaydalara aid edilir ki, 

müasir cəmiyyətlərdə buna az hallarda rast gəlinir. Sosial institutlar müntəzəm olaraq qeyri-

etik   üsüldan   istifadə   edərək   məqsədin   arxasınca   düşürlər   ki,   bunun   etik   olmasına   bizi 

inandırsınlar.

                               

Misal üçün institutlar ümumiyyətlə elə hərəkət edirlər ki, sanki onların bizə yalan demələrinə 

hüquqları var, guya bu onlara çox əhəmiyyətli imiş kimi özlərini təmizə çıxarırlar. Bu cürə 

vasitələr haqda fikir yürütməyinə dəyməz. Bu sadəcə bir məqsəddir, onların çox əhəmiyyətli 

hesab edəcəyi bir məqsəd.

Belə  olan  halda   məqsəd   və   üsulların   hər   ikisi   qeyri-etik   olur.   İnstitutlar   bizi   eşitmək   üçün 

mövcuddurlar. Biz ona görə yaşamırıq ki, onları eşidək.

İnstitutlar əllərindən gələni edirlər ki, özləri barəsində olan informasiyanı gizlətsinlər, lakin bu 

informasiyalar   bizim,   ümumiyyətlə   cəmiyyət   üçün   əlçatan   olmalıdır.   Çünki,   eyni   zamanda 

bizim özümüzə deyirlər ki, onlara qarşı açıq və dürüst olun.

İnstitutların hətta hər gün etdikləri məqsəd və vasitələrinin yanlış olması barəsində gətirilə 

biləcəyi saysız- hesabsız arqumentləri var. Öz fərdi cəmiyyətini qiymətləndirmək sənə düşür, 

liderlərin dedikləri şeyin hamısını etmələrinin vacib olması sənin üçün daha faydalıdır.

6. HAKIMIYYƏT

Demokratiya   hər   şeydən   əvvəl   hakimiyyətin   balanslaşdırılmasını   təmin   edən   bir   sistem 

olmaqla həmçinn onun düzgün bölüşdürülməsinin qarantı hesab olunur.

Bu isə öz növbəsində çox çətin bir tapşırıqdır çünki, gücün elə özü mürəkkəb bir fenomendir. 

Belə çətinliklərin aradan götürülməsi üçün isə gərək hakimiyyət birləşsin. 

Hakimiyyət müxtəlif yollar müəyyənləşdirərək onun vasitəsilə bizi öz təsiri altına alır və biz də 

bunun nəticəsində digər  insanlara  təsir  edərək öz  istədiyimizi   və   düşündüyümüzü   etməyə 

vadar  edirik.   Hakimiyyət   üçün   bunun   özü   həmçinin   bir   nəzarət   vasitəsidir.   Belə   vasitələr 

diktatorluq   rejimi   ilə   oxşar   olduğuna   görə   çox   narahatçılıq   doğuran   bir   hal   hesab   olunur. 

Əlbətdə, hakimiyyətdən yaxşı mənada da istifadə edilə bilər, lakin bu istisna hallarda baş verə 

bilir. Real həyatda isə hakimiyyətin dünyada qeyri- etik məqsədlərə görə istifadə olunmasına 

çox rast gəlinir. 

Hakimiyyətlə   problem   onu   olduğu   kimi   yəni,   təbii   görmək   istədikdə   yaranır.   Əgər   sən   öz 

gücünü artıra bilərsənsə onda bu sənin və sənin ailənin də persepektivinin inkişaf etməsi 

deməkdir   və   buna   görə   heç   bir   təbii   məhdudiyyət   də   olmayacaq.     Elə   ki,   insanlar   güc 

toplamağa başladılar, o zaman onlar bundan da artıq olmasını istəyirlər. 

Bu   cürə   halları   hakimiyyətdə   müşahidə   etmək   çətin   deyil.   Hakimiyyət   bir   sıra   məlum 

-15-



öhdəçiliklərə malikdir və onun belə fəaliyyəti isə bir əsaslandırılımış həddə məhdudlaşmalıdır. 

Lakin onun özünün təbii meyilliliyə malik olmasını bizim siyası liderlərimiz hamımıza və hər 

şeyə ağalıq etmək kimi başa düşürlər. 

Hakimiyyətin müxtəlif formaları, istinadları və istiqamətləri mövcuddur. Bunlar hərbi hakimiyyət 

(güc vasitəsilə), siyası (bura güc və həmçinin siyasət və digər mexanizmlər aiddir), qanuni 

(qərarlar   və   məhkəmələr),   iqtisadi   (hakimiyyətin   pulla   alınması)   və   psixoloji   hakimiyyətdir 

(bunlar psixi manipulyasiyalar vasitəsilə əldə edilir). 

Bundan   əlavə,   müxtəlif   fərqli   hakimiyyətlər   də   vardır.   Mütləq   hakimiyyətdə   öldürməyə   və 

həmçinin   insanlara   psixoloji   manipulyasiyalar   vasitəsilə   intihar   elətdirilməsinə   də   imkan 

yaradılır. (İslam ekstremizminin şərtlərinə görə fərdlər inandırılır ki, həm özləri şəhid olmalı və 

həmçinin də digər insanları öldürmək üçün intihara cəlb etməlidirlər). 

Manipulyasıyanın   belə   forması   fərdlərin   azad   istəklərini   o   dərəcədə   sarsıdır   ki,   onların 

həyatda sağ qalması və həmçinin zərər verməmək üçün şəxsi etikası da instinktə əsaslanır.

Mütləq   hakimiyyətin   digər   forması   insanların   kölə   gününə   salınmasıdır.   Bu   məqsədlə   biz 

dünyaya nəzər salsaq bir çox insanların müxtəlif vəziyyətlərdə hakimiyyət tərəfindən bu cürə 

idarə   olunduğunu   görərik.   Köləliyin   və   qurbana   çevrilmənin   də   hal-hazırda   müxtəlif   çoxlu 

formaları var.

Hakimiyyətdə  vərdişə meyillilik də vardır. Siz bir az nəsə əldə etdikdən sonra onu heç vaxt 

əlinizdən vermək istəmirsiniz. Bunun əsas səbəbi pisixoloji məsələdir. Hakimiyyət  sizin öz 

təbii şəklinizi dəyişdirir. Hakimiyyətə sahib olmaq insanlara öyrədir ki, onlar çox lazımlı sima 

kimi özlərini vacib saysınlar. Bu onların niyə belə fərqli olmasının əsas tərəflərindəndir. Əgər 

onlar güclərini itirsələr onda gərək bu cəhətlərini də tərgidələr.  

Bu fərdlər üçün belə aqibətlərindən biri budur ki, onlar hər zaman güclərini itirməmək barədə 

düşünürlər, daha çox tərs və fanatik olurlar. 

İnsanların  hakimiyyətlərini   niyə  itirmək  istəməmələrinin  səbəbi  qanunda   əhəmiyyətli   hesab 

oluna biləcək maliyə korrupsiyası ilə əlaqəlidir və həmçinin bununla da öz gəlirlərini itirmə 

ehtimalının  olmasıdır.  Bir  sözlə  korrupsiyalaşmış   hakimiyyət   işin  mahiyyətini   də  dolaşdırır. 

Liderlər   təkcə   cəmiyyətə   xidmət   etməklə   fəaliyyət   göstərmirlər,   onlar   həmçinin   öz   şəxsi 

maraqlarını da təmin edirlər, lakin belə işlər onları zaman-zaman çətin vəziyyətlərə salır.

Hakimiyyət   barəsində   son   olaraq   onu   demək   olar   ki,   əgər   o,   istifadə   olunmursa   və   ya 

hakimiyyət  nümayənədələrinin əksəriyyəti  ona inanmırsa onda o heç nədir. Əgər sən ona 

maliksənsə   gərək   nə   etdiyini   hamının   bilməsinə   də   imkan   verəsən   və   ən   gözəl   yol   bunu 

mükəmməl olaraq  yerinə yetirmək olardı ki, insanlar da sənin necə bir gücə malik olduğuna 

inansınlar. 

Hakimiyyət cəmiyyətdəki fərdlərlə və sosial institutlar arasında bir balansı vardır. Cəmiyyət 

üçün bu o deməkdir ki, hamı bərabər olduğu üçün bizim bərabər gücümüz var və ya bərabər 

olmalıdır. Demokratiyada bu hakimiyyət dövlət institutlarına istiqamətlənərək səs verməkdən 

-16-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə