Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Cədvəl 9. Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan çirkləndirici maddələr



Yüklə 48,48 Kb.
səhifə7/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

Cədvəl 9.
Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan çirkləndirici maddələr (min ton)

İllər

Atmosfer havasına atılan çirkləndirici maddələr-
Cəmi

O cümlədən:

Bərk maddələr

Qazaoxşar və maye maddələr

Onlardan:

Kükürd
Anhidridi
(SO2)

Karbon oksidi
(CO)

Azot oksid-ləri
(NO2)

2005

557,9

28,2

529,7

13,8

26,1

25,8

2006

344,2

23,7

320,5

12,4

16,0

29,3

2007

385,9

28,4

357,5

9,2

25,3

23,1

2008

295,0

31,3

263,7

8,0

37,4

33,6

2009

300,0

19,8

280,2

4,3

27,6

24,2

2010

214,8

19,3

195,5

2,2

27,2

19,8

2011

224,0

18,0

206,1

2,7

33,5

21,3

2012

226,5

9,9

216,6

3,3

34,9

23,7

Atmosfer havasının çirklənməsinin qiy­mət­ləndiril­mə­­si tədqiqat ərazisində hava hövzəsinin çirklən­mə­si­nin hər­­tərəfli hesablanmasına (qeydiyyatına) əsas­la­nır; bu, bir­­başa (bilavasitə) dolayı yolla və indikator meyarları ilə səciyyələnir.
Birbaşa (bilavasitə) meyarına geohidrokimyəvi, geo­­­di­namiki, tibbi sanitariya və ehtiyat meyarları da­xil­dir.
Geohidrokimyəvi meyar qrupu geosferin kim­yə­vi, m­e­xaniki, radionuklid çirklənməsini, tibbi-sanitar me­ya­rı ilə bakterioloji çirklənmənin qiymətləndiril­mə­si­nə im­kan verir. Geodinamik meyar qrupu geosfer sahə­si­nin tə­­bii və antropogen geoloji proseslərlə pozulma­sı­nın (zə­­dələnməsinin) qiymətləndirilməsi ilə əlaqədardır, eh­ti­yat meyarı isə biotanın, o cümlədən insan cəmiy­yə­ti­nin nor­mal yaşaması üçün lazımi sərvətlərin qiy­mət­lən­di­ri­l­mə­si ilə əlaqəlidir.
Dolayı meyarlarla qiymətləndirmə geosferin (tə­bii mü­­hitin komponentlərinin) müasir vəziyyətini həm-hü­dud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və bit­­ki örtüyü və s.) qiymətləndirilməsi meyarı vasitəsilə qiy­­mətləndirməyə kömək göstərir.
İndikator (indiqasiya) meyarı ilə qiymətləndirmə bir qayda olaraq bu və ya digər geosferin ümumi vəz­iy­yə­­tini göstərir.
Qiymətləndirmənin birbaşa (bilavasitə) meyarı. Ha­va hövzəsinin çirklənmə vəziyyətinin əsas meyarı in­sa­­nın sağlamlığına mənfi təsir göstərən zərərli mad­də­lə­rin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yol ve­ri­­lən konsentrasiyanın ölçüsü hesab edilir.
İl ərzində Yerin atmosferinə daxil olan antropogen mən­­­şəli aerozolun ümumi miqdarı 60 milyon ton ­qiy­mət­ləndirilir. ABŞ, xarici Avropa, Rusiya turşulu ya­­ğın­­­tıların əsas yayılma regionlarıdır. Lakin son za­man­­lar onlara Yaponiya, Çin, Braziliya, Hindistan və bə­­zi baş­­qa ölkələrin sənaye rayonlarında da rast gəlinir. Sta­­­tis­tikaya əsasən, sulfat dioksidinin kon­sentrasiya sə­viy­­yə­sinə görə ilk onluğa aşağıdakı şəhərlər daxildir: Teh­­ran, Rio-De-Janeyro, İstanbul, Moskva, Pekin, Ka­to­­vit­se, Tyant­szin, Mexiko, Qahirə və Seul. Azot ok­si­di­nin kon­sent­rasiya səviyyəsinə görə ilk onluğa isə aşa­ğı­da­kı şə­hər­lər daxildir: Livan, Mexiko, Sofiya, Pekin, Kor­dova, San-Paulu, Santyaqo, Katomitse, Nyu-York və London. Tur­şulu yağıntıların yayılması xarakterik coğ­rafi hadisə ilə əlaqədardır. Onu adətən trans­sərhədlilik adlan­dırır­lar. Bu özünü onda göstərir ki, tur­şu­lu yağıntıların ya­ran­­ma və yağma rayonları arasında mə­safə yüzlərlə və min­­lərlə ola bilər. Belə ki, Skan­di­na­vi­yanın cənub his­sə­­sin­də yağan turşulu yağışların əsas sə­bəbkarı Böyük Britaniyanın, Belçikanın, Hol­lan­di­ya­nın, AFR-in sənaye ra­y­onlarıdır. Kanadanın Ontario və Kva­ker bölgələrində bu cür yağışlar ABŞ-ın qonşu ra­yon­larından gəlir. At­mosferin çirklənmədən və xüsusilə də zəhərlənmədən mü­­hafizəsi ilə bağlı tədbirlər uzun müd­dətdir ki, ap­a­rı­lır. Əvvəl turş sulu yağıntılarla mü­ba­rizə məqsədi ilə İES-lə­­rin tüstü bacalarını hündür tik­mə­yə başladılar. La­kin təcrübə göstərir ki, bu üsulla yal­nız ətraf əraziləri zə­­rərli maddələrdən qorumaq mümkün olur. Məs: 100m hün­dürlüyü olan baca tüstünün ya­yıl­ma radiusunun 20 km-ə qədər artırır. Atmosfer ha­va­sı­nın çirklənməsindən də­yən iqtisadi ziyan aşağıdakı xərc­­lərin cəmindən əmələ gə­lir: xəstələnmələrin artması nə­­ticəsindəki xərclər, əsas fond­­ların təmirinin sayının art­ması, onların xidmətinin azal­­ması, kənd təsərrüfatı tor­paqlarının məh­sul­dar­lı­ğı­nın azalması, meşələrin məh­sul­larının azalması və s. Bu ya­naşma çoxlu miqdarda il­kin informasiya tələb edir və iq­tisadi ziyanı daha dəqiq tə­yin edir.



Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə