Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Atmosfer havasının çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması



Yüklə 48,48 Kb.
səhifə6/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

3. Atmosfer havasının çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması

Atmosferin yerüstü qatının müxtəlif qaz və aero­zol­larından ibarət atmosfer havası Yer üzərində olan bü­tün canlıların varlığının ən vacib şərtdir. Onun təsir gücü in­san və bütün canlı aləmlə məhdudlaşmır. O, yerin tor­paq-bitki örtüyünə, hidrosferə, geoloji mühitə, elecə də müx­təlif texnogen obyektlərə (binalara, qurğulara və. s) güc­lü təsirə malikdir. Atmosferin çirklənməsi dedikdə, onun qaz balansını pozan müxtəlif fikizi və kimyəvi mad­də və birləşmələrin atılması başa düşülür. Bu ətraf tə­bii və texnogen mühitə son dərəcə mənfi təsir edir.


Atmosferi çirkləndirən bütün mənbələr iki his­səyə bö­lünür: təbii və antropogen. Atmosferin təbii çirk­lənmə­­si vulkan püskürməsi, tozlu qasırğalar və kos­mik to­zun ona düşməsi nəticəsində baş verir. Bu halda əsas rol Ye­­rin vulkanik və fulid fəallığa məxsus olmasıdır. İri vulkan püs­­kürmələri zamanı atmosferə (aşağı qatlarla bərabər üst qatlara da) böyük həcmdə qaz və kül atılır. Hava axın­­ları isə onları böyük məsafədə yayırlar və onun tə­si­ri bəzi vaxtlar bir neçə il hiss olunur. Buna misal olaraq bü­­tün tarixdə ən güclü vulkan 1883-cü ildə püskürən Kra­­katau vulkanı olub. Bu vulkan o qədər güc­lü olub ki, onun sahəsi 4800 km uzaqlıqda, Hind okeanında eşi­di­lib. Vulkanik külün xırda və bərk hissə­cikləri təxminən 20 km hündürlüyə 75 milyon kub metr məsafəyə atı­lıb. Bu kül sonrakı aylarda bütün yer kürə­sini, əsas eti­ba­rı ilə orta en dairəsi qurşağını əhatə edib. Bu cür fəlakətli püs­­kürmələr indi də baş verir. XX əsrin 90-cı illərin əv­və­­l­ində Filippində Pinatubo və Çilidə Xod­son Vul­ka­nın püskürməsi buna misal ola bilər. Sa­xa­ra səhrasının üzə­­rində yaranan toz buludları, sonra şərqi və şimali şər­­qi küləklərlə bütün Qərbi Afrikaya yayılıb. At­mos­fe­rin antropogen çirklənmə mənbələri da­ha çoxdur. Onun vu­r­d­uğu zərər daha güclü olur. At­mos­fer çirkənməsinin əsas mənbələrinə aşagıdakılar aiddir. İstilik energeti­ka­sı, metallurgiya, kimyəvi və neft–kim­yə­vi, sellüloz-ka­ğız sənayəsi, inşaat sənayəsi, avtomo­bil nəqliyyatı və s. İn­­san fəaliyyətinin nəticəsində çirkləndi­rici maddələr at­mos­­ferə əsas iki şəkildə aero­zol və qaz halında olan müx­təlif maddələr olur. Aerozol çirk­lənmə bu, at­mos­fe­rin iri və xırda hissəli dispersiya ha­lında olan bərk və ma­ye maddələrlə çirklənməsidir.

Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə