Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Adətən ziyanın aşağıdakı strukturunu



Yüklə 48,48 Kb.
səhifə2/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

Adətən ziyanın aşağıdakı strukturunu qeyd edirlər:

  1. əhalinin sağlamlığına;

  2. kommunal və məişət təsərrüfatına;

  3. kənd və meşə təsərrüfatına;

  4. nəqliyyata, sənayeyə;

  5. digər sahələrə dəyən ziyanlar. Hər bir lokal zi­yan ayrılıqda təyin edilir, sonra isə toplanır.

Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların top­lan­ması metodu adlanır, yaxud da birbaşa hesablanır. Bu halda hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil edir:

  1. maddələrin çirklənmə mənbəyindən atılmasının (axı­dılmasının) təyini;

  2. qarışıqların qatılığının atmosferdə (su höv­zə­sin­də) müəyyən edilməsi;

  3. natural ziyanın təyini;

  4. iqtisadi ziyanın təyini.

Təbiətin mühafizəsi iki hissədən ibarətdir – 1) komp­leks və 2) yerli. Kompleks mühafizədə tədbirlərin mər­kəzləşdirilməsi nəzərdə tutulur. Torpağın su və kü­lək eroziyasından qorunması üçün kompleks tədbirlər gö­rülməlidir. Yerli mühafizə isə hər hansı bir arzu­edil­məz, gözlənilməz və ya baş verə biləcək hadisənin qa­baq­cadan qarşısını almaq məqsədini güdür. Kənd tə­sər-rü­­fatında bitki ziyanvericilərinə və xəstəliklərinə qarşı bio­loji mübarizənin gücləndirilməsi üçün tədqiqat işləri ge­nişləndirilir. Havanın, torpağın, suyun, heyvan və bit­ki aləminin mühafizəsi məqsədilə, təsərrüfatlarda zə­hər­li kimyəvi maddələr və gübrələr tətbiq edilən zaman möv­cud tövsiyələrə və qaydaların düzgün yerinə ye­ti-ril­məsinə nəzarət olunur. Sənaye tullantıları qismən bio­l­oji konservasiya üsulu ilə zərərsizləşdirilir. Bütün bu təd­birlərin həyata keçirilməsi dövlətin kapital qoyuluşu he­sabına aparılır. Son illərdə yaradılmış Azərbaycan Eko­logiya və Təbii Sərvətlər Nazirliyi bu problemlərin həl­lində xüsusi rol oynayır. Bununla yanaşı təbiətin mü­ha­fizəsi məsələlərinə Kənd Təsərrüfatı Nazirliyi, Sə­hiy­yə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Da­xili İşlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı S.C., Azərbaycan Respublikası Elmlər Akademiyası və s. nə­zarət edir. Müxtəlif kanallarla kapital qoyuluşları he­s­abına yeni meşə zolaqları salınır, nadir bitki və hey­van­ların qorunması, artırılması işləri aparılır. Su höv­zə­lə­ri yaratmaqla balıqçılıq inkişaf etdirilir, torpaqların ero­ziyasının qarşısının alınması üçün müxtəlif tədbirlər sis­t­emi işlənib həyata keçirilir. Həmçinin, dövlət şoran və şorakət torpaqların zərərli maddələrdən təmizlənməsi üçün böyük məbləğdə kapital qoyuluşu tədbirləri aparır, tor­paq və bitki örtüyünün bərpasına şərait yaradır. Ətraf mü­hitin qorunması və onun sənaye tullantılarından mü­ha­fizə olunması üçün təkrar məhsulun (sənaye tullantısı) ema­lı müəssisələri yaradılır, yeni texnika və texnologiya alı­nıb istehsalata tətbiq olunur. Bütün bunlar ətraf mü­hi­t­in çirklənməsinin qarşısının alınmasına, onun bərpa olun­masına şərait yaradır.
Dünya miqyasında təbiətin ən nadir elementlərinin (okean­ların, dəniz və göllərin, çayların, meşələrin, başqa mən­bələrin) qorunması və ondan səmərəli istifadə olun-ma­sı üçün müqavilələr bağlanır. Hesablamalar göstərir ki, təkcə 1970-ci ildə hasil olan neftin (2200 mln. ton) 10 min tonu okean və dənizlərə tökülmüşdür. Hər il də-niz və xeyli həcmdə okean suları çirklənir. Təbiətin qo­run­­masının qlobal problemlərindən biri də atom və nüvə si­l­ah­larının sınaqdan keçirilməsinin qarşısının alın­ma­sı­dır, bu sahəyə yönəldilən kapital qoyuluşlarının azal­dıl­ma­sıdır. Göstərmək lazımdır ki, strateji silahların 60-70% azaldılması və bu vəsaitin inkişafda olan ölkə­lə­rin iq­­tisadiyyatına yönəldilməsi onların dirçəlməsinə xid­mət edə bilər. Həmin xərclərə sərf edilən vəsait, iqlimin sağ­lamlaşdırılmasına və təbiətin mühafizəsinə sərf edil­sə, təbiət gözəlləşər, insanların rifahı yaxşılaşır, aclıq və bir çox xəstəliklərin qarşısını almaq problemi həll edilər.



Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə