Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi



Yüklə 48,48 Kb.
səhifə5/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

U= ΣiUt = ΣXtPt

Burada Ut – i amilinin dəyişməsi ilə meydana çı­xan iqtisadi zərər;


Xti amilinin natural həcmi;
Pt – i amilinin pulla dəyəri.
Təbiətin mühafizəsi üçün iqtisadi tədbirlərin mü­hüm məsələlərindən biri ekoloji itkinin minimuma en­di­ril­­məsidir. Hazırda ekoloji təsiri qiymətləndirməyə im­kan verən bir sıra üsullar mövcuddur.
Onlar iki istiqamət üzrə daha ətraflı işlənib ha­zır­lan­­mışdır:

    1. əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün mövcud (bazar) qiymətlərindən istifadə;

    2. birbaşa xərclərin kəmiyyətindən istifadəyə əsas­­la­nan qiymət.

Birinci üsulda göstərilən istiqamətlər üzrə ekoloji və­­ziyyət və ekoloji itkiləri əks etdirən natural gös­tə­ri­ci­lə­­ri hesablamaq mümkündür. Bu istiqamətlərin əsas üs­tün­­l­üyü, əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün bazar qiymətlərindən istifadənin mümkünlüyüdür.
Atmosferin qaz tərkibinin dəyişməsi, dünya okean­la­rı­­nın çirklənməsi, energetika problemi, əhalinin ərzaq məh­­sullarına, mineral maddələrə tələbatının ödənilməsi və s. əsas problemlərdəndir.
Təbiətdə baş verən dəyişiklikləri, əmələ gələcək pro­blemləri nisbətən yumşaltmaq və tənzimləmək məq­sə­dilə ondan istifadəni proqnozlaşdırmaq vacib şərt­lər­dən­dir. Təbiətdən istifadəni əvvəlcədən proq­noz­laş­dır­maq lazımdır. Çünki, bunu etməklə, təbii ehtiyatlardan ar­dıcıllıqla, səmərəli istifadəyə şərait yaradar, ətraf mü­hi­tə dəyən zərəri azalda bilərik. Həmçinin, bu yolla ha­vanın, suyun, torpağın çirklənməsinin qarşısı nisbətən alı­nar, ekoloji cəhətdən təmiz məhsul istehsalına şərait ya­ranar.
Təbiəti mühafizənin proqnozlaşdırılması hazırda və gələcək inkişafda təbii sərvətlərdən səmərəli və düz­gün istifadəyə, ətraf mühitin zərərli maddələrlə çirk­lən­mə­sinin qarşısını almağa şərait yaradan əsas amillərdən he­sab olunur.
Hazırda elmi-texniki tərəqqinin inkişafı, onun is­teh­salata tətbiqi, yeni torpaq sahələrinin, meşə mas­siv­lə­ri­nin, su hövzələrinin istehsal dövriyyəsinə cəlb olun­ma­sı ətraf mühitin fəal qarışıqlarla çirklənməsini sü­rət­lən­dirir. Son illərdə kənd təsərrüfatında gübrələrdən zə-hə­rli kimyəvi maddələrdən səmərəli istifadə olun­ma­ma­sı üzündən torpaq örtüyü müxtəlif dərəcədə eroziyaya uğ­ramış, şorlaşmış, qrunt suları kimyəvi maddələr ar­tı­ğı­na məruz qalmışdır. Ona görə də hazırkı şəraitdə tə­biə­tin zərərli maddələrlə çirklənməsinin qarşısının alın­ma­sı vacib olmaqla, proqnozlaşdırma yolu ilə müəyyən təd­birlər sisteminin işlənməsi və tətbiqi mühüm əhə­mi­y­yət kəsb edir. Təbiəti mühafizə tədbirlərinin proqnoz­laş­dı­­rılması məsələləri öyrənilərkən bir sıra amillərə xüsusi diq­qət yetirilməlidir. Çirklənmə nəticəsində ziyan aşa­ğı­da­kı səbəblərdən əmələ gəlir: torpaqdan istifadə me­tod­la­rının tətbiqi; gübrələrin istifadəsi və tətbiqi; bitki xəs­tə­liklərinə və ziyanvericilərinə qarşı işlədilən zəhərli kim­yəvi maddələrin tətbiqi; heyvandarlıqda təbiəti mü­ha­fizəsi tədbirlərinin olmaması; sənaye müəssisələrinin is­tehsal təyinatından asılı olaraq düzgün yer­ləş­di­ril­mə­mə­si; bir çox sənaye müəssisələrində tullantısız texnologiyanın tət­biq edilməməsi; istehsal tullantılarının təkrar emal edil­mə­məsi; faydalı qazıntılardan istifadənin proq­noz­laş­dır­ıl­ma­­ması və s.
Bununla yanaşı, təbiətin mühafizəsi və sağ­lamlaş­dı­rılmasını proqnozlaşdırmaq məqsədilə aşağıdakı təd­bir­lərində həyata keçirilməsinə xüsusi əhəmiyyət ve­ril­mə­lidir: torpağın, su və külək eroziyasından qorunması üçün aqrotexniki, hidrotexniki, aqromeşə-meliorasiya təd­birlərinin işlənib hazırlanması və həyata keçirilməsi.
Kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və xəs­təliklərinə qarşı bioloji mübarizənin gücləndirilməsi üçün tədqiqat işlərinin genişləndirilməsi. Havanın, tor­pa­ğın, suyun, heyvan və bitki aləminin mühafizəsi məq­sə­dilə zəhərləyici maddələrdən istifadə məqsədilə töv-si­yələrin işlənib hazırlanması və tətbiqi. Sənaye tul­la­n­tı­la­rının bioloji konversasiya üsulu ilə zə­rər­siz­ləş­di­ril­mə­si, hər bir regionda nadir bitki, heyvan növlərinin sax­lan­­ması üçün müvafiq tədbirlər sisteminin işlənilməsi, ma­ye yanacaqdan istifadənin yaxşılaşdırılması və onun ət­raf mühitə buraxdığı zərərli qazların minimuma en­di­ril­məsi üçün tədbirlərin işlənilməsi. Bərk yanacaqdan is­ti­fadənin səmərəli formalarının tədqiq olunması. Təbiəti mü­hafizə tədbirlərinin proqnozlaşdırılması fəal qa­rı­şıq­la­rın artmasının qarşısını alar, onun ətraf mühitə təsirini zəiflədə bilər, ona görə də bazar iqtisadiyyatının hazırkı mər­hələsində təbii ehtiyatlardan istifadəyə, onun mü­ha­fi­­zəsi məsələlərinə xüsusi əhəmiyyət verilməlidir.



Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə