Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Cədvəl 10. Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini xarakterizə edən əsas göstəricilər



Yüklə 48,48 Kb.
səhifə10/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

Cədvəl 10.
Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini xarakterizə edən əsas göstəricilər




2005

2009

2010

2011

2012

Təbii mənbələrdən gö­tü­­­­­rü­lən su, mln.m3

12050

11425

11566

11779

12484

Su istehlakı, mln.m3

8607

7639

7715

8012

8249

Təmizlənməmiş çirkab su­­la­rın sututarlara atıl­ma­­sı, mln.m3

161

171

164

223

220

Atmosfer havasına atı­lan çirk­ləndirici mad­də­l­ər - cəmi, min ton

1054,3

997,0

956,8

1003,1

1075,8

O cümlədən:
Stasionar mənbələrdən

557,9

300,0

214,8

224,0

226,5

Avtomobil nəqliyyatından

496,4

697,0

742,0

779,1

849,3

Yaranmış istehsal və is­teh­lak tullantıları, min ton

2572

2284

2282

2790

3097

İstifadə edilmiş və zə­rər­­siz­ləşdirilmiş is­teh­sal və istehlak tullan­tı­la­rı, min ton

771

503

476

572

665

5. Torpaq ehtiyatlarının vəziyyətinin pozulmasının və çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin olunması


Torpaq, su ehtiyatından istifadə prosesində tex­­no­lo­j­i rejimlərə əməl edilməməsi, məsələyə birtərəfli ya­na­şılması nəticəsində kənd təsərrüfatında həm nəzərdə tu­tulandan az məhsul istehsal edilir, həm də ekoloji ta­raz­lıq pozulur. Gübrələnmə, xəstəliklərə və zi­yan­ve­ri­ci­lə­rə qarşı işlədilən zəhərləyici kimyəvi vasi­tələr bir tə­rəf­dən məhsul istehsalının artırılmasına, onun mühafizə olun­masına imkan yaradır, digər tərəfdən tor­pa­ğın, ətraf mü­hitin çirklənməsinə səbəb olur. Ya­xud, torpaqların me­liorasiya məqsədilə Respublikada sərf olunan mil­yard manatlarla vəsait bir çox re­gion­larda ekoloji şərait nə­zərə alınmadığına və işlər (təd­bir­lər) aşa­ğı key­fiy­yət­də aparıldığına görə az fayda verir. Bəzi hallarda isə me­liorasiya nəticəsində torpaqlar şor­la­şır və ba­taq­lıq­la­şır.
Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsi me­yarının seçilməsi onun yerləşmə spesifikası, genezisi, həm­çinin istifadə xüsusiyyəti ilə təyin edilir.
Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji uğur­suzluq dərəcəsinin əsas göstəriciləri fiziki deq­ra­da­si­ya, kimyəvi və bioloji çirklənmə meyarları hesab olu­nur.
Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri tor­pağın deqradasiyası (eroziya, deflyasiya, təkrar şor­laş­ma, şorakətləşmə, bataqlaşma) nəticəsində is­ti­fa­də­dən çıxmış torpaq sahələri hesab edilir. Neqativ pro­ses­lər (açıq üsulla faydalı qazıntıların əldə olunması və ti­kin­ti işləri; insan tərəfindən törədilən su eroziyası və defl­yasiya) torpaq horizontlarının dağılmasına səbəb olur, bu proses də torpağın deqradasiyası meyarı və­zi­fə­si­­ni görür. Torpağın strukturunun dağılması və bərkimə pro­­sesinin inkişafı onun kipliyini artırır, bu da torpağın deq­­radasiyası göstəricisinin mühüm meyarıdır.
Fitotoksiklik torpağın çirklənməsinin kompleks gös­təricisi sayılır – çirklənmiş torpağın xassələri to­xu­mun cücərməsini, ali bitkilərin böyümə və inkişafını lən­gidir (sıxışdırır). Buna test göstərici deyilir.
Torpaq mikroorqanizmlərinin həyat fəaliyyətinin aşa­ğı düşməsi bioloji deqradasiyanın əlaməti sayılır.
Torpaqda çirkləndirici maddələrin YVK-nın artma tək­rarı çox olarsa, onların mütəhərrik formalarına görə qiy­mətləndirmək lazımdır.
Ekspert qiymətləndirməyə görə ekoloji fəlakət əra­zi­si üçün məhsuldarlığın azalması 75%-dən artıq, eko­lo­ji böh­ran ərazisi üçün isə 50.....75% qəbul olunması tək­lif edi­lir (həmin ərazi və bitki üçün kompleks aqro­tex­ni­ki və aqro­kimyəvi tədbirlərin yerinə yetirilməsi şərai­tin­də).
Keyfiyyətə görə normativ tələbata uyğun gəlmə­yən məh­sulun bir hissəsi (pestisidlərin qalıq miqdarı, tok­siki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öy­rə­nilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları) çirk­lənmə dərəcəsinin indiqatorunun əlavə göstəricisi sa­yılır.
Torpağın vəziyyəti haqqında məlumat əsas gös­tə­ri­cilər və çirkləndirici maddələrin tərkibi üzrə in­for­ma­si­ya­nı əks etdirən ətraflı tematik kartoqrafik materiallar şək­lində təqdim edilməlidir.
Cəmiyyət ilə ətraf mühit arasındakı qarşılıqlı mü­na­sibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən is­­tifadə etməklə bərabər atmosferin, suyun, havanın, tor­pağın və s. çirklənməsinin qarşısını alan kompleks təd­birlər görülməlidir. Əgər əkin dövriyyəsinə əv­vəl­lər­də istifadəsi mümkün olmayan yeni torpaqlar cəlb edi­lir­sə, əvvəlcə həmin torpaqların yaxşılaşdırılması üçün el­mi cəhətdən əsaslandırılmış meliorasiya işləri apa­rıl­ma­­lıdır ki, ətraf mühitə ziyan dəyməsin, yeni meşələrin qı­rılmasına ehtiyac qalmasın, heyvanat aləmi da­ğıl­ma­sın, qrunt sularının səviyyəsi qalxmasın və s.
Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə mən­fi təsir edən amillərdən biri də torpaqdan, sudan, me­şədən, mi­neral maddələrdən istifadə işində müəs­si­sə­lə­rin iqtisadi mara­ğının olmaması və bu səbəbdən tə-sər­rüfat fəaliy­yətində biganəliyə, məsuliyyətsizliyə yol ve­ril­məsidir.


Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə