Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Təcrübənin nəticəsindən asılı olaraq empirik üsul



Yüklə 48,48 Kb.
səhifə4/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

Təcrübənin nəticəsindən asılı olaraq empirik üsul öy­rənilən resipiyentin (zərər çəkənin) göstərici­lə­rinə tə­sir edən müxtəlif mühüm amillərin (ətraf mühi­tin çirk­lən­mə səviyyəsi daxil olmaqla) həqiqi qiymətlə­rinin sta­tis­tik təhlil olunmasına əsaslanır. Bu üsuldan is­tifadə olunması bəzi amillər nəzərə alınmaqla zə­rər çəkənin vəziyyəti ilə çirklənmə səviy­yəsi arasında empirik asılılığın alınmasına imkan verir.
Kombinasiya edilmiş (birləşdirilmiş) üsul ləğv et­mə üsuluna əlavə kimi, natural zərərin, çirklənməyə tə­sir edən amillərin təsirindən asılılığı zama­nı, nə­ticələrin araşdırılması zamanı istifadə olu­na bi­lər.
Birincisi belə bölgü çox mühüm çirkləndirici amil­lə­rin zərərə təsirini aşkar etməyə, ikincisi, antropogen yük­lərin ətraf mühitə təsirin perspektiv dəyişikliklərini nə­zərə almağa, müvafiq olaraq qəbuledicinin təsirlərlə əlaqədar vəziyyətini öyrənməyə imkan verir.
Zərərin (itkilərin) birbaşa hesablanma üsulu hər bir zə­rər görmüş sahənin çirklənməsinin bütün əla­mət­lə­ri­nin dəqiq və konkret olmaqla onların həm də iq­tisadi qiy­mətləndirilməsini əhatə edir.
Ətraf mühitin çirklənməsindən yaranan zərərin iq­ti­sadi qiymətləndirilməsi üsulları natural zərəri əv­vəl­cə­dən qiymətləndirmədən aşağıdakı hesablama prinsi­p­lə­ri­nə ayırmaq olar:

  1. normalaşdırma üsulları;

  2. analitik üsullar;

  3. müqayisə etmə üsulları.

Normalaşdırma üsullar qrupu xalq təsərrüfa­tın­da, ya­xud onun ayrılıqda sahələrinin (zərər verənin) çirklənmədən də­yə­n zə­rərin orta miqdarının elmi səviyyədə tədqiq edil­mə­si və mü­vafiq olaraq zərərin orta qiymətinin iqtisadi qiy­mət­lən­dirilməsinin qabaqcadan öyrənilməsindən iba­rət­dir.
Alınmış orta göstəricilər normalar kimi təsdiq olu­nur­lar. Bütövlükdə düzəliş əmsalları şəklində ödənilən zə­rərin miqdarının təyin olunmasında əmək tutumlu nə­ti­cələrin qiymətləndirilməsində istifadə olunurlar.
Analitik üsullar qrupu iqtisadi zərərlə çirk­lən­mə­­nin xarakteristikası arasında əlaqə analitik asılılığın olması ilə əlaqədardır. Bu və ya hər hansı başqa yaxınlaş­ma­dan is­tifadə olunması zərərin təyin olunmasının konkret məq­sədindən asılıdır (o cümlədən hüquqi sub­yekt­lərin qar­şılıqlı əlaqələrinin vəziyyətindən).
Bazar iqtisadiyyatı ölkələrində ətraf mühitin çirk­lən­məsindən yaranan zərərin iqtisadi qiy­mət­lən­diril­mə­sin­də çox vaxt müqayisə üsulundan istifadə olunur. Bu üsul­lar istehlakçının pul vəsaitinə əsaslanır və ona görə də onlara ətraf mühiti çirkləndirməyə imkan verilmir. Adə­tən bu halda aşağıdakı iki metodoloji yaxınlaşma tət­biq olunur:

  1. ətraf mühitin yaxşılaşdırılması üçün isteh­lak­çı­nın ödəməyə hazırlığının qiymətləndirilməsi (İÖH);

  2. ətraf mühitin pisləşməsi ilə istehlakçının ra­zı­laş­­masının hazırlığının qiymətləndirilməsi (İRH).

Ətraf mühitin çirklənmə səviyyəsinin yüksəlməsi sənayecə inkişaf etmiş regionlarda əhali, meşə, kənd tə­sər­rüfatı bitkiləri və heyvanat aləmi, su və meşə təsərrüfatı üçün ciddi təhlükə törədir. Heyvanın, suyun, torpağın zə­hərlənməsi müxtəlif (angina, bronxit, qrip, xərçəng, mə­də, ciyər və s.) xəstəliklərin əmələ gəlməsinə, onun il­dən ilə kəskin surətdə artmasına, bitki örtüyünün azal­ma­sına səbəb olmuşdur. Hazırda xərçənglə xəstələnmə hal­­ları XX əsrin əvvəli ilə müqayisədə on dəfədən çox art­mışdır. Bu insanların təbii ehtiyatlardan səmərəsiz is­ti­fadə etmələri, ətraf mühitə daha çox müxtəlif tul­lan­tı­la­r, xüsusilə də tüstülü qazların atmaları hesabına baş ver­mişdir. Coğrafiyaşünasların məlumatına görə in­san­lar yer kürəsi ərazisinin 60 %-dən çoxunu istismar edir­lər. Çay axarının 20 %-dən, meşə ehtiyatlarının isə 70%-ə qədərindən istifadə olunur. İnşaat və mədən işləri nə­ticəsində hər il 4000 km3 süxur və qrunt, yerin tər­ki­bin­dən ildə 120 milyard tondan çox faydalı qazıntı (neft, qaz, daş kömür və s.) çıxarılır və 7-8 mlrd. ton şərti y­a­na­caq vahidi yandırılır. Yeraltı sular intensiv surətdə is­ti­fadə edilir, göllər qurudulur.
Bunlar isə yer səthinin qarşısıalınmaz çökmələrinə, sü­rüşmələrə səbəb olur. İnsanın təsərrüfat fəaliyyəti sa­yəsində su hövzələrinə milyard tonlarla sənaye-məişət çir­kab suyu axıdılır, ildə 800 mln. ton müxtəlif metallar əri­dilir, tarlalara 300 mln. tondan çox mineral gübrə, 4-5 mln. tona qədər zəhərli maddə səpilir, hər il atmosferə 23 mlrd. tondan çox karbon qazı, 1 mlrd. tondan çox kim­yəvi maddələr buraxılır. Hesablamalara görə 50-100 il­­dən sonra çaylara axan bütün sular, artan sənaye əhə­miy­­yətli balıqlar, habelə meşələr tam istifadə edi­lə­cək­dir.
100-200 ildən sonra isə ətraf mühitə daxil olan ener­jinin miqdarı günəşdən gələn radiasiyanın miq­da­rı­na bərabər olacaqdır. Energetikanın hazırki inkişafı nə­ti­cə­­sində havanın istiliyinin 3,50S artmasına və bununla da buzlaqların əriməsi və okeanların səviyyəsinin qalx­ma­­­sı ehtimalı ola bilər. Hazırda dünya üzrə ildə enerji is­teh­salı 8 % artır ki, bu da ətraf mühitə mənfi təsir gös­tə­rir.
Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində ət­raf mühitdə, təbii ehtiyatların kəmiyyət və keyfiy­yətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyişikliklərin nə­­ticələrinin pulla qiymətləndirilməsi başa düşülür. Eko­loji zərər və onun nəticələri müxtəlif növlərdə və sa­hə­lərdə çirkləndirilmiş hava və sudan istifadə edən in­san­ların səhhətinin pisləşməsi (ictimai zərər), sənaye tul­lantıları ilə (çirkləndirilmiş torpaq sa­hə­lərinin kənd tə­sərrüfatı məhsuldarlığının azalması və s.) özünü gös­tə­rə bilər. Adətən, təbiətə vurulan zərər öl­çü­lən zaman əv­vəl­­cə müəyyən dəyişikliklər (təbii göstə­ricilərin pis­ləş­mə­si) aşkar edilir, sonra isə onlara iqtisadi qiymət ve­ri­lir.
Ekoloji-iqtisadi zərəri aşağıdakı düstur şəklində gös­tər­mək olar:

Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə