Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi ziyanının təyin olunması



Yüklə 48,48 Kb.
səhifə8/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi ziyanının təyin olunması

Akademik V.İ.Vernadski yazmışdır: ”Su plane­ti­mi­­z­in tarixində xüsusi yer tutur, elə bir təbii cisim yox­dur ki, əsas möhtəşəm problemlərə su qədər təsir gös­tə­rə bilsin. ”Su-Yer üzərində canlı orqanizmlərin möv­cud­lu­­ğunu təmin edən özünəməxsus mineraldır.


Akademik A.P.Karpiniski yazır: Su ən qiymətli fay­­­da­lı sərvətdir. Su nəinki mineral xammal və kənd tə­sər­­­rü­fa­tının inkişafı üçün vasitədir. O həm də mə­də­niy­yə­tin hə­qi­qi göstəricisi, həyatsız yerə dirilik gətirən canlı qan­dır.
Su obyektlərinin çirklənməsinin qiymətləndiril­mə­­si meyarı.
Səth suları. Təbii və antropogen mənşəli ekoloji po­zun­tu zonalarının formalaşması müxtəlif gös­tə­ri­ci­lər­lə (kimyəvi, bioloji və s.) müəyyən edilir.
Kifayət qədər uzun müddət ərzində (1 ildən az ol­ma­­yaraq) aparıcı göstəricilərin neqativ qiymətlərinin sta­­bil qalması sanitar-ekoloji uğursuzluq haqqında nə­ti­cə­­yə gəlməyə əsas verir. Normadan kənara çıxma, bir qay­­da olaraq bir neçə meyarla müşahidə edilir. Bu ba­xım­d­an su mənbələrinin və içməli suyun patogen mik­roor­­qanizmlərlə və parazit xəstəliklərin törədiciləri ilə, həm­­çinin xüsusi toksiki (olduqca təhlükəli) maddələrlə çirk­­lənməsi müstəsnalıq təşkil edir, belə olduqda sani­tar-ekoloji uğursuzluq haqqında bu meyar üzrə nəticə çı­xarmaq olar.
Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zo­na­sını ayırdıqda su obyektlərinin təhlükəli çirklənmə də­rə­cə­si­­ni ümumi qiymətləndirmək üçün KZP-10-dan (kim­yə­vi zəhərləmə parametri) istifadə olunur. Kimyəvi mad­də­­lərlə çirklənmə, hər biri yol verilən konsen­tra­si­ya­dan (YVK-dan) dəfələrlə çox olan bir neçə mad­də­lər­lə müşahidə edilən ərazilər üçün bu gös­­tərici xüsusən va­cib­dir. Bu yalnız fövqəladə eko­loji və­­ziyyət və ekoloji fəla­kət zonası aşkar edildikdə he­sab­la­­nır.
Hesablama YVK-nı maksimum keçən 10 birləşmə üz­­rə aşağıdakı düsturla aparılır.



Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə