Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi


Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik iqtisadi ziyanın təyin olunması



Yüklə 48,48 Kb.
səhifə3/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

2. Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik iqtisadi ziyanın təyin olunması

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə ətraf mü­­hi­tin sanitar-gigiyenik vəziyyəti pisləşmişdir. Yer üzün­­də zərərli fəal qarışıqların təmərküzləşməsi sürətlə ar­tır və kənd təsərrüfatı sahələrinə güclü zərbə vurur.


Ətraf mühitin çirklənməsindən yaranan zərər üç ami­lin təsiri ilə formalaşır:

  • ətraf mühitin çirklənmə dərəcəsi ilə (təsir ami­li);

  • çirklənmənin neqativlərini qəbul edən ob­yekt­lə­rin sayı ilə (qəbul etmə amili);

  • ekoloji zərəri ifadə edən iqtisadi göstərici nor­ma­ları ilə (norma amili).

Təsir amilinə ümumi halda ətraf mühitə atılan zə­rər­­li mad­­dələrin miqdarı, konsentrantı və zərərliliyi aid­dir.
Qəbul etmə amilinə çirklənmə bölgəsinə düşərək onun neqativ təsirlərini qəbul edən obyektlər aid olur: ya­şayış məhəllələri; bitki və heyvanat aləmi; sənayedə əsas fondlar, nəqliyyat, rabitə və s.
Norma amillərinə isə elə iqtisadi göstəricilər aid olu­nur ki, bu normativlər təbiətdə və ictimaiyyətdə də­yər qiymətlərinin dəyişməsinə xidmət edir.
Ekoloji zərərin iqtisadi qiymətləndirilməsi özün­də üç mərhələni ifadə edir:

İqtisadi zərərin əsası kimi natural zərər qəbul edi­lir.
Zərərin natural ölçüsünün müəyyən edilməsinin nə­zəriyyə və təcrübədə aşağıdakı 4 geniş yayılmış üsulu möv­cuddur:

  1. çirklənməyə aid olmayan amillərin ləğv edil­mə­si üsulu;

  2. təcrübənin nəticəsindən asılı olan üsul;

  3. kombinasiya edilmiş (birləşdirilmiş) üsul;

  4. birbaşa hesablama üsulu.

Çirklənməyə aid olmayan amillərin ləğv edil­mə­si üsu­lu nəzarət rayonunun (şərti olaraq) seçilməsinə və onun xarakteristikasına əsaslanır. Belə ki, digər amil­lər (çirk­ləndirici amillərdən başqa), nəzarət və çirk­lən­miş ra­yonların qəbul etmə səviyyəsinə təsiri təqribi ola­raq götürülür. Çirklənmiş və nəzarət rayonlarda qəbul etmə gös­təricilərinin səviyyə fərqi bu rayonlar üzrə çirk­lənmə sə­viyyələrinin fərqi kimi izah olunur.

Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə