Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi



Yüklə 48,48 Kb.
səhifə9/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8

KZP=C1/YVK1+C2/YVK2+C3/YVK3...+C10/YVK10

Burada, C1, C2, C3....C10 – suda kimyəvi maddələrin kon­­sentrasiyası, (YVK – balıq təsərrüfatı üçün).


KZP – 10-nu təyin etdikdə imkan daxilində mak­si­mum göstərici miqdarında su analizi aparmaq təklif olu­nur.
Təhlil olunan zonaları ayırdıqda bakteriya bir sıra (fi­to və zooplankton, həmçinin ixtiofauna) üzrə göstə­ri­ci­­­lərdən istifadə olunur. Bununla yanaşı, suyun toksiki də­­rəcəsini təyin etmək üçün inteqral göstərici – bio­test­ləş­­dirmədən istifadə edilir.
Zonanın müəyyən ərazisi üçün təklif olunan gös­tə­ri­­cilərin parametrləri kifayət qədər uzunmüddətli mü­şa­hi­­dələrin (3 ildən az olmayaraq) materialları ilə for­ma­laş­­dırılır.
Yeraltı sular. Yeraltı suların texnogen çirklənməsi miq­yasını təyin etmək üçün V.M.Qoldberq təbii halda ye­raltı suyun keyfiyyəti (Ct), içməli su kimi istifadə edi­lən yeraltı suda çirkləndirici maddələrin yol verilən kon­sentrasiyasından (YVK)-dan istifadə olunmasını təklif et­miş­dir. Yeraltı suların çirklənmə miqyasının sə­ciy­yə­lən­di­rilməsində çirklənmə sahəsinin (F) ölçüsü də mühüm əhə­miyyət daşıyır. Beləliklə, yeraltı suların çirklənmə və­ziyyəti iki göstərici ilə - yeraltı suların keyfiyyəti (C) və çirklənmənin sahəsi (F) ilə ifadə olunur. Bunun əsa­sın­da yeraltı suların vəziyyətində dörd səviyyə (sinif) ay­rılır:

  1. Nisbətən əlverişli (norma). Yeraltı suyun key­fiy­yəti, əsasən, Ct ilə müqayisə oluna bilər və ya onu bir qə­dər keçə bilər, lakin YVK-nın çərçivəsindən çıxa bil­məz, yəni Ct2);

  2. Daima neqativ dəyişkənlik meyli müşahidə olu­nur (risk sinfi). Yeraltı suyun keyfiyyəti fasiləsiz pis­lə­şir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi sahələrdə YVK 3...5-dən artıq olmur (F=0,5....5 km2);

  3. Böhranlı vəziyyət (böhran). Yeraltı suyun key­fiy­­­yəti geniş sahədə YVK-nı keçir (10 dəfəyə qədər), yə­­ni YVK2 arasında dəyişir;

  4. Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların key­fi­y­yəti çirklənmə zonasında 10YVK-dan artıqdır və pis­ləş­­m­əyə doğru meyl göstərir.

Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haq­­qında yazmışdır: “Susuz təbiət də, həyat da ola bil­məz. Su da çörək kimi hamıya, hər şeyə həmişə la­zım­dır”. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, tor­paq suyu və canlı orqanizmlərdə olan sular daxildir. Tə­biət­də su 3 faza vəziyyətində mövcuddur: maye, bərk (buz, qar), qaz - yəni buxar. Şirin sular Yer üzərində ol­duq­ca qeyri-bərabər paylanmışdır. Belə ki, dünyanın 70% əhalisi yaşayan Avropa və Asiyada dünya çay su­la­rı­nın yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb ma­ye olub adətən tərkibində çoxlu kimyəvi maddələr olur. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Res­pub­likasının su ehtiyatları az olub həmin regionun 15%-ni təşkil edir. Respublikamızın su ehtiyatları Gürcüs­tan­dan 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Son ya­rım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərdi ki, Kür, Araz çayları və onların əsas qolları Res­publi­ka­mız­­dan kənarda-Gürcüstan və Ermənistan ərazilərində çirk­lənir. Belə ki, Ermənistanın 100%, Gürcüstan 30% əra­zisi, Türkiyənin 31 min, İranın 40 min və Azər­bay­ca­nın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir. Yə­ni Kür çayına 188 min. kv. km, Araza isə 103 min kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çir­ka­bı, müxtəlif tullantılar atılır. Son zamanlar Kür-Araz höv­zələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dən­i­zi­nə tökülən çaylarda da (Böyük Qafqazın şimal-şərq his­sə­si və Lənkəran bölgəsindəki çaylarda) çirklənmə mü­şa­hidə olunur. Quba-Xaçmaz bölgəsində yerləşən Qu­sar­çay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gil­gil­çay. Lənkəran bölgəsində yerləşən Lənkəran çay, Viləş­çay və b. Çaylar yaşayış məntəqələri və sənaye müə­s­sisələri tərəfindən aramsız çirklənməyə məruz qa­lır.



Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə