Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Buludxan Xəlilov 

 

44



 

 

 

Səməd Vurğunun “Vaqif” dramında 

Molla Pənah Vaqif obrazı... 

 

S.Vurğun “Vaqif” dramında M.P.Vaqiflə bağlı 



aşağıdakı  məqamları diqqət mərkəzində saxlamış-

dır: 


1)  Əsərin baş  qəhrəmanlarından biri olan 

M.P.Vaqifin  İbrahim xanın timsalında yerli mə-

murların zülmünə qarşı aparılan mübarizədə  və 

yadellilərə qarşı azadlıq mübarizəsində tutduğu 

mövqe. Hər iki mübarizədə M.P.Vaqifin möv-

qeyi xalqla bağlıdır. O, xalqın təmsilçisi kimi 

torpağa, vətənə bağlıdır.  

M.P.Vaqif xalqın təmsilçisi kimi torpağa, 

vətənə bağlı olmasa, Qarabağ xanlığında qan di-

zə çıxar. Təsadüfi deyil ki, o, Vidadiyə Qarabağ 

xanlığında eşikağası kimi fəaliyyət göstərməsinin 

səbəbi barədə deyir: 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

45



“Mən orda olmasam, qan çıxar dizə, 

Quşlar da ağlayar ellərimizə. 

Xan məndən utanır, çəkinir bir az, 

Mən getsəm, qırğının hesabı olmaz. 

O, bəzən hirslənib quduran zaman

Mənəm zəncirini dartıb saxlayan”. 

M.P.Vaqif Qarabağdan Vidadiyə qonaq gəlir, 

bir bölük kəndli ilə onun evinə daxil olur, qu-

caqlaşıb öpüşürlər. Bir neçə kəndli – Əhməd kişi, 

Qurban kişi M.P.Vaqifin görüşünə gəlir. Gəldən-

getdən danışır, keçmiş günləri xatırlayırlar. Bu 

da onu göstərir ki, M.P.Vaqif sarayda olsa da, el-

obanı unutmur, el-obanın görüşünə  gəlir, el-

obanı, M.V.Vidadini oğlu Əli bəyin toyuna dəvət 

etmək üçün Qarabağdan onun yanına gəlir.  

M.P.Vaqif yerli məmurlara qarşı aparılan 

mübarizədə xalqla birlikdədir. Elə bu səbəbdəndir 

ki, onun oğlu  Əli bəyin toyunda İbrahim xanla 

bərabər xalqın vuran qolu Eldar da iştirak edir. O, 

Eldara diqqət və hörmətlə yanaşır. Toy məclisinə 

çiynində bir quzu daxil olan Eldara deyir: 




Buludxan Xəlilov 

 

46



“Of... dostum, qardaşım, xoş buyurmusan, 

Səndə dağ havası duyuram, inan! 

Sizdən ayrılmayır könlümün quşu, 

Ellərdə görürəm hər qurtuluşu”. 

 

Eldar isə: 

“Möhtərəm şairə salamlar olsun! 

Bu dünya durduqca o da var olsun!”  

deyir.  İbrahim xan bu vəziyyəti görüb “Aha... 

heç saymayır bu hərif bizi” söyləyir. Sonra isə 

üzünü M.P.Vaqifə tutaraq: “Vəzir, çoban-çoluq 

məclisidir bu?” deyir. İbrahim xan çiynində çomaq 

Eldarın məclisin başına keçməsini qəbul etmir. 

Ancaq M.P.Vaqif üçün qonaq qonaqdır. Qonağın 

xan, yaxud da kasıb kəndli olmasının fərqində 

deyildir. Ona görə  də M.P.Vaqif İbrahim xana 

deyir: “Əziz qonağımdır, dostumdur Eldar”. O, 

həm də İbrahim xana çəkinmədən söyləyir: 

“Bu mənim evimdir, siz qonaqsınız, 

Qonağı sevərlər, lap nahaqsınız”. 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

47

Elin, obanın vicdanının təmiz olmasını, bö-



yük ürək sahiblərinin, yetkin ağılların ellər dün-

yasında yetişdiyini İbrahim xanın üzünə deyir: 



“Ən böyük ürəklər, yetkin ağıllar 

Ellər dünyasında yetişir, bilin! 

Namusu, vicdanı təmizdir elin!” 

İbrahim xan M.P.Vaqifə, onun mövqeyinə 

irad tutur: 

“Doğrusu, yorulub bezikmədin sən, 

Elə, durub-durub ellər deməkdən?” 

Bu dialoqlar bir daha təsdiq edir ki, M.P.Va-

qif yerli məmurların zülmünə qarşı mübarizədə 

xalqla birgə olmuş, xalqın tərəfində dayanmışdır. 

O, xanla kəndli arasında heç bir fərq qoyma-

mışdır. Xanın zülmünün əvəzsiz qalmayacağına 

inanmışdır. İbrahim xana demişdir: 

“Çox dedim, sözümə baxmadınız siz, 

Dedim ki, zülmlər qalmaz əvəzsiz. 

Bu dünya boş deyil, öz qanunu var, 

Elin qüdrətinə lovğa baxanlar, 

Əlbəttə, basılar...” 



Buludxan Xəlilov 

 

48



İbrahim xan daxildəki vəziyyətin xarab oldu-

ğunu bildikdə M.P.Vaqifə deyir ki, ona yol gös-

tərsin. M.P.Vaqif isə  ağır vergilərin camaatı 

yorduğunu, camaatı bu qanunlarla idarə etməyin 

mümkünsüzlüyünü,  əks təqdirdə xanın külünü 

göyə sovuracaqlarını anlatmağa çalışır.  İbrahim 

xanın “Yaxşı, vergiləri azaltsaq bir az, işlər 

düzələrmi?”sualına belə cavab verir: 



“Bundan kar aşmaz! 

Məncə, nə olsa da bu gündən belə, 

Vicdan azadlığı lazımdır elə...” 

M.P.Vaqif vicdan azadlığının nə olduğunu 

İbrahim xana anladır, sanki xanın xalqa bağlı 

olan gözlərini açmaq istəyir, xalqı kor saxlamaq 

istəyən xanı ittiham edir. M.P.Vaqif İbrahim 

xana deyir: 



“Kor kimi qalmasın insan, 

Qalxsın cəhalətin qaranlığından! 

Açılsın hər yerdə məktəb, mədrəsə! 

Balalar quş kimi versin səs-səsə, 

Dağların döşündən yollar çəkilsin, 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

49

Yollar kənarında güllər əkilsin, 



Nəğmələr bəzəsin vətən mülkünü

Mən də qoca vaxtı görüm o günü”. 

M.P.Vaqif yadellilərə qarşı azadlıq mübarizə-

sində  də xalqın təmsilçisi kimi torpağa, vətənə 

bağlıdır. Hətta  İbrahim xan onun əlindəki  əsanı 

görür və soruşur ki, “o əsa nədir?” Vaqif isə deyir 

ki, “Rusiya padşahı o zülmkardan – Yekaterina-

dan bir hədiyyədir”.  İbrahim xan M.P.Vaqifdən 

soruşur: “Aha... De, sən hara? Rusiya hara? Yoxsa 

satılmısan o kafırləra?” M.P.Vaqif əsanı göstərər-

ək deyir: 

Buna şəkil verən bir sənətkardır, 

Mənim sənətkara hörmətim vardır”. 

İbrahim xanın “Bəs onu göndərən Yeka-

terina?! sualına Vaqif cavab verir: 

“Yalnız nifrətim var, inanın, ona! 

Onu da boğacaq gedən üsyanlar, 

Azadlıq uğrunda tökülən qanlar”. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə