Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   2   3   4   5   6   7   8   9   ...   14

Buludxan Xəlilov 

 

32



göstərmiş, övladından çox xatirini istəmiş, külli 

ixtiyar vermişdir. 

c)  Ağa Məhəmməd şah Qacar çoxdan Molla 

Pənah Vaqifi qətlə yetirməyə  şövqlü, həvəsli 

olmuşdur. Odur ki, İbrahim xan Dağıstana, Car 

və Balakənə gedən vaxt Molla Pənah Vaqif əslən 

Qazağın Təklə Muğanlısından olan Cəmil ağa ilə 

birlikdə Tiflisə getmişdir. Başqa bir rəvayətə 

görə, Ağa Məhəmməd Şah Qacarın qorxusundan 

Tiflisdən qayıdarkən, digər bir rəvayətə görə, 

yenə də Ağa Məhəmməd Şah Qacarın qorxusun-

dan  İbrahim xanın dalınca gedərkən Gəncə 

dağlarının ətrafında olur və bu zaman Gəncə xanı 

Cavad xan onu tutub özü ilə Ağa Məhəmməd şah 

Qacarın hüzuruna gətirir. 

9)  Daha sonra Molla Pənah Vaqifin kimliyi 

ilə bağlı Y.V.Çəmənzəminli “Molla Pənah Vaqif 

haqqında” məqaləsində Mirzə Camal Cavanşirə 

istinad edir: “Axund Molla Pənahı qüruba bir, ya 

iki saat qalmış  Şuşa qalasına gətirdilər və 

Məhəmməd Həsən ağanın evinin qapısında ki, 

şah (Ağa Məhəmməd  şah) orada mənzil eləmiş-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

33



di, dəstgir (dustaq, əsir – B.X.) saxlayıb şaha mə-

lum etdilər.  Şah buyurdu ki, bu gecə onu yaxşı 

mühafizət edib sabah ona bir siyasət edim ki, 

ibrətilnazirin (ibrətli idarə edən – B.X.) olsun. 

Qərəz, o halda Məhəmməd Hüseyn xan Qacar 

sərkeşik başı ki, çox müqərriblərdəndi, axundu 

qapıda əlləri bağlı görüb soruşdu: Bu kimdir? 

Dedilər: bu həmən məşhur molla Pənahdır ki, 

eşidibsiniz. Haman dəm ağzını föhş  və latailata 

açıb axunda çox yaman föhşlər (söyüşlər – B.X.) 

və itab (məzəmmət, üzünü danlama – B.X.) və 

xitablar elədi. Axund biçarə ərz elədi ki, ey xani 

əzimuşilən, siz böyük olan şəxs varsınız və pad-

şahi-İranın mötəmədi, nəzərkərdəsi və müqər-

ribi-hüzurusunuz. Layiq deyil ki, siz dəstkir və 

günahkar və müqəyyəd və giriftar və biçarə  və 

dərmandələrə yaman kəlmələr və föhş və hədyan 

sözlər buyurasınız, bəlkə sizin rütbə və məratibi-

nizə şayistə olan budur ki, gərək ətvar və əxlaqi-

həsənə və göftar və rəftari-nəcibanə sizdən rühur 

edə  və bu günə  dərmandə  və  əsir və xaif (qor-

xaq–B.X.) olan acizlərə siz dildarlıq gərək verib, 




Buludxan Xəlilov 

 

34



əltaf (lütf – B.X.) və  mərhəmət və  əfv və  ətayə 

(bağışlama – B.X.) ümidvar qılasınız. Nəinki 

şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub 

dilazarlıq edəsiniz”. [1, 321] 

Beləliklə, Y.V.Çəmənzəminlinin Mirzə Ca-

mal Cavanşirə yuxarıdakı istinadını belə ümumi-

ləşdirmək olar: 

a)  Dustaq əsir olan Molla Pənah Vaqifi öm-

rünün sonuna iki saat qalmış Şuşa qalasına gəti-

rirlər. Məhəmməd Həsən ağanın evində özünə 

mənzil yeri seçən Ağa Məhəmməd  şah Qacara 

Molla Pənah Vaqifin dustaq olduğunu deyirlər. 

Məhəmməd şah Qacar deyir ki, onu (yəni Molla 

Pənah Vaqifi) bu gecə yaxşı mühafizə edin, sa-

bah ona elə bir siyasət edim ki, ibrətli idarəedən 

olsun. Elə bu dəmdə qapıda Ağa Məhəmməd şah 

Qacar əlləri bağlı olan dustağı (Vaqifi) görür və 

soruşur ki, bu kimdir? Ona deyirlər ki, bu 

eşitdiyiniz Molla Pənah Vaqifdir. 

b)  Ağa Məhəmməd  şah Qacar Molla Pənah 

Vaqifi görən kimi ona söyüş söyür və onu mə-

zəmmət edir. Molla Pənah Vaqif isə deyir ki, siz 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

35



İranın padşahısız, sizə nəzakətsiz davranmaq ya-

raşmır. Dustaq, əsir adamlara söyüş kəlmələrini, 

hədyan sözləri işlətmək sizə layiq deyil. Siz gə-

rək əsir, qorxaq adamlara lütf edəsiniz, onları ba-

ğışlayasınız. Nəinki onlara qəzəblənib dilazarlıq 

edəsiniz. Molla Pənah Vaqifin Ağa Məhəmməd 

şah Qacara ölçülü-biçili fikir söyləməsi onun 

diplomat olmasından, həm də  şairliyindən irəli 

gəlir. 

Ağa Məhəmməd şah Qacar Molla Pənah Va-



qifin sözlərindən mütəəssir olmur, əksinə söyüş 

və  hədyan sözlərini davam etdirir. Bu mənada 

Y.V.Çəmənzəminli Mirzə Camal Cavanşirə isti-

nad edərək yazır: “Məhəmməd Hüseyn xan bu 

gunə kəlimatdan heç bir mütəəssir olmayıb yenə 

föhş  və  hədyana ziyada başladı. Axund “hər ki 

dəst əz çan bişuyəd, hər çi dər dil darəd biquyəd” 

(Candan ümidini kəsən adam ürəyində  nə varsa 

söylər) məzmununa görə  dəxi qərar etməyib 

haman xanın cavabını  dəxi ziyadə föhşkarlıq və 

dürüst köftarlıq edib dedi: “Ey xaninanəcib, qə-

zayi-sübyanı  və dövri-zamanı  və müqəddimeyi-




Buludxan Xəlilov 

 

36



fərdanı  sən nə bilirsən. Bəlkə sabah şah və ya 

fələyi-kəcrəftar və  təqdiri-pərvərdigar bir xeyri-

təriq-yol gedəcəkdir. “Şəb ahistənəst, to çi zayəd 

bəruz”. [1, 321-322] Buradan aydın olur ki, Ağa 

Məhəmməd  şah Qacarın söyüşləri müqabilində 

Molla Pənah Vaqif deyir ki, ey nanəcib xan, sə-

hərin hadisəsini, keçən günləri, zəmanəni, saba-

hı, gələcəyi sən nə bilirsən. Molla Pənah Vaqif 

Ağa Məhəmməd  şah Qacara deyir ki, bəlkə 

sabah fələyin rəftarı və Allahın yazısı ilə bir xe-

yir, bir yol açılacaqdır: Gecə hamilədir, görək 

gündüz nə doğacaqdır. Molla Pənah Vaqifin Ağa 

Məhəmməd şah Qacara dediklərini Mirzə Camal 

Cavanşirə istinad etməklə Yusif Vəzir Çəmənzə-

minli yazır: “Mən əgər dustağam, dustaği-şahəm, 

sən nəçisən ki, mənə bir zərrəcə asib (bəla, müsi-

bət – B.X.) yetirə biləsən. Həmin bu günə göftar 

(söhbət –B.X.) və  rəftar məhz sənin nanəcib və 

nəqabilliyindən nişanədir. Haqq-təala kərimdir, 

türklər məsəlidir ki, mıxı mismar elədi”. [1, 322] 

Beləliklə, “mıxı mismar eləmək” ifadəsinin açı-

mı və Ağa Məhəmməd şah Qacarın ölümü məsə-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

37



ləsinin aydınlaşdırılması da maraq doğurur. Bu 

barədə Y.V.Çəmənzəminlinin “Molla Pənah Va-

qif haqqında” məqaləsində yazılır: “Pəs, təqdiri-

qəza bir tövr oldu ki, gecə  şahı  qətlə yetirdilər. 

Molla Pənah salamat qaldı. Mirzə Camalın “mıxı 

mismar elədi” – deyə türk məsələsinə işarə etmə-

si aydınlaşdırılmalıdır. Qarabağda mismar mıxın 

böyüyünə deyirlər. Bu mıx-mismar məsələsinin 

tarixçəsi belədir: Ağa Məhəmməd şah Şuşanı al-

dıqdan sonra bir çox adam həbs etdirmişdi. Şahın 

əmrinə görə  həbsdəkilərin başı  kəsilib onlardan 

bir minarə yapılmalı imiş. Dəmirçilər səfərbər-

liyə alınıb mıx qayırmaqla məşğul imişlər. Gecə 

sabaha qədər lazımi miqdarda mıx hazır olmasa 

imiş  dəmirçilərin də başı  kəsiləcəkmiş. O gecə 

şahı öldürürlər, dəmirçilərə  xəbər gedir ki, mıx 

lazım deyil, şahın tabutu üçün bir neçə mismar 

lazımdır. Təhlükədən qurtaran dəmirçilərdən bi-

risi: “Ey mıxı mismara döndərən Allah” – deyə 

sevincini ifadə edir. Bu sözlər məsəl olaraq xalq 

arasında indi də qollanır”. [1, 322] 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə