Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   ...   6   7   8   9   10   11   12   13   14

Buludxan Xəlilov 

 

56



el-obanın narazılığı ilə qarşılanır. Səməd Vurğun 

isə bu narazılığı yaradanlara etiraz edir, onların 

regiona (Cənubi Qafqaza) gətirdiyi problemləri 

anlatmaq istəyir. Burada Səməd Vurğunun  əsas 

hədəfi “xalqlar dostluğu” yox, regiondakı nara-

hatlığın mövcudluğunu oxucuya bədii  şəkildə 

çatdırmaqdır.  

Məlumdur ki, İranla Gürcüstan arasında tez-

tez ardı-arası kəsilməyən münaqişələr olmuşdur. 

İranın Gürcüstana olan torpaq tələbləri  əhalini 

lərzəyə salmışdır. Çar İrakli iranlıları Tiflisə 

yaxın buraxıb, onlarla vuruşmaq istəyirdi. Ancaq 

İrakliyə köməyə gəlmiş İmoretiya çarının qoşun-

ları dağılışıb evlərinə gedirlər. Demək olar ki, 

İrakli tək qalır. Bundan xəbər tutan Ağa Məhəm-

məd  şah Qacarın qoşunları Tiflisə  tərəf hərəkət 

edir. 1795-ci ilin 10 sentyabrında  İran qoşunları 

Tiflisin  ətrafına çatırlar.  İranın 70 minlik ordu-

suna qarşı İraklinin 2700 əsgəri çıxa bilir. 1795-

ci il sentyabr ayının 12-də İran qoşunları Tiflisə 

daxil olur. Talanlar, qətllər baş alıb gedir. İran 

qoşunları özləri üçün düşərgə yaradır, oraya üç 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

57



min nəfər əsir gətirirlər. Əsirlər içərisində gürcü-

lərlə yanaşı, azərbaycanlılar da çox olur. 1795-ci 

il sentyabr 20-də  Ağa Məhəmməd  şah Qacar 

talan etdiyi mal-dövlətlə, əsirlərlə birlikdə Tiflisi 

tərk edir. Gürcüstanın bu zəifliyini hiss edən rus 

qoşunları ölkəyə daxil olmağa başlayırlar. Nəha-

yət, I Aleksandr 1801-ci ilin 12 sentyabrında 

Gürcüstanın Rusiyaya qatılması haqqında mani-

fest imzalayır. Bir sözlə, belə bir vəziyyət İranın 

və Rusiyanın təkcə Gürcüstana olan münasibəti 

deyildi. Həm də regiona, o cümlədən Azərbayca-

na olan münasibəti idi. Təsadüfi deyil ki, 1785-ci 

ildən 1804-cü ilə kimi Gəncəyə hakim olan Ca-

vad xan general Sisianovu narahat edirdi. Ona 

görə ki, Cavad xan ağıllı, bacarıqlı bir insan idi. 

General Sisianov isə Gəncəni zəbt etməyə hazır-

laşırdı. Bacarıqlı, ağıllı Cavad xan general Sisia-

novda narahatlıq yaradırdı. Sisianov Cavad xana 

belə bir xəbər göndərmişdi: “Şəhəri alacağam və 

səni biabırcasına qətl edəcəyəm”. Cavad xan isə 

cavab vermişdi: “Sən mənim meyidimi qala üs-

tündə tapacaqsan”. Sisianovun Cavad xana dəfə-




Buludxan Xəlilov 

 

58



lərlə etdiyi hədə onu qorxutmamışdı. Hər şeydən 

əli üzülən Sisianov Cavad xana yazmışdı: “... 

Mən öz etiqadıma görə Asiya məğrurluğuna nif-

rət edirəm...” Burada məqsədimiz bu tarixi həqi-

qətlərdən geniş şəkildə bəhs etməkdən ibarət de-

yil. Bu heç hədəf kimi də nəzərdə tutulmamışdır. 

Ancaq həmin dövrdə  İranın, Rusiyanın Gürcüs-

tanı da, Azərbaycanı da ələ keçirmək, talan et-

mək niyyətində olmasını  nəzərdən qaçırmamaq-

dır. Məhz bunların hər birini çox yaxşı bilən 

Səməd Vurğun da “Vaqif” dramında yığcam, 

konkret bir şəkildə regiondakı narahatlığı gün-

dəmə gətirmişdir. Bir daha qeyd etmək lazımdır 

ki, Səməd Vurğunun məqsədi “xalqlar dostluğu” 

yox, regiondakı narahatlığı  bədii  şəkildə, usta-

lıqla nəzərə çatdırmaqdır. 

2) S.Vurğun M.P.Vaqif obrazı ilə xalqın 

əyilməzliyini, müdrikliyini və mənəvi zənginliyi-

ni ifadə etmişdir. Doğrudan da Eldar xalqın vu-

ran qoludursa, M.P.Vaqif xalqın düşünən bey-

nidir. M.P.Vaqif eşikağası kimi də,  şair kimi də 

xalqa bağlıdır. Xalq ona böyük məhəbbət bəs-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

59



ləyir, onun hörmətini saxlayır. Hətta M.P.Vaqifin 

oğlu Əli bəyin toyuna əziz qonaq kimi gəlirlər. 

M.P.Vaqif eşikağası kimi sarayda xalqın hü-

quqlarını müdafiə edir, xalqa sadiqliyini qoruyub 

saxlayır, xalqı  İbrahim xanın qəzəbindən qoru-

yur. Təsadüfi deyil ki, M.P.Vaqif sarayda olma-

sının səbəbini M.V.Vidadiyə belə deyir: 

Mən orada olmasam, qan çıxar dizə, 

Quşlar da ağlayar ellərimizə. 

Xan məndən utanır, çəkinir bir az

Mən getsəm, qırğının hesabı olmaz. 

3) M.P.Vaqif müdrik, cəsarətli və  təşkilatçı 

şairdir, eşikağasıdır. Qacara onun kəskin cavab-

ları və “Əyilməz vicdanın böyük heykəli” deməsi 

bir daha bunu təsdiq edir. Yaxud “Qılınclar 

toqquşub iş görən zaman, neylər dediyiniz quru 

bir vicdan?” deyən Qacara “Vicdan dedikləri bir 

həqiqətdir – beşiyi, məzarı ədəbiyyətdir...” deyir. 

Onu zindanla qorxudaraq “Bəs zindan necədir, 

qaranlıq zindan?!” deyən Qacara “Soyuq məzara 

da zinətdir insan” cavabı onun cəsarətli olmasını 



Buludxan Xəlilov 

 

60



göstərir. M.P.Vaqif zülmə, qan tökən taxt-taca 

qarşı dayanır. Qacarın vəzirinə dedikləri onun 

ağıllı, müdrik və cəsarətli olmasını bir daha təs-

diq edir: “Oxuyan bülbüldür, dinləyən qazdır!”, 

“Ağılsız köpəklər ulduza hürər” və s. 

M.P.Vaqif heç ölümdən də qorxmur. O, 

M.V.Vidadinin Qacara yalvarmasını, M.P.Vaqifi 

azad etməsini bildikdə deyir: 



“Qardaşım! Sən nahaq yalvardın ona, 

Söz əsər eləməz qəlbi pozğuna... 

Bir də qorxmayıram mən heç ölümdən, 

Dünyanın qəlbində qalacağam mən!” 

M.P.Vaqif ölümü gözünə alaraq M.V.Vida-

diyə bunu da söyləyir: 

“Vidadi! Gəl məndən birdəfəlik keç, 

Qayıt kəndimizə, qorxuram səndən, 

Barı, Vidadisiz qalmasın Vətən...” 

4) S.Vurğun M.P.Vaqif obrazını müdrik, 

cəsarətli, təşkilatçı olduğu qədər də humanist bir 

obraz kimi yaratmışdır. Qacar nə  qədər qəd-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

61



dardırsa, zalımdırsa, M.P.Vaqif bir o qədər 

humanistdir. Qacar deyir:  



Mənim vicdanım da, qəlbim də qandır,  

Dünya qan üstündə bir xanimandır. 

Bununla Qacar həyat kamını qan tökməkdən 

aldığını söyləyir. Ancaq M.P.Vaqif tamamilə 

bunun əksidir. 

M.P.Vaqif xanlıq zülmünə və Qacar basqını-

nın  əleyhinə üsyan qaldırmış  kəndlilərin başçısı 

Eldar barədə deyir: 

“Yazığı saldılar çölün düzünə, 

Dünya gözlərimdə qarışır yenə...” 

Əslində bununla o, Eldarın simasında bütün 

kəndlilərin, xalqın halına acıdığını bildirir. 

5)  S.Vurğun M.P.Vaqif obrazı ilə azərbay-

cançılıq və  vətənpərvərlik ideyasının, daha doğ-

rusu ideologiyasının tərənnümünə, təqdiminə 

nail olmuşdur. Hətta “Nədən şeirimizin baş qəh-

rəmanı, gah İrandan gəlir, gah da Turandan?” 

deməklə azərbaycançılıq ideologiyasının bədii 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə