Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Buludxan Xəlilov 

 

38



10) Y.V.Çəmənzəminli Molla Pənah Vaqifin 

ölümü məsələsinə  də aydınlıq gətirir. O, Mirzə 

Camala istinad edir. “Molla Pənah Vaqif haqqın-

da” məqaləsində Molla Pənah Vaqifin ölümü 

məsələsi barədə Mirzə Camalın yazdıqlarını belə 

verir: “Molla Pənahın bir yaxşı  cəmilə  və gözəl 

və məşhurə övrəti var idi ki, çox sahib camal və 

şöhrətli Məhəmmədbəy dəxi onun hüsn və cama-

lını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət 

cavan və cahilə  və axund qoca və piranə idi və 

əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoş-

əndam və kamal və fərasət və padşah xəzinəsinin 

əlində olmağı  və cavan oğlanlığı övrəti dəxi zi-

yadə  əlaqələndirmişdi. Övrət Məhəmmədbəyə 

demişdi ki, nə qədər Molla Pənah axund ölməyib 

hali-həyatda sağ olsa, mən  şərən sənə gedə bil-

mənəm. Bir səbəb bu idi və bir dəxi qeyri bir 

para adamlar özlərinin səlahiyyətdarlığı üçün 

Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəm-

mədbəy Molla Pənah axundu öldürə və o səbəbə 

İbrahim xandan uzaq ola və onlar da Məhəm-

mədbəyin hüzurundan sahibkar və  nəfibərdar 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

39



olalar ki, rəşid və  kəramət adamıdır və  xəzinə 

sahibi və hünərmənd kimsədir, onları mühafizət 

edə, xoş geçələr. Qərəz, hər hal ilə Məhəmməd-

bəyin  əmri və izin və  işarəsilə Molla Pənah 

axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”. 

[1, 322-323] Deməli, Molla Pənah Vaqifin 

özündən cavan övrətinin Məhəmmədbəylə yaxın 

əlaqəsi olmuşdur. Məhəmmədbəylə Molla Pənah 

Vaqifin övrətinin  əlaqə qurmasının müəyyən 

səbəbləri də olmuşdur: Məhəmmədbəyin rəşadə-

ti, şücaəti, görkəmi, ağlı, kamalı, fərasəti, cavan-

lığı, padşah xəzinəsinin onun əlində olması və s. 

Ancaq Mirzə Camalın qeyd etdiyi kimi, Molla 

Pənah sağ olduğu üçün onun övrəti Məhəmməd-

bəyə  ərə gedə bilməmişdir. Bu səbəb və digər 

səbəblər Məhəmmədbəyi təhrik etmişdir ki, o, 

Molla Pənah Vaqifi öldürsün. Görünür ki, Molla 

Pənah Vaqifə paxıllıq edən, qısqanan adamlar da 

onun öldürülməsinin tərəfində olmuşlar. Bununla 

da Məhəmmədbəyin ətrafında xoş gün keçirmək 

istəyi ilə öz şəxsi məqsədlərini güdmüşlər. 



Buludxan Xəlilov 

 

40



Yusif Vəzir Çəmənzəminli Mirzə Camalın 

verdiyi məlumata  əsaslanaraq yazır ki, Məhəm-

mədbəy İbrahimxanın qardaşı Mehralıbəyin oğlu 

olmuş  və  Ağa Məhəmməd  şah Qacarın yanında 

olduğundan şah öldürüldükdən sonra hakimiyyəti 

əlinə keçirmişdir. Yenə də Mustafa Camala əsas-

lanaraq Yusif Vəzir Çəmənzəminli yazır: “Sonra 

(Məhəmmədbəy Qarabağ hakimiyyətini  əlinə 

keçirdikdən sonra – B.X.) Şəki hakimi Mustafa 

xanın dövlətinə aldanıb Şəkiyə gedir və orada öl-

dürülür. Aralarında köhnə qanlılıq varmış. Mə-

həmmədbəyə ərə gedən Vaqifin arvadı da Şəkidə 

imiş. Sonra Sarıcalı Hadibəyə  ərə gedir. Hadi-

bəyi çapavulda öldürürlər. Arvad Mustafabəyə 

ərə gedir. Mustafa xandan iki oğlu olur, sonra Mus-

tafa xan onu boşayır. Arvad Qarabağa dönür və 

mayor İmamqulu ağaya ərə gedir... Vaqifin arvadı 

səksən ildən çox yaşamışdır”. [1, 323] 

11) Yusif Vəzir Çəmənzəminli Molla Pənah 

Vaqifin siyasət adamı, diplomat kimi fəaliyyəti 

ilə bağlı  məlumat da əldə etmişdir. O, məlumat 

əldə edərkən Mirzə Camalın yazdıqlarından fay-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

41



dalanmışdır. Yusif Vəzir Çəmənzəminli Molla 

Pənah Vaqifin siyasi siması barədə yazır: “Molla 

Pənahın siyasi simasına gəldikdə, buna dair də 

Mirzə Camal qiymətli məlumat verir. Qarabağ 

sarayının çar hökuməti ilə xoş keçinmək istəməsi 

aydınca görünür. Bunun başlıca səbəbi  İran 

xanlarının Qafqaza hücumu, xalqı qırmağı, işdən 

avara qoyub, aclığa salması ilə izah olunur. Buna 

istinadən istər Mirzə Camal, istərsə Molla Pənah 

İran hökumətinə qarşı zidd bir vəziyyət alırlar. O 

zaman general Zubovun komandasında olan rus 

ordusu  Şamaxı  şəhərini işğal etmişdi.  İbrahim 

xan oğlu  Əbülfət xan başda olmaqla bəyzadə-

lərdən mütəşəkkil bir heyəti hədiyyələrlə bərabər 

Zubovun yanına göndərmişdi. Bundan sonra 

Peterburq sarayı ilə Qarabağ sarayı arasında sıx 

bir  əlaqə başlamışdı. Çariça Yekaterina da 

İbrahim xana hədiyyələr göndərdi. Təbiidir ki, 

Vaqif də unudulmadı, “Bir mürəsse cəvahirli əsa 

dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi...” 

[1, 323] Yusif Vəzir Çəmənzəminlinin Mirzə 

Camaldan qaynaqlanaraq yazdığında bir neçə va-




Buludxan Xəlilov 

 

42



cib məsələ də aydınlaşdırılır. Həmin vacib məsə-

lələr sırasında Molla Pənah Vaqifin siyasi sima-

sının verilməsi, Qarabağ xanlığının çar hökuməti 

ilə xoş münasibətdə olması, Peterburq sarayı ilə 

Qarabağ sarayı arasında sıx  əlaqənin olması, 

çariça Yekaterinanın  İbrahim xana, o cümlədən 

Molla Pənah Vaqifə hədiyyələr göndərməsi və s. 

Onu da qeyd edək ki, Mirzə Camal Cavanşirin 

Molla Pənah Vaqif barədə verdiyi məlumat Yusif 

Vəzir Çəmənzəminlini razı salır. Bununla yanaşı, 

o, Molla Pənah Vaqiflə bağlı bir sıra məsələlərin 

arxiv materiallarından öyrənilməsini vacib sayır. 

Bu mənada Yusif Vəzir Çəmənzəminli “Molla 

Pənah Vaqif haqqında” məqaləsində yazır: “Mir-

zə Camalın Vaqifə dair verdiyi məlumatı oxucu-

larımıza təqdim etdim. Lakin bu məlumatı kafi 

görmürəm. Vaqif haqqında çox yazmaq olar. Bu 

məsələnin həllini  ədəbiyyatçılarımıza tərk edi-

rəm. Məncə, Vaqifi dövrü ilə  bərabər qavramaq 

üçün dərin bir tədqiqat lazımdır. Adolf Berjenin 

topladığı qalın cildlər, rus müəlliflərinin Qafqaz 

istilasına dair yazdıqları tarixi əsər və xatirələr, 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

43



İran müəllifləri... tamamilə  tədqiq olunmamış 

qalır. Vaqifin Tiflisə getməsi, Yekaterinanın  İb-

rahim xana və Vaqifə  hədiyyə göndərməsi  şüb-

həsiz ki, Tiflis və Leninqrad arxivlərinin mate-

riallarında iz buraxmışdır. Bunları tapıb meydana 

çıxarmalıdır. Bu sahədə tarixçilərmiz və ədəbiy-

yatçılarımız  əl-ələ  işləməlidirlər”. [1, 323-324] 

Göründüyü kimi, Molla Pənah Vaqiflə bağlı, 

ümumiyyətlə, vaqifşünaslıqla bağlı görüləcək iş-

lər də Yusif Vəzir Çəmənzəminli tərəfindən ədə-

biyyatşünasların və tarixçilərin diqqətinə çatdırıl-

mışdır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə